Ahimsa
Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizm və caynizmdə[1][2][3] əsas fəzilətdir.
Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” [4] .
Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, söz və düşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir
Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Encyclopedia of violence, peace, & conflict (2nd ed). Amsterdam: Elsevier. Stephen H. Phillips. 2008. 1347–1356, 701–849, 1867. ISBN 978-1-84972-393-0.
- ↑ Dundas, Paul. The Jains (2nd ed). London: Routledge. 2002. 153–154. ISBN 0-203-39827-0.
- ↑ Bajpai, Shiva G. The history of Hindu India: from ancient to modern times (First edition). India. 2011. 8, 98. ISBN 978-1-934145-38-8.
- ↑ Махатма Ганди. Моя жизнь. М.: Азбука-Аттикус. 2015. ISBN 978-5-389-09739-1.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Шохин В. К. Ахимса // Энциклопедия «Кругосвет».
- Литман А. Д. Современная индийская философия. М.: Мысль, 1985.
- M.A. Воронкина. Природа принципа ахимсы и межкультурный диалог. 2004.
- «Йога-Сутры» Патанаджали
- Shri Yogendra. Guide to Yoga Meditation. The Yoga Institute. 1972.