Adolf Tyer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adolf Tyer
fr. Adolphe Thiers
31 avqust 1871 – 24 may 1873
ƏvvəlkiIII Napoleon
SonrakıPatris de Mak-Maqon
Şəxsi məlumatlar
Doğum adı Marie-Joseph-Louis-Adolphe Thiers
Doğum tarixi 15 aprel 1797(1797-04-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 sentyabr 1877(1877-09-03)[3][4][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Fəaliyyəti vəkil, siyasətçi, jurnalist, tarixçi, yazıçı

Təltifləri "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari Jozef Lui Adolf Tyer (fr. Marie Joseph Louis Adolphe Thiers; 15 aprel 1797[1][2][…], Marsel[5][6]3 sentyabr 1877[3][4][…], Sen-Jermen-an-Le[d][5][6]) — fransız siyasi xadim və tarixçi. Böyük Fransa inqilabının tarixinə dair bir sıra əsərlərin müəllifi. İyul monarxiyası dövründə bir neçə dəfə Fransanın baş naziri olmuşdur. Üçüncü Fransa Respublikasının ilk (müvəqqəti, 1871–1873) prezidenti.

1871-ci ilin fevralında açılan Fransa Müəssislər Məclisi hökumətin təşkili məsələsinə baxdı. Fevral ayının 13-də hökumətin başçısı vəzifəsinə Adolf Tyer təyin olundu və Tyer bu vəzifədə 1872-ci ilin may ayına qədər qaldı. Tyer o zaman Avropada tanınmış siyasi xadimlərdən biri idi. Belə hesab edilirdi ki, onun bu vəzifəyə gətirilməsi Almaniya imperiyası ilə danışıqlarda uğurun əldə edilməsinə şərait yaradacaq, eyni zamanda A. Tyer ölkə daxilində siyasi qüvvələr arasında bir növ siyasi bir kompromisin əldə olunmasına nail olacaqdır. İcra hakimiyyətinin başçısı olan Adolf Tyer 1871-ci ilin avqust ayının 31-dən etibarən prezident adlanmağa başlandı.

1871-ci ilin mart-may aylarında Parisdə ilk fəhlə birliyi olan Paris kommunasının hakimiyyəti bərqərar oldu. 1871-ci ilin mart ayının 18-də hökumət Parisin yoxsul əhalisindən kirayə haqlarını və lombardlara qoyduqları əşyalara görə vekselləri tez bir zamanda ödəməyi tələb etdi. Bununla bağlı Parisdə milli qvardiya batalyonları hazır vəziyyətə gtirilmişdi. Martın 18-də Adolf Tyer hökumət üzvləri qoşunla birlikdə paytaxta gələrək milli qvardiyanı tərksilah etdilər. Lakin hökumətin bu cəhdi uğursuz nəticələndi və fəhlələr, milli qvardiya Parisi tez bir zamanda nəzarət altına götürdülər. Hökumət Versala köçmək məcburiyyətində qaldı. Beləliklə 1871-ci ilin mart ayının 18-də Parisdə may ayının 28-ə dək mövcud olacaq ilk fəhlə hökuməti olan Paris kommunası quruldu.

1871-ci ildə may ayının 10-da Almaniya və Fransa arasında Frankfurt-Maynda yekun sülh müqaviləsi imzalandı. Bismark, heç bir şərt qoymadan əsirlikdə olan 150 minlik fransız ordusunu tərksilah etmədən əsirlikdən azad etdi. Bu ordu isə Mak Maqonun başçılığı altında Paris kommunasına qarşı hücuma keçdi. Almaniya ilə müqavilənin bağlanmasından sonra Tyer hökuməti Parisə etdiyi hücumu daha da gücləndirdi və may ayının 28-də Paris kommunasının son dəstələri də darmadağın edildi. Bu hadisələr zamanı 21 min nəfər insan güllələndi, 15–20 min arası isə sürgün edildi. Paris kommunasının məğlub edilməsi siyasi xadimləri konstitusiyanın hazırlanması işini daha da sürətləndirdi.

Fransada bu dövrdə hakimiyyətə kimin gətiriləcəyi məsələsində də ortaq bir fikir yox idi. Orleanistlər Orleanlı I Lui-Filippin 1821-ci ildə öldürülən oğlunun oğlu Paris qrafının hakimiyyətə gətirilməsinin tərəfdarı olduqları halda, legitimistlər X Karlın nəvəsi qraf Şamborun tərəfindən çıxış edirdilər. Tyer isə bildirirdi ki, bu ziddiyyətlərə son vermək və vəziyyəti olduğu kimi saxlamaq lazımdır. Lakin Tyer son nəticədə 1872-ci ilin may ayının 10-da istefaya getdi. Tyerdən sonra prezident vəzifəsinə Fransa marşalı Patris de Mak-Maqon təyin edildi.

  • Bezbakh, Pierre. Petit Larousse de l'histoire de France des origins a nos jours. Paris: Larousse. 2004. ISBN 2-03-505369-2.
  • De la Croix de Castries, René. Monsieur Thiers. Librarie Academique Perrin. 1983. ISBN 2-262-00299-1.
  • Guiral, Pierre. Adolphe Thiers ou De la nécessité en politique. Paris: Fayard. 1986. ISBN 2213018251.
  • Milza, Pierre. L'année terrible: La Commune (mars–juin 1871). Paris: Perrin. 2009a. ISBN 978-2-262-03073-5.
  • Milza, Pierre. L'année terrible: La guerre franco-prussienne (septembre 1870 – mars 1871). Paris: Perrin. 2009b. ISBN 978-2-262-03073-5.
  • Valance, Georges. Thiers - bourgeoise et revolutionanaire. Flammarion. 2007. ISBN 978-2-0821-0046-5.
  • Valode, Philippe. Les 24 présidents de la République française. Paris: L'Archipel. 2012. ISBN 978-2-8098-0821-6.
  1. 1 2 Gil Blas (fr.). RF: 1887. P. 3. ISSN 1149-9397; 2420-2401
  2. 1 2 Marie, Joseph, Louis, Adolphe Thiers // Sycomore (fr.). / Assemblée nationale
  3. 1 2 senat.fr (fr.).
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 3 4 Тьер Адольф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 3 4 www.accademiadellescienze.it (it.).
  7. Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 326.