Çay mənbəyi
Naviqasiyaya keç
Axtarışa keç
Çayın mənbəyi[1] — çayın başlandığı yer. Mənbə əsasən bulaq, göl, buzlaq, bataqlıq və ya digər iki çayın birləşməsi ola bilər. Xəritələrdə adətən eniş sahələr mənbə olaraq göstərilir. Çay sistemində çoxlu sayda mənbələr olsa da, mənsəbdən ən uzaqda yerləşən mənbə əsas hesab edilir. Başlanğıcını bataqlıqdan götürən çaylara misal kimi Volqa çayını göstərmək olar. Amur çayı Arqun və Şilki, Ob çayı isə Biya və Katun çaylarının birləşməsindən yaranır. Azərbaycan ərazisindən axan Qurbağalı çayının mənbəyi Kiçik Alagöldür. Çay Kiçik Alagöldən başlayaraq Böyük Alagölə tökülür.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Dilinin İzahlı Lüğəti // II CİLD // 338 səh. 2006 il.