Şauni
Şauni | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili |
şauni dili ingilis dili |
Dini | ənənəvi dinləri və xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Şauni (ing. Shawnee) - Şimali Amerikanın alkoqinlər qrupuna aid hindu xalqı. Ehtimala görə, xalqın adı "cənublu" mənasını verən alkoqin sözü olan şauan dan götürülüb. Onların dili Şoni adlanır. İlk əvvəl indiki Ohayo, Qərbi Virciniya, Merilendin qərbi, Kentukki və Pensilvaniya ştatlarının ərazilərində məskunlaşmışlar. İrokezlər tərəfindən sıxışdırılıb çıxarılsalar da, bir neçə dəfə köçürülmədən sonra yenidən Ohayo ştatı ərazisində məskunlaşmışdılar. Sonralar şaunilər Missuriyə deportasiya olunmuş , ağların axınından sonra isə Kanzas və Oklahoma da məskunlaşmışdılar. Hal-hazırda 6000 nəfərə yaxın şauni nümayəndəsi vardır. Onlar əsasən Oklahoma ştatında məskunlaşmışlar.
Məşhur şaunilər
[redaktə | vikimətni redaktə et]Şauni döyüşçüsü Tekumse və onun qardaşı Tenskvatava şərq tayfalarını ağlara qarşı mübarizə üçün birləşdirməyə çalışmışlar. Məğlubiyyətə uğradılaraq, Oklahomaya köçürülmüşdürlər.