Qaç, Lola, qaç (film, 1998)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaç, Lola, qaç
alm. Lola rennt
Janr dram filmi[1][2][…], triller filmi, cinayət filmi
Əsas mövzu sevgi[3], Stress[3], xaos nəzəriyyəsi
Rejissor
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
İstehsalçılar Arte[8]
İlk baxış tarixi 20 avqust 1998[9][10], 4 sentyabr 1998[11], 5 sentyabr 1998[11], 11 sentyabr 1998[11], 16 sentyabr 1998[11], 25 sentyabr 1998[11], 2 oktyabr 1998[11], yanvar 1999[11], 11 fevral 1999[11], 18 fevral 1999[11], 12 mart 1999[11], 26 mart 1999[11]
Müddət 81 dəq.
Ölkə
Dil alman dili
Rəng rəngli[d]
Çəkiliş yeri Berlin
IMDb ID0130827
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaç, Lola qaç (alm. «Lola rennt»‎) — alman kinorejissoru Tom Tıkverin filmi.

Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir.

Lolanın (Franka Potente) boyfriendi Manni (Moritz Bleibtreu) qaçaqmalçılıq sazişi bağlayır və o 100 min markanı boss Ronniyə çatdırmalıdır. Lola motorollerlə onu təyin olunmuş yerə özü aparacağını söz verir. Amma motorolleri oğurlayırlar və o metro ilə getməli olur. Burada Manni həlledici bir səhv eləyir — o pulla dolu paketi metroda qoyur. O tez taksofona girərək Lolaya zəng vurur və ona başa salmağa çalışır: əgər həmin pulları əldə edə bilməzsə, onu öldürəcəklər. Lola pul tapmaq üçün qərar verir, ancaq onun buna yalnız iyirmi dəqiqəsi qaldığını bilir. Ona qalan — yalnız qaçmaq və yoldaca improvizə etmək olur.

Birinci həyatında Lola bank prezidenti olan atasının yanına gedir. Ata ona öz inkarını bildirir və o, Manninin yanına qaçaraq uğurla onunla bir supermarketi yarırlar. Amma sonra təsadüfən bir polis Lolaya atəş edərək, onu öldürür. Ölərkən Lola başa düşür ki, baş verənlər səhvdir və o yenidən Manninin telefon zənginə qayıdır.

İkinci həyatında Lola yenidən öz atasından kömək istəməyə qərar alır. Amma xırda bir detal, bütün planın dəyişməsinə səbəb olur. Lola Manniyə çatmağa az qalmış onu təcili yardım maşını vurur və o həlak olur.

Üçüncü həyatda biz yenə telefon zənginə qayıdırıq. Lola yenidən atasının yanına qaçır. Ancaq ona çata bilmir, atası öz şəriki ilə başqa yerə gedir. Küçənin başqa tərəfində kazino görür. Yalnız bir 100 markalıq fişkası olan Lola, ruletkaya yaxınlaşır, 20 rəqəminə qoyur və qalib gəlir. Sonra yenidən 20 rəqəminə qoyur və... yenidən qalib qəlir. Ancaq o hələ Mannini tapmalıdır. Lola təcili yardım maşınına minir (Manini vuran həmin təcili yardım maşını) və Mannini axtarmağa başlayır. Lola hələ bilmir ki, Manni artıq pulları tapıb və öz bossuna qaytarıb.

Film Manninin Loladan paketdə nə olduğunun soruşması ilə bitir.

Lolanın qaldığı bina (Albrechtstraße, Berlin-Mitte)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]