Fyodor Buslayev
Fyodor Buslayev | |
---|---|
rus. Фёдор Ива́нович Бусла́ев | |
| |
Doğum tarixi | |
Doğum yeri | Vadinsk kəndi, Penza |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Lublino qəsəbəsi, Moskva |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Fəaliyyəti | filoloq |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fyodor İvanoviç Buslayev (rus. Фёдор Ива́нович Бусла́ев) (25.4.1818, Penza vilayətinin indiki Vadinsk kəndi –12.8.1897, Moskva ətrafındakı Lublino qəsəbəsi) — rus filoloqu və incəsənət tarixçisi. Peterburq Elmlər Akademiyasının akademiki (1860).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Moskva Universitetini bitirmiş (1838), həmin Universitetdə professor (1859–81), rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Rus dilinin tarixi, qədim rus ədəbiyyatı, şifahi xalq yaradıcılığına dair əsərlərin müəllifidir. Rus dilinin tədqiqində müqayisəli-tarixi metodun tərəfdarı kimi çıxış etmişdir.[1]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Qədim rus və slavyan əlyazmalarının filoloji tədqiqatını aparmış və onları nəşr etdirmişdir. Buslayev 1840–60-cı illərdə yazdığı elmi əsərlərində rus mifoloji məktəbinin ən görkəmli nümayəndəsi kimi mifdə xalq yaradıcılığının dərin köklərini görmüş, onun linqvistik bərpasına çalışmışdır ("Rus xalq ədəbiyyatı və incəsənətinin tarixi oçerkləri". ).[1]
1870-ci illərdə bu baxışlardan uzaqlaşmış və alman sanskritoloqu T. Benfeyin ideyalarına əsaslanaraq Avropanın bir sıra folklor süjetinin Şərqdən qaynaqlandığını göstərmişdir ("Səyyah povestlər və hekayələr", 1874). Rus və Qərbi Avropa rəngkarlığı, ikonoqrafiyası, miniatür və ornament sənətinin tarixinə dair tədqiqatların müəllifidir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Buslayev// Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 119. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.