Montenegro Airlines
Montenegro Airlines | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 23 oktyabr 1994 | |||
Fəaliyyəti dayandırıb | 2020 | |||
Mərkəz hava limanı | Podqoritsa | |||
Donanma ölçüsü | 5 | |||
Təyinat məntəqələri | 19 | |||
Qərargahı | Podqoritsa, Monteneqro [1] 4 | |||
Rəhbər |
Jivko Baneviç (prezident) |
|||
Saytı | montenegroairlines.com | |||
Vikianbarda əlaqəli mediafayllar |
Montenegro Airlines (mont. Монтене́гро Э́йрла́йнз, rəsmi adı — Montenegro Airlines d.o.o.) — Monteneqronun ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. İlin mövsümlərindən asılı olaraq Avropanın bir çox şəhərlərinə mütəmadi və çarter reysləri təşkil edir. Şirkətin bütün uçuşları beynəlxalqdır. Ölkənin iki hava limanı beynəlxalq uçuşları qəbul etmək imkanına sahibdir — Tivat və Podqoritsa. Hər iki hava limanı arasında məsafə 80 km-dir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Avia şirkət 23 oktyabr 1994-ci ildə Monteneqro hökuməti tərəfindən (o zamanlar Yuqoslaviyanın bior parçası idi) təşkil olunur. Ancaq ilk təyyarə isə Fokker F28 1996-cı ilin payızında alınır. İlk uçuş isə 7 may 1997-ci ildə, 22:30 radələrində gerçəkləşdirilir. Uçuş Podqoritsa ilə İtalyanın Bari şəhəri arasında baş tutur. İkinci eyni növ təyyarə isə 1998-ci ilin iyununda alınmışdır.
Avropa Birliyi səmasında uçuşlara müvəqqəti qadağa 23 oktyabr 1999-cu ildə aradan qaldırıldı. Uçuşlar Frankfurta, ilin sonunda isə Zürix, Lyublyana, Skopye, İstanbul və Budapeştə açıldı. 2000-ci ilin aprelində Montenegro Airlines Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının üzvü olmuşdur. Həmin ilin iyununda Podqoritsaya Fokker F100 təyyarəsi gətirilir. İkinci təyyarə isə 2001-ci ilin mayında, 3-cü isə 2002-ci ilin iyununda əldə edilmişdir. 2004-cü ildə şirkətin pilotları IIIA sertifikatları alır.
Referendum sonrasında Monteneqro müstəqil dövlətə çevrilir. Şirkət üçün Serbiya beynəlxalq əməkdaşlıq obyekti olur. Aviaşirkət bu ölkədən uçuşları dayandırmağa məcbur olur. Beləliklə Serbiya hökumətinin proteksionist siyasətinə görə Niş-Sürix kimi faydalı xətlər itirilir. İtkiləri aradan qaldırmaq məqsədi ilə Serbiyada Master Airlines adlı törəmə şirkət qurur.
23 iyul 2007-ci ildə şirkət 8 illiyinə kredit almaqla 2 Embraer 195 təyyarəsini alır. İlk təyyarə Podqoritsaya 5 iyun 2008-ci ildə gətirilir[2]. Bu təyyarələr sayəsində London Milan reysinə start verilir.
16 sentyabr 2008-ci ildə şirkət 31 mln dollara Embraer 195 təyyarəsini aldığını bəyan edir.
Hal-hazırda Montenegro Airlines özəlləşdirmə prosesindədir. Başlanğıc kimi şirkətin 30 % səhmləri təklif olunur. Ən çox ehtimal olunan tərəfdaş isə Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Gələcəkdə bütün şirkətin özəlləşdirilməsi ehtimal edilir.
Maşrutlar
[redaktə | mənbəni redaktə et]- Avstriya
- Ermənistan
- Fransa
- Almaniya
- Macarıstan
- İtaliya
- Rusiya
- Serbiya
- Sloveniya
- İsveçrə
- Böyük Britaniya
- Şimali Makedoniya
- Danimarka
- Kosovo
Donanma
[redaktə | mənbəni redaktə et]2018-ci ilin iyun ayına olan məlumata əsasən şirkətin donanması:
- 2 Fokker 100 təyyarəsi
- 3 Embraer 195 təyyarəsi
Hadisələr
[redaktə | mənbəni redaktə et]- 7 yanvar 2008-ci ildə, təxminən saat 9:30-da Podqoritsa hava limanına Fokker 100 təyyarəsi eniş edərkən odlu silah səsi gəlir. Güllə təyyarənin quyruğuna dəyir. 20 sərnişin və ekipaj üzvündən heç biri xəsarət almır. Hadisənin təfərrüfatı bilimir. Lakin məruzələrdə Milad bayramını qeyd edənlər tərəfindən səmaya atılan atəş olması bildirilir[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mərkəzi ofis Arxiv surəti 2 iyul 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-07-02 at the Wayback Machine." Montenegro Airlines.
- ↑ Argentina.com :: Internet Gratis, e-Mail, Turismo, y mucho más
- ↑ "Montenegro Plane Hit by Bullet :: BalkanInsight.com<". 2009-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.