Ürək döyüntüsü (film, 2000)
Ürək döyüntüsü | |
---|---|
hind. धड़कन | |
Janr | dram filmi[2] |
Rejissor | Dharmesh Darshan |
Prodüser | Ratan Jain |
Əsərin müəllifləri |
|
Ssenari müəllifləri |
|
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2000 |
Büdcə | ₹9 crore[1] |
Gəlir | 26 crore[1] |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0255111 |
Ürək döyüntüsü (Hind dilində: Dhadkan) 2000-ci ildə Dharmesh Darshanın rejissorluq və Ratan Jainin prodüserlik etdiyi hind dilli musiqili romantik dramdır.[3] Baş rolları Akshay Kumar, Shilpa Shetty, Suniel Shetty və Mahima Chaudhry ifa edirlər.[4][5] Uğultulu yüksəkliklər romanından ilhamlanaraq çəkilən filmdə, köməkçi rollarda Sharmila Tagore, Parmeet Sethi, Kiran Kumar, Sushma Set və Manjeet Kullar yer almışdırlar.[6] Filmin hekayəsi belədir: Anjali və Dev bir-birinə aşiqdirlər və onlar evlənməyi planlaşdırırlar, lakin Anjalinin ailəsi onu Ram ilə evləndirir. İllər sonra Dev, Anjali ilə yenidən birləşmək üçün meydana çıxır, lakin artıq Anjali Rama aşiq olmuşdur. Filmin musiqisini Nadeem-Shravan bəstələmişdir.
Müxtəlif səbəblərdən təxminən dörd il premyerası gecikdirilən filmin premyerası, nəhayət, Müstəqillik Günü həftəsonuna təsadüf edərək 11 avqust 2000-ci ildə edilmişdir. Film buraxıldıqdan sonra tənqidçilərdən müsbət rəylər almış və bütün dünyada ₹ 26 crore gəlir gətirərək kassada böyük bir kommersiya müvəffəqiyyəti əldə etmişdir. Filmin saundtrek albomu Mohabbateindən sonra ilin ikinci ən çox satılan albomu olmuşdur.[7] Bu film indi əhəmiyyətli və güclü bir fanat kütləsi əldə edərək və kult film statusu qazanmışdır.
46-cı Filmfare Mükafatlarında Ürək döyüntüsü filmi Ən Yaxşı Film, Ən Yaxşı Rejissor (Darşan), Ən Yaxşı Köməkçi Qadın Aktyor (Chaudhry) və Ən Yaxşı Musiqi Rejissoru (Nadeem-Sravan) daxil olmaqla 8 nominasiya almış və 2 mükafat qazanmışdır - Ən Yaxşı Mənfi Qəhrəman (Suniel Shetty) və Ən Yaxşı Qadın Səhnəarxası Müğənni ("Dil Ne Yeh Kaha Hai Dil Se" mahnısı ilə Alka Yagnik).
Süjet xətti
[redaktə | mənbəni redaktə et]Anjali Chauhan Verma (Şilpa Şetti) Dev Çopraya (Suniel Şetti) aşiq olan zəngin bir iş adamının yeganə qızıdır. Dev təvazökardır, lakin Anjalinin atası könülsüz formada onunla görüşməyə razı olur. Bununla belə, o, açıq-aşkar kobudluq və mədəniyyətsiz davranışlarına görə Devi rədd edir. Daha sonra isə Anjalinin Dev ilə qaçmaq cəhdinin də qarşısı alınır. Atası onu emosional şəkildə manipulyasiya edərək bildirir ki, onun seçdiyi bir adam olan Ram Verma (Akshay Kumar) evlənməyə razı olsun. Anjali buna razılaşır və beləliklə də Devin ürəyi qırılır.
