İlbiz (orta qulaq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlbiz
İlbiz yan kəsik.
İlbiz yan kəsik.
İlbiz yan kəsik.
İlbiz yan kəsik.
Latınca Cochlea
Sistem Duyğu-hissiyyat
Üzv Müvazinət-eşitmə
MeSH Cochlea
Dorlands/Elsevier Cochlea
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlbiz - lat. cochlea 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - lat. canalis spiralis cochleae. Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu lat. apertura vestibularis deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - lat. basis concheae və təbil boşluğuna doğru baxan zirvəsi - lat. cupula concheae vardır. İlbizin sağı (istinadı) mil - lat. modiolus adlanır; bu konusa bənzəyir və üfüqi istiqamətdə yerləşir; kütləsi süngəri sümük maddəsindən təşkil olunmuşdur. Milin əsası - lat. basis modioli bilavasitə daxili qulaq keçəcəyinə söykənir və üzərində ilbiz siniri şaxələrinə məxsus dəliklər vardır; bu dəliklər mil daxilində olan boylama kanalcıqlara - lat. canales longitundinales modioli keçir. İlbiz milindən ilbiz boşluğuna doğru bütün kanal boyu sümük spiral səfhə - lat. lamina spiralis ossea gedir; ancaq bi səfhə ilbiz kanalının qarşı divarına çatmır. Spiral səfhənin azad ucu ilbiz zirvəsində sivriləşir və qırmaq - lat. hamulus laminae spiralis adlanır. Spiral sümük səfhəsinin əsasında dar kanal - lat. canalis spiralis monioli vardır; bu kanal mildə olan boylama kanalcıqlarla birləşir; həmin kanalda spiral qanqlion (ilbiz sinir qanqlionu) yerləşir. İlbiz boşluğu spiral səfhə vasitəsilə iki şöbəyə bölünür: 1) dəhliz pilləkəni - lat. scala vesibuli dəhlizlə birləşir və 2) təbil pilləkəni - lat. scala tympani ilbiz pəncərəsi vasitəsilə təbil boşluğuna açılır. Təbil pilləkənində ilbiz pəncərəsi yaxınlığında ilbiz su kəmərinin dəliyi - lat. apertura interna aquaeductus cochleae yerləşmişdir. İlbizin spiral səfhəyə qarşı duran divarında ikinci bir spiral səfhə - lat. lamina spiralis secundaria vardır.

  • İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 341, UB-999,  (az.)