Qlaukoma
Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur.
40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. Afrika və Asiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şualanmasına məruz qalmasıdır. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
2010-cu ilə olan məlumata əsasən dünyada qlaukoma xəstələrinin sayı 44.7 milyon nəfərdir.[1] Bu xəstələrin 2.8 milyon nəfəri ABŞ-də yaşamaqdadır. Aparılan hesablamalara əsasən 2020-ci ildə 58.6 milyon şəxsdə qlaukoma xəstəliyinin olacağı proqnozlaşdırılır.
Yaranması
[redaktə | mənbəni redaktə et]İnsan gözündə olan maye gözün qidalanması üçün əsaslı əhəmiyyət daşıyır. Bu maye eyni zamanda müntəzəm şəkildə kanallar vasitəsi ilə xaric olunur. Qlaukoma göz daxilində olan mayenin rahat boşala bilməməsi nəticəsində yaranır və əsasən mayenin boşalmasının təmin edən kanalları zədələyir. Göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təzyiqi yüksəlir və təzyiqin yüksəlməsi nəticəsində görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Göz təzyiqinin yüksəlməsi nəticəsində qabaqlayıcı tədbirlər görülmədiyi halda insanın görməsində daralmalar başlayır. Görüş məsafəsinin daralması adətən ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Proses bütün hüceyrələrin məhv olmasına qədər davam edir və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük total korluq halı baş verir.
Risk altında olan şəxslər
[redaktə | mənbəni redaktə et]Qlaukoma dünyada milyonlarla şəxsdə rastlanılan və hər bir insanda yarana biləcək xəstəlikdir. Xəstəliyin konkret coğrafiyası kimi Afrika qitəsi göstərilir. Ən çox qlaukoma xəstələlərinin qara qitədə yaşamasının əsas səbəbi isə Afrika ölkələrində normal səhiyyə imkanlarının olmaması və isti hava şəraitidir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən dünyada 45 milyondan çox qlaukoma xəstəsi vardır və bu insnaların mütləq əksəriyyəti müayinə və müalicə olunmaqdan məhrum şəkildə yaşayırlar. Xəstəlik əsasən inkişaf etməmiş ölkələrdə geniş yayılsada tək yayılma ərazisi Afrika deyildir. 40 yaşından yuxarı olan şəxslər, ailədə daha əvvəl qlaukoma xəstəsinin mövcudluğu, şəkər xəstəliyi, yüksək göz təziqi və damar xəstəliyi olan insanlar risk altında olaraq qəbul edilir. Xüsusi ilə qlaukoma xəstəliyində başlıca faktorlardan biri irsi olaraq keçməsidir. Belə ki, birinci dərəcəli qohumlarında qlaukoma olan bir şəxsin digər insanlara nəzərən bu xəstəliyin daşıyıcısına çevrilmə ehtimalı digərləri ilə müqayisədə səkkiz dəfə yüksəkdir.
