Rəssamlıq
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar[1].
Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:
- monumental rəssamlıq;
- dekorativ rəssamlıq;
- teatr-dekorativ rəssamlığı;
- miniatür rəssamlıq;
- dəzgah rəssamlığı. Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.
Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Məzmun etibarilə rəssamlıq sənəti bu janrlara bölünür*
- tarixi rəssamlıq;
- mifoloji rəssamlıq;
- məişət rəssamlığı;
- portret rəssamlığı;
- mənzərə rəssamlığı;
- natürmort rəssamlığı və s.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Rusiya dövlət şəkil qalereyası.
- Rusiya Rəssamlıq Akademiyası
- Şəbəkə rəssamlıq muzeyi.
- Mark Harden’s Artchive
- ↑ "Rənglərin də səsi var" (az.). anl.az. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
İncəsənət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |