1945–1949-cu illərdə Almaniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
1945–1949-cu illərdə Almaniya
Bayraq
 
 
 
 
 

Paytaxt Berlin
Dilləri ingilis dili
Rəsmi dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İşğal Almaniyasının bayrağı

"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, SovetFransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi BerlinSaar Protektoratı yaradılmışdır.

Almaniyanın bölüşdürülməsi
Berlinin bölüşdürülməsi

Almaniyanın işğalı

[redaktə | vikimətni redaktə et]
İşğal altındakı Almaniya. Bənövşəyi hissə 1945-ci ilin iyulunda ABŞBöyük Britaniyanı geri çəkildiyi sovet ərazisidir.

1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, AmerikalılarFransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, MacarıstanÇexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu.

Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-HolşteynHamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar SaarlandYuxarı Reyn; ElbaKöniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.

ABŞ, İngiltərə və Sovet İttifaqının 1945-ci il 17 iyul – 2 avqust tarixləri arasındakı Potsdam konfransında qəbul etdiyi qərara görə, Almaniya vahid bir ölkə kimi idarə ediləcəkdi. Lakin bu qərar heç vaxt yerinə yetirilmədi və Müttəfiqlərin hər biri işğal olunmuş əraziləri öz qaydaları ilə idarə etdi.

İngiltərə, ABŞ, Fransa və Sovet İttifaqı arasında fikir ayrılıqları getdikcə kəskinləşməyə başladı. Sonda birlikdə işləmək imkanı tamamilə itirildi. Almaniya şərqqərbə bölündü. Berlinin bir hissəsi Sovet ərazisində qaldı.

İki Almaniya Respublikası

[redaktə | vikimətni redaktə et]

İkinci Dünya müharibəsindən sonra Almaniya viran qaldı. Milyonlarla insan ac qaldı və milyonlarla alman viran qalmış evlərdə, xarabalıqlarda yaşamağa çalışırdı. Fabriklərin əksəriyyəti dağıdılmışdı. Salamat qalmış fabriklər isə yanacaq çatışmazlığı və ya xammal çatışmazlığı səbəbindən iş görə bilmirdilər. Onları kənardan almaq üçün pul da yox idi. Bir çox körpü, lokomotiv, yük maşını dağıdılmış, dəmir yolları yararsız hala düşmüşdü. Nəticədə ağır işsizlik oldu. Müttəfiqlər bu problemləri həll etməklə məşğul olduqları bir dövrdə, 1948-ci ilin iyun ayında yeni bir böhran baş verdi. Sovet İttifaqı Berlin ilə Qərbi Almaniya arasında nəqliyyat əlaqəsini kəsdi. İngiltərə və ABŞ daha sonra doqquz ay hava yolu ilə Berlin şəhərinin ərzaq və digər ehtiyaclarını qarşılamışdı.

Bu vaxt ABŞ, İngiltərə və Fransa Almaniyanın yeni hökumətinin yaradılması üzərində işləməyə başladılar. Qərbi Almaniyanın federal bir respublika olmasına qərar verildi. 1949-cu il avqust seçkilərindən sonra Bonn şəhərində yeni parlament işə başladı. Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk kansleri olur.

Sovet İttifaqı da Almaniya Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1954-cü ildə ABŞ, İngiltərə və Fransa bir il ərzində Almaniya Federativ Respublikasının işğalına son qoymağa və ölkənin müdafiə sahəsində əməkdaşlıq müqaviləsi olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmağa razılıq verdilər. Elə həmin il Sovetlər Almaniya Demokratik Respublikasının müstəqil bir dövlət olduğunu elan etdilər.

Nasizmdən təmizlənmə müddəti

[redaktə | vikimətni redaktə et]

Almaniyanın işğalı zamanı müttəfiqlər Nasional Sosializmin bütün izlərini ölkədən silmək üçün çalışdılar. Nasional Sosialist Alman Fəhlə Partiyası cinayətkar təşkilat elan edildi və yenidən qurulması qadağan edildi. Nasional sosializmi simvolizə edən hər şey çıxarıldı, svastika "qadağan simvolu" kimi elan edildi. Nasistlərin hakimiyyəti dövründə istifadə olunan bayraq ləğv edildi və onu bu gün də istifadə olunan qara-qırmızı-qızılı rənglərdən ibarət bayraq əvəz etdi. Hitlerin adını daşıyan yüzlərlə küçə nişanları çıxarıldı və bu küçələrin adları dəyişdirildi. "Reyx" anlayışı, yəni dövlət mexanizminin əsasını təşkil edən "İmperiya" ləğv edildi. Müttəfiq qoşunlarının əsgərləri Alman xalqını ölüm düşərgələrinə apararaq öldürülən yəhudilərin cəsədlərini göstərdilər. Bu və buna bənzər digər işlər Almaniya cəmiyyətinin düşüncə baxımdan yenidən təşkilatlanması üçün aparılmışdır.