Litosfer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Litosfer və Yer qabığının sərhədləri

Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı.[1]

Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir.[2] Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.[3]«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz.

Litosfer qatları

[redaktə | mənbəni redaktə et]

1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir).

Materik qabığı 3 qatdan ibarətdir:
  1. Çökmə qat
  2. Qranit qat.
  3. Bazalt qat.

Qranit qata silisiumalüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir.

Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur.
  1. Çokmə qat.
  2. Bazalt qat.

Qranit qatla Bazalt qat arasında Konrad sərhəddi var.

Yer qabığı ilə Yuxarı mantiya arasında Moxoroviçiç sərhədi yerləşir.Litosferin aşağı sərhəddi "Benyof" zonası adlanır. Litosferlə Aşağı mantiyanın sərhəddində Astenosfer yerləşir.[4] Dünyanın indiki materikleri

  1. "Litosfer və litosfer plitələr". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  2. http://adpu.edu.az/gen/html/azl/kitabxana/tedris/Cografiya/T.C.Hebibov_Umumi_geologiya.pdf Arxivləşdirilib 2014-07-01 at the Wayback Machine.
  3. Coğrafiya ensiklopediyası.I kitab.Bakı.2012.s.82.
  4. Geologiya.Ensiklopediya.Bakı."Şərq-Qərb",2008.s.16.