İv Sen Loran (film)
Bu məqalə Rejissor Cəlil Lespert İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film haqqındadır. Rejissor Bertrand Bonellonun İv San Loran haqqında 2014-cü ildə çəkdiyi film üçün San Loran (film, 2014) səhifəsinə baxın. |
İv San Loran | |
---|---|
Yves Saint Laurent | |
| |
Janr | bioqrafik film[4], dram filmi[5][6][…], LGBT mövzulu film[d] |
Rejissor | Cəlil Lespert |
Prodüserlər |
Yannik Bollore Vassim Beji |
Əsərin müəllifi | Lorens Benyaminin "İv San Loran" bioqrafiyası |
Ssenari müəllifləri |
Jak Fieşi Ceremi Gez Mari-Pyer Hasterin |
Baş rollarda |
Pyer Niney Gilyom Qalen Şarlotta Le-Bon Laura Smet Mari de Vilpen Ksavye Lafit Nikolay Kinski Aleksandr Steycer Jan-Eduard Bodziak |
Operator | Tomas Hardmeyer |
Bəstəkar | İbrahim Maaluf[1] |
İstehsalçılar |
İstefsal edən: Canal+, SND, Wy Productions Distribütor: The Weinstein Company (ABŞ) |
Distribütor | The Weinstein Company[d], Netflix |
İlk baxış tarixi | 8 yanvar 2014 |
Müddət | 105 dəq.[2] |
Büdcə | €12 milyon |
Gəlir | $23,292,860[3] |
Ölkə | Fransa |
Dillər |
fransız ingilis rus ərəb yapon |
Rəng | rəngli |
Çəkiliş yeri | Paris |
IMDb | ID2707858 |
İv Sen Loran (fr. Yves Saint Laurent) 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmidir. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır.
Rollarda
[redaktə | mənbəni redaktə et]- Pyer Niney — İv Sen Loran
- Gilyom Qalen — Pyer Berje
- Şarlotta Le-Bon — Viktoriya Dotreleu
- Laura Smet — Lulu de la Falyez
- Mari de Vilpen — Betti Katrua
- Ksavye Lafit — Jak de Başe
- Nikolay Kinski — Karl Lagerfeld
- Ruben Alves — Fernando Sánchez
- Marianna Basler — Lusyeb San Loran
- Astrid Vetnoll — İvon De Peyerimhoff
- Anna Alvaro — Mari-Luis Busqet
- Mişel Qarsiya — Raymonde Zehnaker
- Patris Tibod — Kristian Dior
- Amira Kasar — Anna-Mari Munoz
- Aleksandr Steycer — Jan-Pyer Debord
- Jan-Eduard Bodziak — Bernard Buffet
İstehalı
[redaktə | mənbəni redaktə et]2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı.[7]
Çəkilişlər
[redaktə | mənbəni redaktə et]Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır. Filmin çəkilişlərinin bir hissəsində Berje özü də iştirak edərək, “San Loranın 1976-cı ildəki məşhur Opéra Ballets Russes kolleksiyasının yenidən yaradılması və sərginin keçirildiyi orijinal məkan olan Vestin otelinin (əvvəlki İnterKontinental oteli) düzənlənməsi üçün podium modellərini çəkiliş meydanına cəlb etmişdir."[8] Berjenin fondu film çəkilişləri üçün “arxivdən 77 vintaj gecə geyimini vermiş, həmçinin Lespertə Parisdə, Marso Avenyudakı mənzil-qərargahda çəkiliş etməyə icazə vermişdir."[9] Berje filmi dəyərləndirərkən qeyd edir ki, “Lespertin filmi Lorens Benyamin tərəfindən yazılmış İv San Loranın bioqrafiyasına və dizanynerinin demonlarının göstərilməsi üçün Berje tərəfindən yazılmış “İvə məktublar” kitabındakı xatirələrə” istinad edilmişdir. Berje deyir: “orda bəzi detallar var ki, mənim xoşuma gəlmir, lakin ümumilikdə bu bir əhəmiyyət kəsb eləmir. Çünki, filmi bir bütöv halında qəbul eləmək lazımdı.” [8]
Qəbulu
[redaktə | mənbəni redaktə et]Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]İv Sen Loran filmi müxtəlif rəylər almışdır. Rotten Tomatoes saytı 50 tənqidçinin rəyinə əsasən filmə 5.4/10 bal və 47% müsbət rəy vermişdir.[10] Metacritic isə altı tənqidçinin rəyinə əsasən filmə 47/100 bal (“qarışıq və ya müsbət” rəyli) vermişdir.[11]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yanbékian, Annie. "Ibrahim Maalouf écrit la musique du film de Jalil Lespert sur Saint Laurent". Culturebox (French). 13 August 2013. 19 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2014.
- ↑ YVES SAINT LAURENT Arxivləşdirilib 2019-09-02 at the Wayback Machine, bbfc.co.uk
- ↑ "YVES SAINT LAURENT (2014)". JP' Box-Office. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-08.
- ↑ http://www.nytimes.com/2014/06/25/movies/yves-saint-laurent-a-biopic-from-jalil-lespert.html.
- ↑ http://www.filmaffinity.com/en/film616931.html.
- ↑ http://www.imdb.com/title/tt2707858/.
- ↑ "TWC Takes U.S. Rights to Yves Saint Laurent Biopic". variety.com. 19 March 2013. 23 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2013.
- ↑ 1 2 Diderich, Joelle. "Yves Saint Laurent Biopic Wins Pierre Bergé's Approval". WWD. 10 January 2014. 11 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 iyul 2014.
- ↑ [https://web.archive.org/web/20140111000154/http://www.wwd.com/eye/people/yves-saint-laurent-biopic-wins-pierre-bergs-approval-7333885?src=nl%2FwkEye%2F20140110 Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine | title=Yves Saint Laurent Biopic Wins Pierre Bergé's Approval | publisher=WWD | date=10 January 2014 | accessdate=1 iyul 2014 | author=Diderich, Joelle}}
- ↑ "Yves Saint Laurent (2014)". Rotten Tomatoes. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2014.
- ↑ "Yves Saint Laurent". Metacritic. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2014.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İv Sen Loran — Internet Movie Database saytında
- Pages using the JsonConfig extension
- Parisdə çəkilən filmlər
- Əlifba sırasına görə filmlər
- 2014-cü ilin filmləri
- Fransa filmləri
- Fransanın dram filmləri
- Fransızca filmlər
- LGBT filmləri
- İngiliscə filmlər
- Ərəbcə filmlər
- Rusca filmlər
- Yaponca filmlər
- Dəb dizaynerləri haqqında bioqrafik filmlər
- Fransanın bioqrafik filmləri
- LGBT mövzulu Fransa filmləri
- 2010-cu illərin LGBT filmləri
- 2014-cü ilin Fransa filmləri