Dpkg
dpkg | |
---|---|
Tipi | paket meneceri |
Müəllif | Yan Mördok |
Tərtibatçılar | dpkg komandası |
Repozitoriya | git.dpkg.org/git/dpkg/dp… |
Proqramlaşdırma dili | C[2], C++[3], Perl[2][3] |
Əməliyyat sistemi | UNIX tipli sistemlər |
İnterfeysin dili | C |
Yayımlanma tarixi | yanvar 1994 |
Sonuncu versiya |
|
Lisenziya | GNU GPL |
Sayt | wiki.debian.org/Teams/Dp… |
Vikianbarda əlaqəli mediafayllar |
dpkg — Debian əməliyyat sistemində paketlərlə idarəetmə sisteminin proqram təminatıdır. dpkg proqramı .deb paketlərini yazmaq və silmək üçün istifadə edilir.
dpkg
olduqca aşağı mərhələli utilitdir. APT kimi yüksək mərhələli utilitlər də mövcuddur ki, onlar şəbəkə repozitorluğundan paketləri endirməyə və izləməyə imkan verir. Son istifadəçilər üçün daha rahat və qrafik interfeysə malik utilitlər – Aptitude və ya Synaptic daha uyğundur. Bu proqramlar paketlər siyahısına baxmaq, onların elementlərinə göz gəzdirmək üçün idealdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]dpkg ilkin olaraq Met Uelş, Karl Striter və Yan Mördok tərəfindən yaradılmışdır. Yaradıcıların üç nəfər olmasına baxmayaraq proqramın ideya müəllifi və əsas inkişafçısı Yan Mördok olmuşdur. İlkin olaraq dpkg Perl proqramlaşdırma dilində yazılmışdır. Ancaq bir müddət sonra Yan Mördok tərəfindən 1993-cü ildə C proqramlaşdırma dilinə yenidən yazılmışdır. "dpkg" adı "Debian package" sözünün qısaldılmasıdır.
İstifadə nümunələri
[redaktə | mənbəni redaktə et].deb paketi yazmaq üçün:
dpkg -i deb_paketi
deb_paketi hissəsi — paket faylının adıdır (fayl .deb formatındadır). dpkg-də işləmək üçün onu mütləq "root" kimi buraxmaq lazımdır.
Yazılmış paketlərin siyahısını çıxarmaq üçün:
dpkg -l [mask]
Yazılmış paketi silmək üçün:
dpkg -r paket_adı
Yaradıcıların alətləri
[redaktə | mənbəni redaktə et]dpkg-dev paketi paket yaratmaq üçün bir neçə alətə malikdir:
- dpkg-source — Debian paketinin mənbə fayllarını arxivləşdirir və arxivdən çıxarır.
- dpkg-deb — ikili paketləri arxivləşdirir və arxivdən çıxarır.
- dpkg-gencontrol — arxivdən çıxarılmış Debian paketindən məlumatı oxuyur.
- dpkg-shlibdeps — paket asılılığını izləyir.
- dpkg-genchanges — arxivdən çıxarılmış Debian paketindən məlumatı oxuyur.(.changes üçün).
- dpkg-buildpackage — avtomatik paket yaradılması üçün istifadə olunan idarə skripti.
- dpkg-distaddfile — Debian faylına fayl əlavə edir.
- dpkg-parsechangelog — dəyişdirilmiş Debian paketinin fayl məlumatını oxuyur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Debian — dpkg paketlərinin axtarış nəticəsi" (rus). İstifadə tarixi: 14 noyabr 2010.
- "debian-dpkg mailing list" (ingilis). İstifadə tarixi: 14 oktyabr 2010.
- "dpkg(8) man" (ingilis). İstifadə tarixi: 14 oktyabr 2010.
- "General Origin handling" (ingilis). İstifadə tarixi: 14 oktyabr 2010.