Mindanao
Mindanao | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 97530 km² |
Hündür nöqtəsi | 2954 m |
Əhalisi | 22.000.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
8°00′00″ şm. e. 125°00′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Sahəsi 7530 km²,[1] dünyanın ən böyük 20-ci adasıdı. Əhalisi 22 milyondu və bu göstəriciyə görə adalar arsında 8-ci yeri tutur. Mindanao adası dünyanın 125 ölkəsindən böyükdür, Hollandiya, Avstriya, Portuqaliya, Azərbaycan daxil olmaqla.
Şimalda Mindanao dəniziylə, şərqdə Filippin dəniziylə, cənubda Sulavesi dəniziylə, qərbdə isə Sulu dəniziylə əhatə olunub.
Adada Filippinin ən yüksək zirvəsi olan Apo vulkanı yerləşir. Burada həm 2954 m qədər hündürlüyü olan dağlar, həm də bataqlaşmış ovalığlar yerləşir. Ada seysmikdi, fəaliyyətdə olan vulkanlar var.
Musson subekvatorial və ekvatorial iqlimlərində yerləşir. İl ərzində düzənliklərdə havanın temperaturu 25-28 °С, İldə 1000–2000 mm yağıntılar olur (hündürlüyü 4000 m qədər olan dağlarda)
Ən böyük çayı Mindanao çayıdı, burada çoxlu göllər var (ən böyüyü Lanao-du). Adada əsasən tropik həmişə yamyaşıl və yarpağı tökülən (musson) meşələr yerləşməkdədi, sahil boyunca bəzi yerlərdə manqrov meşələrinə rast gəlmək olar. Apo dağın ətəyində Qartal qoruğu yerləşir, bura dünyada çox az olan filippin qartalların qorunması üçün yaradılmışdı.
İnzibati bölgələr
[redaktə | mənbəni redaktə et]Mindanao adasını 6 regionlara bölünüb, onların hər biri öz növbəsində bir neçə əyalətlərindən ibarətdir.
Regionlar:
Xəritədə | İnzibati region | Sahəsi km² |
Əhalisi[2] (2010-cu ilinə görə) |
Sıxlığı insan/km² |
---|---|---|---|---|
Zamboanga yarımadas | 16 823 | 3 407 353 | 202,54 | |
Şimali Mindanao | 20 132 | 4 297 323 | 213,50 | |
Davao | 20 244 | 4 468 563 | 220,74 | |
SOCCSKSARGEN | 22 466 | 4 109 571 | 182,92 | |
Karaga | 21 471 | 2 429 224 | 113,14 | |
Müsəlman Mindanao Muxtar Bölgəsi | 26 974 | 3 256 140 | 120,71 | |
Ümumi | 128 110 | 25 375 527 | 198,10 |
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Burada kömür, dəmir filizlərin, əlvan metalların yataqları var. Düyü, kokos palması, ananas, abaka becərilir.
Separatizm
[redaktə | mənbəni redaktə et]1970-ci illərdən başlayaraq burada Moro Milli Qurtuluş Cəbhəsi və Moro İslam Qurtuluş Cəbhəsi qruplaşmaları fəaliyyət göstərir. Onlardan Moro İslam Qurtuluş Cəbhəsi Filippinin cənub hissəsinin ayrılması uğrunda mübarizə aparan və orada islam dövlətinin yaradılmasını istəyən islamçı üsyançı təşkilatdı.[3] Həmçinin adanın ərazisində silahlı dəstələrinə sahib olan müxtəlif sol yönümlü təşkilatlar fəaliyyət göstərir.
Uzun hazırlıq işlərindən sonra, gözlənilirdi ki, 5 avqust 2008-ci ildə Kuala Lumpur (Malayziya) şəhərində "Moro İslam Qurtuluş Cəbhəsinin" 30 nümayəndədən ibarət nümayəndə heyəti ilə dövlət arasında sülh sazişi imzalanacaq. Lakin, Filippinin Ali məhkəməsi 2008-ci il avqustun 4-də memorandumu açıqlamışdı, hansında ki, deyilirdi ki, saziş hüquqi qüvvəyə malik olmayacaq, çünki ölkə konstitusiyasına ziddir və Filippinin dezinteqrasiyaya çıxara bilər. Saziş imzalanmadı, və bundan sonra təxminən 12 min döyüşçüsü olan "Moro İslam Qurtuluş Cəbhəsi" öz hərbi fəaliyyətini daha çox aktivləşdirdi.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Mindanao Filippinin mədəni cəhətdən ən rəngarəng adasıdı. Burada müxtəlif irqlərə aid olan və müxtəlif dillərdə danışan tayfalar və xalqlar yaşayır. Bu ada iki böyük Sulu və Magindanao sultanlığının iqamətgahı idi. Buranın buddist və taost məbədləri və xeyli sayda yaşayan Lumad adlı yerli əhalisi, buranı daha da rəngarəng edir
Adada ən çox sebuan, taqal, kreol və ingilis dilli istifadə olunur.
Buraya sonrada köçən insanlar əhalinin 63%, morolar (müsəlmanlar) 32%, Lumadlar isə 5% təşkil edir. Yerli əhalinin bir çoxu sonradan köçənlərlə nikaha daxil olublar. Adanın yerli əhalisinin mədəniyyəti Filippinin əsas mədəniyyətindən fərqlənir
Din
[redaktə | mənbəni redaktə et]Mindanao əhalisinin 70% -dən çoxu xristiandı, müsəlmanlar əhalinin 20.44% təşkil edir. Burada yayılan başqa dinlər: Yevangelist (5,34%), Aqlipay ( müstəqil Filippin kilsəsi;2.16%), İsanın kilsəsi (1,66%) və Yedinci Günün Adventistləri (1,65%)[4]
Təslim olmayan yapon əsgərləri
[redaktə | mənbəni redaktə et]2005-ci ildə adada Yaponiya ordusunun iki əsgəri tapılmışdı: 87 yaşlı leytenant İosio Yamakave və 83 yaşlı yefreytor Sudzuki Nakauti. Onlar hələ də İkinci dünya müharibəsinin başa çatdığını bilmirdilər və fərarilik etdiklərinə görə cəzalanmağdan ehtiyatlanaraq, adada gizlənirdilər. Yaponiya səfirliyi bununla bağlı bildirmişdi ki, adada müharibənin çoxdan başa çatdığını bilməyən onlarla yapon əsgərin olması istisna edilmir.[5]
Istinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.
- ↑ Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.
- ↑ Ewiger Krisenherd im Süden der Philippinen Arxivləşdirilib 2009-03-01 at the Wayback Machine (alm.)
- ↑ "Mindanao Comprised About 24 Percent of the Philippines' Total Population". Philippine Statistics Authority. 8 June 2005. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 May 2015.
- ↑ "Two More Japanese Holdouts in the Philippines?". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.