Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir.
Hesablanması
[redaktə | mənbəni redaktə et]Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir:
ke — adi səhmin gəlirliliyi
We — adi səhmin kapitalın tərkibindəki çəkisi
V — vergi dərəcəsi
kd — borcun dəyəri (xərci)
Wd — borcun kapitalın tərkibindəki çəkisi
Burada nizamnamı kapitalının orta xərcini göstərir.
Məqsədi
[redaktə | mənbəni redaktə et]KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti. 2015