Marko Arment
Marko Arment | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Kolumbus, Ohayo |
Milliyyəti | Amerikan |
Təhsili | Allegeyni Kolleci |
Fəaliyyəti | yazıçı, proqram yaradıcısı, bloger[d], podkaster |
Tanınır | Tumblr, Overcast, Instapaper, Neutral kimi tanınmış layihələri yaratmaqla |
Marco.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır.[1] Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır.
Təhsili
[redaktə | mənbəni redaktə et]Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib.[2][3]
Karyera
[redaktə | mənbəni redaktə et]Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.[4][5]Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.[6]
2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır. O, hələ də müntəzəm olaraq bloqunda yazılar paylaşır.
2012-ci ildə Arment elekron-həftəlik jurnal olan The Magazine-i buraxdı. Instapaper-in satışından bir ay sonra – 2013-cü ilin mayında Arment The Magazine jurnalını da elə jurnalın redaktoru Qlen Fleyşmenə satdı.[7]
2013-cü ilin iyulunda Marko Bugshot proqramını istifadəyə verdi. Bugshot asanlıqla cihazlarda screenshot boşluğunu doldura bilən bir proqram idi. Marko daha bir proqramını da satdı. Alan tərəf bu dəfə Lickability şirkəti oldu.
2014-cü ilin iyulunda Arment önəmli layihələrindən biri olan podkast platforması Overcast-ı da istifadəyə verdi. Proqram iOS platformasında fəaliyyət göstərir.
Arment texnoloji sahədə müxtəlif vaxtlarda yazılar yazmışdır, podkastlar yayınlamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Williams, Alex. "Creating Hipsturbia". The New York Times. The New York Times Company. fevral 15, 2013. iyul 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 26, 2014.
- ↑ Arment, Marco. "Marko D. Arment" (PDF). Marco.org. iyun 1, 2013. iyul 27, 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: mart 20, 2019.
- ↑ Arment, Marco. "KOLLECƏ GETMƏYİN ! – Marco.org". Marco.org. avqust 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 26, 2016.
- ↑ Frommer, Dan. "Tumblr CTO-su azad karyerasına Instapaper-də davam etmək istəyir". Business Insider. sentyabr 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 26, 2014.
- ↑ Arment, Marco. "About". Marco.org. aprel 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 26, 2014.
- ↑ Arment, Marco. "Instapaper əl dəyişdirir". Marco.org. avqust 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 26, 2014.
- ↑ Arment, Marco. "I Sold The Magazine, Too". Marco.org. may 29, 2013. iyun 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 26, 2014.