Kömək:Sınaq göstərişi
Qısa məzmun qutusunun altında Sınaq göstərişi düyməsi var. Bu düyməni basmaqla, dəyişikliklərinizi yayımlamadan, məqalənin necə görünəcəyini yoxlaya bilərsiz. Bunu hər Dəyişiklikləri yayımla düyməsinə basmadan əvvəl etməyiniz tövsiyə olunur.
Redaktə zamanı
[redaktə | mənbəni redaktə et]Dəyişikliklərin saxlandıqdan sonra necə görünəcəyini və heç bir səhv edib-etmədiyinizi yoxlamaq üçün redaktə zamanı sınaq göstərişindən istifadə edin. Bu eyni zamanda 'Dəyişiklikləri yayımla' düyməsini birdən çox dəfə basmaq ehtiyacının qarşısını alır. Eyni məqalədə bir neçə dəfə ardıcıl olaraq dəyişikliklər paylaşmaq, oxuyucuların dəyişənləri yoxlamasını çətinləşdirir. Böyük düzəlişlər edərkən, məqalənin dəyişikliklər etdiyiniz hissəsini cihazınıza kopyalayın, çünki bəzən Vikipediya serverlərində donmalar olur və kopyalamamısınızsa, işinizi itirə bilərsiniz.
Sınaq göstərişində siz həm də redaktənizin qısa məzmunun görünüşünü də görə bilərsiniz, bununla da məsələn, məzmuna yerləşdirdiyiniz linkləri yoxlaya bilərsiniz.
Digər üstünlüklər
[redaktə | mənbəni redaktə et]Sınaq göstərişindən istifadə etmək sizin sayta girişinizin vaxtının bitməsini, yəni redaktələrinizin istifadəçi adınıza aid edilməməsinin qarşısını alır. Həmçinin, əgər istifadəçi adınızdan çıxılıbsa, sınaq göstərişi sizi bundan xəbərdar edəcək və bundan sonra geri daxil olub, işinizi paylaşa bilərsiniz. Bunu səhifənin yuxarı-sağ tərəfində istifadəçi adınızın görünüb-görünməməsi ilə yoxlaya bilərsiniz. Önizləmə düyməsini basdığınız zaman istifadəçi adınızın sağ üst küncdə göründüyünü yoxlayaraq bunu yoxlaya bilərsiniz. Əgər daxil deyilsinizsə, Xüsusi:UserLogin səhifəsini ayrı pəncərədə açın. Daxil olun, sonra düzəlişlərinizə qayıdın və hər şeyin yaxşı olduğundan əmin olmaq üçün yenidən "sınaq göstərişi" düyməsini basın.