Portal:Rusiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç



Portal:Rusiya
Portal:Rusiya

Rusiya Federasiyası və ya qısaca Rusiya(rus. Российская Федерация) - Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir - 17 075 400 km2 və ya bütün quru səthinin 11,46% ( 1/9 )- i bu dövlətdədir. Paytaxtı Moskva şəhəridir.

Rusiyanın əhalisi 141,903,979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti - 73,1% şəhərlərdə yaşayır. Əhalinin 79,83%-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir.Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, saxalar, qumuqlar, qaraçay-balqarlar və digərləridir.

redaktə

Seçilmiş Məqalə

BaykalRusiya Federasiyasında göl. Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı.Yumru buzları ilk dəfə 1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti "sirrli bir hadisə" olaraq xarakterizə etdi. Bu hadisədən 121 il sonra 2003-cü ildə Baykal Gölünün peyk fotoşəkillərində eyni yumru buz kütlələrinə rast gəlindi. Kilometrlərcə yumru buz kütlələri meydana gəlmişdi. Rus alimləri, buzun necə meydana gəldiyini anlamaq üçün bir daha qolları çirmələdi. Bu dəfə işlər 7 il davam etdi. Uzun sürən işlərdən sonra buz kütlələrinin yumru şəkildə meydana gəlməsinə gölün altında olan təbii qaz qaynaqlarının səbəb olduğu ortaya çıxdı. (Məqalənin ardı...)

Arxiv/Redaktə

Seçilmiş Məkan

Moskva - Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri. Dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 10 milyondan artıqdır. Ərazisi 1081 kvadrat kilometrdir. Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. (Məqalənin ardı...)

Arxiv/Redaktə

Seçilmiş Şəkil

1830-cu il Qızıl meydan. Rəssam: İ.N. Raux


Arxiv/Redaktə

Seçilmiş Bioqrafiya

Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 11 noyabr 1821 - 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. (Məqalənin ardı...)

Arxiv/Redaktə

Sitatlar

" Yeddi dəfə ölç, bir dəfə kəs. "
Rus atalar sözü


Vikisitatda Rus atalar sözləri


Arxiv/Redaktə

Bilirsinizmi...

Arxiv/Redaktə

Kateqoriyalar

Rusiya kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:
Arxiv/Redaktə


Panorama

Moskva şəhərindən panoram təsvir.
Arxiv/Redaktə

Əlaqəli portallar

Azərbaycan

Belarus

Gürcüstan

Polşa

Ukrayna

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:Asiya
Portal:Asiya
Avropa Asiya
Arxiv/Redaktə

Digər resurslar

Rusiya Vikixəbərdə  Rusiya Vikisitatda  Rusiya Vikikitabda  Rusiya Vikimənbədə  Rusiya Vikilüğətdə  Rusiya Vikiversitetdə  Rusiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Arxiv/Redaktə