Kanadanın əyalət və əraziləri
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kanadanın əyalət və əraziləri – Kanada inzibati ərazi bölgüsünə görə əyalət və ərazilərdən ibarətdir. Ölkə 10 əyalət və 3 əraziyə bölünür.
Kanadada Kanada Konstitusiyasının yurisdiksiyası altında sub-milli inzibati ərazi vahidləri olan 10 əyalət və 3 ərazi var. 1867-ci ildə Kanada Konfederasiyasında Britaniya Şimali Amerikasının üç əyaləti - Nyu-Bransuik (New Brunswick), Yeni Şotlandiya (Nova Scotia) və Kanada əyaləti (Konfederasiyadan sonra Ontario və Kvebekə bölündü) federasiya yaratmaq üçün birləşərək növbəti, yəni XX əsrdə tam müstəqil ölkəyə çevrildi. Tarix ərzində ərazilər və əyalətlər əlavə edildiyi üçün Kanadanın beynəlxalq sərhədləri bir neçə dəfə dəyişdi və onu ərazisinə görə dünyanın (Rusiyadan sonra) ikinci ən böyük ölkəsinə çevirdi.
Kanada əyaləti ilə ərazi arasındakı əsas fərq odur ki, əyalətlər öz güc və səlahiyyətlərini 1867 Konstitusiya Aktından (əvvəllər[1] 1867 Britaniya Şimali Amerikası Aktı adlanırdı) götürürlər. Halbuki ərazilər isə hökumətləri Kanada Parlamenti tərəfindən onlara verilən səlahiyyətlərlə qanunvericiliyə uyğun yaradılan federal ərazilərdir. Konstitusiya Aktından irəli gələn səlahiyyətlər, yalnız, həyata keçirmək üçün Kanada Hökuməti (federal hökumət) və əyalət hökumətləri arasında bölünür. Federal hökumət və əyalətlər arasında səlahiyyət bölgüsündə dəyişiklik konstitusiya dəyişikliyi tələb edir. Halbuki ərazilərə təsir edən oxşar dəyişiklik Kanada Parlamenti və ya hökumət tərəfindən birtərəfli qaydada həyata keçirilə bilər.
Müasir Kanada konstitusiya nəzəriyyəsində əyalətlər 1867-ci il Konstitusiya Aktı çərçivəsində əyalət və federal hökumət arasında məsuliyyət bölgüsü əsasında müəyyən ərazilər daxilində birgə suveren (həmsuveren) sayılır. Və beləliklə, hər bir əyalətdə Kanada Monarxının nümayəndəsi olan leytenant-qubernator var. Ərazilər suveren deyil, əksinə onların səlahiyyətləri və vəzifələri birbaşa federal səviyyədə devolusiya (devolution) verilir. Həmçinin ərazilərin federal hökuməti təmsil edən komissarı var.
Siyahı
[redaktə | vikimətni redaktə et]Kanadanın əyalət və əraziləri aşağıdakılardır:
- Əyalətlər
- Alberta
- Britaniya Kolumbiyası (British Columbia)
- Manitoba
- Nyu-Brunsvik (New Brunswick)
- Nyufaundlend və Labrador (Newfoundland and Labrador)
- Yeni Şotlandiya (Nova Scotia)
- Ontario
- Şahzadə Eduard Adası (Prince Edward Island)
- Kvebek (Quebec)
- Saskaçevan (Saskatchewan)
- Ərazilər
- Şimal-Qərb Əraziləri (Northwest Territories)
- Nunavut
- Yukon
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Kanada əyalət və ərazi adlarının etimologiyalarının siyahısı
- Kanadanın əyalət və ərazilərinin dil siyasəti
- Kanada və ABŞ-ın mübahisə etdiyi ərazilərin siyahısı
- Kanadanın bölgələrinin siyahısı
- Kanadadakı hökumətlərin illik xərclərinə görə siyahısı
- Birlik Yerli İdarəetmə Forumu
- Kanadanın əyalət və ərazi muzeyləri
- Kanada ilə əlaqəli mövzuların əyalətlər və ərazilər üzrə siyahısı
- Ümumi daxili məhsula görə Kanada əyalətlərinin və ərazilərinin siyahısı
- Kanadanın əyalət və ərazi simvollarının siyahısı
- İşsizlik nisbətinə görə Kanada əyalətlərinin siyahısı
- İnsan İnkişafı İndeksinə görə Kanada əyalətlərinin və ərazilərinin siyahısı
- Kanadanın əyalət və ərazilərə görə əhalisi
- Kanada bayraqlarının siyahısı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Ad 1982 Kanada Aktı ilə yalnız Kanadada dəyişdirildi (BK), s. 1