13,2 mm Hotchkiss M1929
13,2 mm Hotchkiss M1929 | |
---|---|
Tipi | Qazlı ağır pulemyot |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar edənlər | Fransa, Yaponiya və başqaları |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
İstehsalçı | Hotchkiss |
Xüsusiyyətləri | |
Ağırlığı | 37.5 kq |
Uzunluğu | 1.65 m (lülə uzunluğu 1 m) |
Vikianbarda əlaqəli mediafayllar |
13,2 mm Hotchkiss M1929 və ya 13.2 mm Hotchkiss pulemyotu — ağır pulemyot növü olub istehsalçısı Hotchkiss et Cie şirkətidir.
1920-ci illərdən etibarən İkinci Dünya Müharibəsinə qədər müxtəlif xalqlar tərəfindən istifadə edilmiş və Fransa və Yaponiya tərəfindən lisenziya əsasında istehsal edilmişdir. Silahın çapı 13,2×96 mm olub, atəş tezliyi isə dəqiqədə 450 patrondur.
Xidməti təyinatı
[redaktə | vikimətni redaktə et]- Yerə quraşdırılmış olan zenit silahı: Fransa Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilmiş olan cüt ştativli sistem olub, strateji yerlərdə və aerodromlarda quraşdırılmışdır. Pulemyotun bu növünün adı 13,2 mm CA mle 1930 olmuşdur.
- Döyüş gəmilərində: İkinci Dünya müharibəsinin əvvəllərində pulemyotun cütləşdirilmiş başlığı olan tipindən Fransa və Yaponiya donanmalarında istifadə olunurdu. Onlardan döyüş gəmilərinə külli miqdarda paylanmışdı.
- Quru silahı: Bu silah ya ARM-35 yüngül tanklarına, ya da ki zirehli maşınlara və ya istehkamlara quraşdırılmışdır.
Populyar mədəniyyətdə "Hotchkiss"
[redaktə | vikimətni redaktə et]Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Qara dəniz kapitanlarının Anadoluya qaçaq yollarla gətirdikləri silahlardan biri olan "Hotchkiss" populyar mədəniyyətdə də özünə yer tapmışdır. Cem Qaracanın 1975-ci ildə oxumuş olduğu siyasi mahnılardan biri olan və Türkiyə İstiqlaliyyət müharibəsindən bəhs edən Mübarizə (türk. Kavga) mahnısının ilk sətirləri belə başlayır:
- Üç qardaş əmanəti bir dərədən götürdülər
- İlyas, Təməl, Sürəyya, küləklər sıra-sıra
- Əmanət pulemyotları, Hotchkiss markalı….
1976-cı ilin əvvəllərində TRT-də yayımı qadağan edilmiş olan "Mübarizə" mahnısı, "Mutlaka Yavrum" mahnısının yer aldığı 45-lik rekordun arxa tərəfində yer almışdır. Eyni hissəni Cem Karacanın xatirəsinə yayımlanmış olan "Mutlaka Yavrum" adlı musiqi albomunda Volkan Konak ifa etmişdir.