22°54′40″ c. e. 43°12′20″ q. u.HGYO

Rio-de-Janeyro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rio-de-Janeyro
Rio de Janeiro
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
22°54′40″ c. e. 43°12′20″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 11 mart 1565
İlk məlumat 1502
Sahəsi
  • 1.260,029215 km²
Mərkəzin hündürlüyü 31 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.211.223 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +55 21
Poçt indeksi 20000-000
Nəqliyyat kodu RJ
Digər
rio.rj.gov.br
Xəritəni göstər/gizlə
Rio-de-Janeyro xəritədə
Rio-de-Janeyro
Rio-de-Janeyro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyniadlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir.

Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.

Şəhərin rəmzi Korkovado dağının zirvəsində İsa peyğəmbərə qoyulmuş, 38 m hündürlüyə malik olan heykəldir (port. O Cristo Redento). Bu dünyada əzamətli heykəllərdən biri sayılır. Rio de Janero həm də hər il burada keçirilən karnaval ilə məşhurdur. Samba məktəblərinin təşkil etdiyi rəngarəng parad dünayda ən böyük parad sayılır.

Avropalılar Guanabara Körfəzini 1 dekabr 1502-ci ildə kəşf etdilər. 1555-ci ildı fransızlar adalardan birinə 500 nəfərlk koloniya qurdular. 1565-ci ildə portuqallar São Sebastião do Rio de Janeiro adı ilə şəhərin əsasının qoydular və beləliklə, iki il içərisində fransız koloniyası dağıdıldı. 17-ci əsrdə burada qızıl tapılınca şəhərin limanlarının önəmi artdı. 1763-cü ildə portuqalların koloniyasının paytaxtı oldu və müstəqillik əldə edildikdən sonra da paytaxt olaraq davam etdi. 21 aprel 1960-cı ildən etibarən paytaxt satusu Braziliya verildi.

Ekvatorial iqlimə malik Braziliyanın bu şəhərində tropik iqlim qurşağı hakimdir. Ən isti dərəcə 43.2 °C'dir. Bu hadisə 1984-cü il dekabrda baş vermişdi.

İl Sayı
1900 811.443
2000 5.857.904 [3]
2010 6.320.446 [4]
İl Sayı
2014 6.453.682
2015 6.476.631 [5]
2017 6.520.266
İl Sayı
2020 6.747.815 [6]
2021 6.775.561 [7]
2022 6.211.223 [2]