Anjali Ramla evlənir və onun evinə gedir; bu evdə isə ona nifrət edən ögey ana və ögey qardaşlar ilə qarşılaşır. Ancaq buna baxmayaraq Ram ögey ailəsini saf məhəbbət ilə sevir. O, Anjaliyə yeni ailədə özünə yer tapması üçün vaxt verir, lakin qız, onun sevgisinə qarşılıq verə bilmir.
Ramın ögey qardaşı Anjali ilə intim münasibətdə olmağa çalışır və yaxalananda isə günahı onun üstünə atır. Amma artıq gözləri açılmış olan Ram, arvadını tam olaraq müdafiə edir və ögey ailəsindən evini tərk etməsini xahiş edir. Bu hərəkətindən sonra Anjali ona aşiq olur.
Üç il sonra evliliklərinin növbəti ilini qeyd edərkən artıq varlı olan Dev, həm iş həyatında, həm də şəxsi həyatında Ramın rəqibi kimi yenidən meydana çıxır. Ancali susqunluq içərisində heyrətə gəlir. Anjalinin yaşadığı xoşbəxtliyini görə bilməyən Dev, ilk sevgisinə çatmağa çalışır. Anjali onu tərk etməsi üçün Devə yalvarsa da, Dev onun yalvarışlarını eşitmək belə istəmir.
Rədd olunduğu üçün pərt olan Dev Çopra Ram Vermanı məhv etmək qərarına gəlir. Ramın ögey qardaşları ilə bərabər, Ram və Anjaliyə maddi ziyan vurmağa nail olur. Ram Anjalinin Dev haqqında öz atası ilə danışığını eşidəndə keçmişini gizlətdiyinə görə Anjalini qınayır. Lakin o, huşunu itirir və sonra hamilə olduğu məlum olur. Anjali Dev Çopra ilə axırıncı dəfə görüşür və onunla acı vida edir. Aldığı hər şeyi geri qaytarır və keçmişini arxada qoyur. Filmin musiqisi isə hekayə boyu sözlər arasındakı boşluqları doldurur.
Sauntrek
[redaktə | mənbəni redaktə et]Filmin musiqiləri həmin il olduqca məşhur olmuşdur. Bu musiqilər həmin il Bollivudda ən çox satılmış ikinci musiqi olmuşdurlar.[8]
No # | Başlıq | Müğənni(lər) |
---|---|---|
1 | "Dil Ne Yeh Kaha Hai Dil Se" | Udit Narayan, Alka Yagnik və Kumar Sanu |
2 | "Tum Dil Ki Dhadkan Mein" | Abhijeet Bhattacharya, Alka Yagnik |
3 | "Dulhe Ka Sehra" | Nusrat Fateh Ali Khan |
4 | "Dil Ne Yeh Kaha Hai Dil Se (II)" | Sonu Nigam, Alka Yagnik |
5 | "Na Na Karte Pyar" | Udit Narayan, Alka Yagnik |
6 | "Tum Dil Ki Dhadkan Mein (Sad)" | Kumar Sanu |
7 | "Aksar Is Duniya Mein" | Alka Yagnik |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Dhadkan – Movie – Box Office India". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
- ↑ http://www.imdb.com/title/tt0255111/.
- ↑ Azad, Tasnim. "5 best movies of Shilpa Shetty on completing 25 years in the Hindi cinema industry". EasternEye (ingilis). 2018-11-13. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ Santosh. "Top Ten Best Movies of Shilpa Shetty of All Time". World Blaze (ingilis). 2016-08-18. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ Suhag, Jyoti. "Happy Birthday Shilpa Shetty: Top 5 films of the actress to watch on her birthday". IndiaAheadNews (ingilis). 2019-06-08. 26 June 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ "Promising Bollywood Actresses Who Couldn't Make It Big". Blog To Bollywood (ingilis). 2017-05-27. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
- ↑ "Music Hits 2000–2009 (Figures in Units)". Box Office India. 15 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2016.
- ↑ "Dhadkan second most sold music album". Archived from the original on 2008-02-15. İstifadə tarixi: 2012-09-23.