Diaqnoz
[redaktə | mənbəni redaktə et]Qlaukoma xəstəliyi insan orqanizmində özünü əsasən son mərhələsində olduqda göstərir. Qlaukoma xəstəsi olan insanlar uzun müddət hər hansısa ağrıdan və ya görmənin zəifləməsindən şikayət etməyə bilirlər. Belədə xəstəlik daxildə inkişaf edir və göz sinirlərini zamanla məhv edir. Qlaukoma xəstəliyinin tam müalicəsi olmadığından və yanmış sinirlərin geri qaytarılması mümkünsüz olduğu üçün burada erkən diaqnoz çox önəmlidir. Xəstəlik nə qədər tez müəyyənləşdirilsə ,görmənin azalma ehtimalı da o qədər aşağı düşür. Bir şəxsə qlaukoma diaqnozu qoyulmamışdan əvvəl o, bir neçə rutin yoxlamalardan keçirilir. Göz dibi, göz daxili təzyiq və göz daxilində olan mayenin kanallar vasitəsi ilə boşalma prosesi yoxlanılır. Göz təzyiqi 21 mmhg-dən yuxarı olan şəxslər yüksək göz təzyiqli şəxslər hesab edilirlər. Hər yüksək göz təzyiqi də qlaukoma xəstəliyi demək deyildir. İnsanın orqanizmi və kəllə quruluşu göz təzyiqinin hər bir insanda müxtəlif olması ilə nəticələnir. Gözə damızdırılan dərmanlarla göz təzyiqinin stabil saxlanılmasına və göz daxilində olan mayenin rahat xaric olunmasına səy göstərilir. Düşünüldüyünün tam əksinə olaraq qlaukoma təkcə yüksək göz təzyiqi olduqda yaranan bir xəstəlik deyildir. Nadir hallarda görülsə də, aşağı göz təzyiqli qlaukoma olaraq adlandırılan xəstəlik də vardır. Belə də insan gözünün təzyiqinin 6-15 mmhg olmasına baxmayaraq qlaukoma xəstəliyi yaranır. Aşağı göz təzyiqli qlaukoma xəstələri əsasən xəstəliyi irsi yolla əldə etmiş insanlardır.
Müalicə
[redaktə | mənbəni redaktə et]Qlaukoma xəstəliyinin tam müalicəsi yoxdur. Buna baxmayaraq modern tibb dünyası xəstəliyinin müalicə edilməsində ildən-ilə yeni uğurlar əldə etməkdədir. 1970-ci ildə qlaukoma xəstələri üçün cəmi 1 göz damcısı kəşf edilsədə 2014-cü il üçün bu rəqəm 75-dən çoxdur. XX əsrdə qlaukoma üçün olan göz damcılarını gündə bir necə dəfə gözə damızdırmaq lazım gəlirdisə hal-hazır ki, göz damcılarının daha güclü tərkibinə malik olması səbəbindən 12 saatdan bir gözə tökülməsi kifayət edir. Qlaukoma xəstəliyinin müalicəsi üç mərhələyə bölünür; Dərman müalicəsi, lazer əməliyyatı və cərrahi əməliyyat. Dərman müalicəsi xəstəliyin ilk mərhələsində olan şəxslərə tətbiq edilir. Gözə tökülən dərmanlarla göz daxili təziqin stabil saxlanılmasına çalışırlar. Dərman müalicəsinə müsbət cavab verməyən və yaxud xəstəliyin daha sonrakı mərəhələlərində olan şəxslər üçün isə lazer əməliyyatı gecəkləşdirilir.
Lazer və ya cərahiyyə əməliyyatlarda göz daxili mayenin rahat boşala bilməsi üçün gözün daxilində əlavə kanallar açıllar. Qlaukoma xəstəliyinin müalicəsi olmadığından aparılan müalicə tədbirlərində əsas məqsəd vəziyyətin inkişaf etməsinin qarşısının alınması və ya olduğu kimi saxlanılmasıdır. Qlaukoma xəstələri üçün mühüm olan məsələlərdən biridə göz damcılarının düzgün və vaxtı-vaxtıda istifadə olunmasıdır. Son illər bu sahədə əldə olunan yeni uğurlar sahəsində keçirilən lazer əməliyyatları göz damcılarından istifadəsiz bir həyat vəd etməkdədir. Belə ki, uğurla başa çatan əməliyyatın ardından bir qlaukoma xəstəsi bir neçə il göz damcısı tökmədən göz daxili təziqini normada saxlaya bilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Quigley, H A; Broman, AT. "The number of people with glaucoma worldwide in 2010 and 2020". British Journal of Ophthalmology. 90 (3). March 2006: 262–267. doi:10.1136/bjo.2005.081224. PMC 1856963. PMID 16488940.
- ↑ "Death and DALY estimates for 2004 by cause for WHO Member States" (xls). World Health Organization. 2004. 2012-01-27 tarixində arxivləşdirilib.