Adi boğazotu
Adi boğazotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi boğazotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval. Ovalıqdan subalp qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | vikimətni redaktə et]Meşələrdə, meşə kənarənda və talalarda, kolluqlarda, çəmənlərdə, bağlarda, arxların kənarında, düyü əkilən sahələrdə, çınqıllı çayların kənarında, bulaqların yanında, yol kənarında rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Yağlı bitki hesab olunur.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Prunella vulgaris subsp. parviflora Ehrh.
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Prunella vulgaris subsp. asiatica (Nakai) H.Hara
- Prunella vulgaris subsp. estremadurensis Franco
- Prunella vulgaris subsp. hispida (Benth.) Hultén
- Prunella vulgaris subsp. lanceolata (W.P.C.Barton) Piper & Beattie
- Prunella vulgaris subsp. vulgaris
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 600.