Öresund
Öresund | |
---|---|
dan. Øresund, isv. Öresund | |
| |
Ümumi məlumatlar | |
Ən böyük dərinliyi | 38 m |
Yerləşməsi | |
55°47′23″ şm. e. 12°45′03″ ş. u.HGYO | |
Ölkələr | |
Ayırır | Zelandiya adası ilə Skandinaviya yarımadasını |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Öresund (dan. Øresund, isv. Öresund), həmçinin Sund (alm. Sund) Zelandiya adası (Danimarka) və Skandinaviya yarımadasının (İsveç) arasında yerləşən boğaz. Baltik və Şimal dənizlərini birləşdirir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Öresundun sahillərində iki iri şəhər Kopenhagen və Malmö yerləşir, onlar 16 km uzunluğunda olan Öresund körpüsü vasitəsilə birləşirlər. Lakin boğazın ən dar yeri (5 km-dən az) şimalda, Helsinqborq və Helsingör şəhərləri arasında yerləşir.
Boğazda İsveçin Ven adası və Danimarkanın Saltholm və Peberholm adaları yerləşir
Tarixi
[redaktə | vikimətni redaktə et]Öresundun siyasi nəzarəti Danimarka və İsveçin tarixlərində həmişə mühüm rol oynayıb. Roskild müqaviləsi əsasında, şərq sahili 1658-ci ildə İsveçə verilmədən öncə, Danimarka qərb tərəfdə Helsingörda yerləşən Kronborq qalasından və şərq tərəfdə Helsinqborqda yerləşən Karnan qalasından boğazın hərbi nəzarətini qoruyub saxlayırdı. Hər iki qalanın yerləşdiyi yerdə boğazın eni 4 km-dir.
1429-cu ildə kral Pomeraniyalı Erik 1857-ci ilə qədər qüvvədə qalan Sund vergisini təqdim etmişdi. Sular, yollar, körpülər və keçidlərin istifadəsinə görə vergilər həm o vaxt üçün hər kəsin qəbul etdiyi rüsumlardan biri idi, həm də onlar dövlət xəzinəsinə böyük gəlirlər gətirirdilər. Boğazdan əldə edilən pullar Danimarka kralı və ailəsi üçün bir neçə yüzilliklər ərzində ən mühüm gəlir mənbəyi idi, bunun sayəsində Danimarka kralları Danimarka Məxvi Şurası və aristokratiya üzvlərindən nisbətən müstəqil idilər. 1857-ci ildə bağlanan Kopenhagen konvensiyasında vergilər ləğv olundu və Danimarkanın boğazlarına neytral sular statusu verildi.
Yaranma Etimologiyası
[redaktə | vikimətni redaktə et]Boğaz təxminən 8000 il bundan əvvəl yaranıb. Buz dövrünün ağır buzlarından azad olan Skandinaviya plitəsi şimalda qalxıb və cənubda çökərək əyilməyə başladı. Şimal dənizinin suları indiki Öresundun dairəsində yerləşən bərzəxi dağıltdı və geniş ovalıq əraziləri su ilə basdı ki, bu da Antsilov gölünün öncə Litorinov dənizinə, sonra isə Baltik dənizinə çevrilməsinə gətirib çıxartdı.