Nəqşi-Rüstəm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nəqşi-Rüstəm (pers cross).

Nəqşi-RüstəmPersepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə.

I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir.

Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır.

Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I ArtaserhasII Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II ArtaserhasIII Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir.

Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.

Əhəməni krallarının məzarları.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]