Egina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Egina
q.yun. Αίγινα
Cinsi qadın[d]
Atası Asop
Anası Metopa
Əri Aktor
Uşaqları Eak; bəzi mənbələrə görə, Meneti və ya Damokrateya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu.

Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı SikionArqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı.[1][2][3] Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı.[4][5][6]

Egina Zevsi gözləyərkən, Ferdinand Bolun əsəri

Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi. Egina bu görüşlərdən sonra oğul doğdu, hansı ki Eak adlandırıldı və mirmidonlar padşahı oldu. Mifin bir versiyasına görə, rəqibə qarşı qısqanclığından Hera Eakın təbəəsində olan əhaliyə epidemiya göndərdi, bunun nəticəsində adanın bütün sakinləri öldülər.[6] Sonradan Egina Fessaliyaya köçdü və burada Fokida qəhrəmanı Aktora ərə getdi. Bir versiyaya görə, Patroklun atası Meneti onun oğlu idi[7], digərinə isə əsasən o, Damokrateyanın qızı tərəfdən onun nəvəsi idi (məhz bu halda Damokrateyanın qızı Aktorun anası yox həyat yoldaşı idi). Appoloni Rodoslunun "Arqonavtika" əsərinə şərh yazan bir müəllif Egina və müharibə tanrısı Aresin qızı Sinopun adını çəkir.[5]

Fliunt sakinləri Olimpiya üçün Asop Fliuntlunun qızlarının heykəllərini düzəltdirlər, onlar içərisində xüsusilə Zevsin qucaqladığı Egina heykəli seçilirdi.[8] Delfidə ən azı e.ə. II əsrə qədər Eginaya aid başqa bir heykəli də var idi, o da Zevsin mis heykəli ilə birlikdə Fliunt sakinlərinin əsəri idi.[9] Bu sənət əsərlərinə istinadlara əsasən Qədim Yunanıstan heykəltəraşları Eakın anasının qaçırılmasını təsvir etməyi çox sevirdilər.[10][6] Bundan əlavə, Böyük Plini Elasippin bu süjet əsasında çəkdiyi rəsmi barədə yazmışdır.[11] Üzərində Eginanın qaçırılması təsvir olunduğu iki güldan qorunub saxlanmışdır.[6]

Egina müvafiq olaraq NiderlandFransa rəssamları Ferdinand BolJan-Batist Qrözun rəsm əsərlərində təsvir olunmuşdur. Bu personaj, ABŞ istehsalı "Hercules: The Legendary Journeys" (1995) adlı televiziya serialının bir epizodunda peydə olur, bu rolu Kler Keri canlandırmışdır.[12] 1866-cı ildə kəşf edilmiş (91) Egina asteroidi Eginanın şərəfinə adlandırılmışdır.[13]

Eginanın qaçırılması əfsanəsinin Fliunt sakinləri tərəfindən adanın müstəmləkə edilməsi üçün uydurduğu üstüörtülü hekayə olduğuna dair fərziyyə mövcuddur.[14]

  1. Диодор Сицилийский, 2005, IV, 72, 5
  2. Гигин, 2000, Мифы, 52
  3. Ярхо, 1988
  4. Аполлодор, 1972, III, 12, 6
  5. 1 2 Escher, 1893
  6. 1 2 3 4 Roscher, 1886
  7. Пиндар, 1980, Олимпийские песни, IX, 69
  8. Павсаний, 2002, V, 22, 6
  9. Павсаний, 2002, X, 13, 6
  10. Аполлодор, 1972, III, прим. 160
  11. Плиний Старший, XXXV, 122
  12. «Удивительные странствия Геракла»Internet Movie Database saytında
  13. Schmadel, Lutz D. Dictionary of Minor Planet Names Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. — Fifth Revised and Enlarged Edition. — B., Heidelberg, N. Y.: Springer, 2003. — P. 24. — ISBN 3-540-00238-3
  14. "Эгина // Реальный словарь классических древностей". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03.

Mənbələr və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
Mənbələr
  1. Psevdo-Apollodor. Мифологическая библиотека. Л.: Наука. Перевод, заключительная статья, примечания, указатель В. Боруховича. 1972.
  2. Higin. Мифы. СПб.: Алетейя. Перевод, комментарий Д. Торшилова под общей редакцией А. Тахо-Годи. 2000. ISBN 5-89329-198-0.
  3. Siciliyalı Diodor. Историческая библиотека. СПб.: Алетейя. Перевод, статья, комментарии и указатель О. Цыбенко. 2005. ISBN 5-89329-716-4.
  4. Pavsani. Описание Эллады. М.: Ладомир. 2002. ISBN 5-86218-298-5.
  5. Pindar. Vakxilid. Оды. Фрагменты. М.: Наука. 1980.
  6. Böyük Plini. "Естественная история". İstifadə tarixi: 2019-09-15.
Ədəbiyyat
  • Ярхо В. Эгина // Мифы народов мира . 2. 1988. 657.
  • Escher-Bürkli J. Aigina 2 : [нем.] // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft. — 1893. — Bd. I, 1. — Kol. 968.
  • Roscher. Aigina // Ausführliches Lexikon der griechischen und römischen Mythologie. Leipzig: B. G. Teubner. Roscher Wilhelm Heinrich. 1886.