Ervand Sevortyan
Ervand Sevortyan | |
---|---|
Ervand Vladimiroviç Sevortyan | |
Doğum tarixi | 22 oktyabr (4 noyabr) 1901[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1978[1] (76 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Elm sahələri | Müqayisəli dilçilik, etimologiya, türkologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Ervand Sevortyan (22 oktyabr (4 noyabr) 1901[1], Yalta, Rusiya imperiyası – 23 mart 1978[1], Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.
Həyatı
[redaktə | vikimətni redaktə et]1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978–2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II–IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.[2]
Türk Dil Qurumunun müxbir üzvü olub (1957).[3]
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Türk dilinin qrammatikası ("Грамматика турецкого языка", 1947);
- Türk ədəbi dilinin fonetikası ("Фонетика турецкого литературного языка", 1955);
- Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском литературном языке", 1957);
- Azərbaycan dilində affiksal feildüzəltmə ("Аффиксы глаголообразования в азербайджанском языке", 1962);
- Azərbaycan dilində affiksal ismi sözdüzətmə ("Аффиксы именного словообразования в азербайджанском языке", 1966);
- Azərbaycan dilinin qrammatikası ("Грамматика азербайджанского языка", 1971, M. Şirəliyevlə birgə).
Məqalələri
[redaktə | vikimətni redaktə et]- Sovet türkologiyasının inkişafı tarixindən (Из истории развития советской тюркологии.// Известия АН СССР, ОЛЯ, 1955, том XIV, вып. 2)
- Müzakirəardı illərdə sovet türkologiyası (Советская тюркология в последискуссионные годы. // Известия АН СССР, ОЛЯ, 1953, том XII, вып.6)
- "Türk dillərinin tarixi öyrənilməsinin bəzi məsələlərinə dair" məqaləsi ("О некоторых вопросах исторического изучения тюркских языков", 1960)
- "Türk dillərinin çağdaş durumu və SSRİ-də tarixi öyrənilməsinin bəzi məsələləri" məqaləsi ("Современное состояние и некоторые вопросы исторического изучения тюркских языков в СССР", 1961)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ "Этимологический словарь тюркских языков в 8 томах (1978-2008)". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
- ↑ "Чувашская энциклопедия — Севортян Эрванд Владимирович". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
- 4 noyabrda doğulanlar
- 1901-ci ildə doğulanlar
- Yaltada doğulanlar
- 23 martda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Filologiya elmləri doktorları
- Professorlar
- Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutunun alimləri
- Türk Dil Qurumunun üzvləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- RSFSR-in əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Türkoloqlar