Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. [1][2] Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]"Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir [3] və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar.
Hüquq sosiologiyası anlayışları
[redaktə | vikimətni redaktə et]Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır[4].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Социология права". Словарь по общественным наукам. Глоссарий.ру. İstifadə tarixi: 2010-06-26.[ölü keçid]
- ↑ Казимирчук В.П., Кудрявцев В.Н. Современная социология права. М.: Юристъ. 1995. ISBN 5-7357-0092-8.
- ↑ Здислав Brodecki. Социология права. Лексикон современных теорий и философии права. Варшава. 2007.
- ↑ Кондаков А. Неюридические подходы к изучению права // Общество и право: исследовательские перспективы : [сборник статей] / ред.-сост. А. Кондаков. — СПб.: Центр независимых социологических исследований, 2015.