Daniel Qoleman
Daniel Qoleman (17 mart 1946[1], Stokton, Kaliforniya[2]) — Amerikalı psixoloq, yazıçı və jurnalistdir . On iki il ərzində o, "The New York Times" qəzetinə beyin və davranış elmləri haqqında yazılar yazıb. Onun 1995-ci ildə yazdığı bir çox ölkədə bestseller olan "Emosional Zəka" adlı kitabı bir il yarım ərzində "The New York Times" Best Seller siyahısında olub və bütün dünyada 40 dildə çap olunmaqdadır.[3] Emosional zəka mövzulu kitabından başqa, Qoleman özünü aldatma, yaradıcılıq, şəffaflıq, meditasiya, sosial və emosional öyrənmə, ekoloji savadlılıq və ekoloji böhran və Dalay Lamanın gələcəyə baxışı kimi mövzularda da kitablar yazıb.
Daniel Qoleman | |
---|---|
ing. Daniel Goleman | |
Doğum tarixi | 17 mart 1946[1] (78 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | tədqiqatçı, psixoloq, jurnalist, yazıçı |
danielgoleman.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəDaniel Qoleman 7 mart 1946-cı ildə yəhudi ailəsində, Sakit Okean Universitetində sosiologiya professoru olan Fey Qolemanın [4] və Stokton Kollecində humanitar elmlər üzrə professor olan İrvinq Qolemanın oğlu kimi, Kaliforniyanın Stokton şəhərində böyüyüb.
Qoleman Harvard Universitetində Klinik Psixologiya üzrə PhD dərəcəsini tamamlamışdır.[5]
Goleman Harvardda doktorluq dərəcəsindən əvvəl Hindistanda təhsil alıb və [6] ilk kitabını Hindistan və Şri Lankaya səyahətinə əsaslanaraq yazıb.
Karyera
redaktəQoleman 1996-cı ilə qədər "New York Times"da psixologiya, duyğular və beyin mövzuları üzrə elmi jurnalisti kimi çalışıb. O, Times qəzetindəki fəaliyyətinə görə iki dəfə Pulitzer mükafatına namizəd olub.[7] Orada çalışarkən, ən məşhur əsəri olan "Emosional Zəka (1995) kitabını yazmışdır.[8]
Goleman emosional intellekt sahəsinə verdiyi töhfələrə görə geniş miqyasda tanınıb. Bu anlayış özünü dərk etmək, öz emosiyalarını idarə etmək, empatiya və sosial bacarıqları, mahiyyətcə nə dərəcədə emosiyalarımızı idarə etməyimizi və başqalarının emosiyalarını başa düşdüyümüzü özündə cəmləşdirir. Onun "Emosional Zəka" kitabı "TIME" jurnalı tərəfindən biznesin idarə edilməsi sahəsində ən vacib 25 kitabdan biri kimi qeyd edilib.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Daniel Goleman // Babelio (fr.). 2007.
- ↑ 1 2 English Wikipedia community Wikipedia (ing.). 2001.
- ↑ Schawbel, Dan. "Daniel Goleman on the Importance of Ecological Intelligence". Forbes (ingilis). 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
- ↑ "Goleman was Pacific professor, women's advocate". The Record. April 6, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 13, 2015.
- ↑ 1 2 "Daniel Goleman: 2023 Centennial Medal Citation | Graduate School of Arts and Sciences". gsas.harvard.edu. 2023-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
- ↑ "Krishna Das : Songwriter Interviews". www.songfacts.com. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2018.
- ↑ "Goleman, D. Emotional intelligence by Daniel Goleman". 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-03.
- ↑ "About Daniel Goleman – Daniel Goleman" (ingilis). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.