Kora (heykəl)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Peplos Kora. E.ə. 530-cu il.

Kora (yun. κόρη, hərf.qız; cəm koray) — gənc yaşda olan qadın fiqurlarını təsvir edən və Arxaika dövrünə aid müstəqil qədim Yunanıstan heykəltəraşlıq növünə verilən müasir termin. Kuros kora heykəllərinin gənc kişi ekvivalentidir.

Koralar emosiyasız təmkinli "arxaik təbəssüm" nümayiş etdirir. Bu, dünyanın çətinliklərini aşan idealın simvolu idi.[1] Çılpaq kuroslardan fərqli olaraq, koralar qalın və bəzən mükəmməl işlənmiş geyimlərlə təsvir edilmişdir. Dəb dəyişdikcə onların üzərində təsvir edilən geyim növü də dəyişdi. Vaxt keçdikcə koralar ağır peplosdan xiton kimi daha yüngül geyimlərə keçmişdir.[2] Onların duruşu bəzən uzadılmış qol ilə təsvir edilir, sərt və sütuna bənzəyən formadadır.[2] Bəzi koralar geyimlərin vizual təsirini artırmaq və narrativ məqsədləri üçün rəngarəng rəngə boyanmışdır.[3]

Koraların faniləri və ya tanrıları təmsil etməsi ilə bağlı bir çox nəzəriyyə mövcuddur.[4] Koralar həmçinin, tanrılara və ya ölülərə qurban rolunu daşıyırdı.[5]

  1. Smarthistory. art, history, conversation., Peplos Kore from the Acropolis, 2014-03-09, 2021-05-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-10-05
  2. 1 2 Hannelore, Hägele. Colour in sculpture : a survey from ancient Mesopotamia to the present. Newcastle upon Tyne, UK. 2013-09-11. 74–76. ISBN 9781443852654. OCLC 859834125.
  3. The color of life : polychromy in sculpture from antiquity to the present. Los Angeles: J. Paul Getty Museum. 2008. 173–186. ISBN 9780892369188. OCLC 174112811.
  4. Helle, Hochscheid. Networks of stone : sculpture and society in archaic and classical Athens. Bern. 2015. 76–81. ISBN 9783035307139. OCLC 917889195.
  5. T., Neer, Richard. The emergence of the classical style in Greek sculpture. Chicago: University of Chicago Press. 2010. 53–54. ISBN 9780226570655. OCLC 689524085.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]