Seyşel adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seyşellər
Repiblik Sesel
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Finis Coronat Opus
Himn: Koste Seselwa
Rəsmi dilləri
Paytaxt Viktoriya 26 min nəfər (2009-cu il)
İdarəetmə forması Prezident Respublikası
Prezident Ceyms Aleks Mişel [IV.2004~ ]
Vise Prezident Denni For [VII.2010~ ]
Sahəsi Dünyada 189-cu
 • Ümumi 459 km²
Əhalisi
 • Əhali 92 min nəfər (195-ci)
 • Siyahıyaalma (2010) 90 945 nəf.
 • Sıxlıq 186.2 nəf./km² (60-cı)
ÜDM (AQP)
 • Ümumi 2 355 million dollar  (188-ci)
 • Adambaşına 25 600 dollar  (61-ci)
Valyuta Seyşel rupisi
İnternet domeni .sc
ISO kodu SC
BOK kodu SEY
Telefon kodu +248
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Seyşel

Seyşellər (ing. Seychelles; fr. Seychelles; sey-kreol. Sesel) və ya rəsmi adı ilə Seyşellər Respublikası (ing. Republic of Seychelles; fr. République des Seychelles; sey-kreol. Repiblik Sesel) — Şərqi Afrikada ada-dövlət. Seyşellər Hind okeanının qərbində yerləşir və adalara ən yaxın ölkələr Komor adaları, MadaqaskarMavrikidir. Ölkə Seyşel, Amirant, Kosmoledo adaları olmaqla, 115 adadan ibarətdir. Paytaxtı və ən böyük şəhəri Viktoriya, ümumi sahəsi 459 kvadrat kilometr, əhalisinin 98 min nəfərdən çoxdur.

Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub. 1768-ci ildə Fransızlar tərəfindən işğal edildi. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçdi. 1810-cu ildə İngilis koloniya idi. 1814-cü ildə Paris Sülh Müqaviləsi ilə tam şəkildə Birləşmiş Krallığa verildi. 1903-cü ildə Birləşmiş Krallığa aid bir koloniya oldu. 1976-ci ildə müstəqilliyini əldə etdi. Bir il sonra hərbi çevriliş edildi və France Albert Rene hakimiyyəti ələ keçirdi. 1979-cu ildə elan edilən yeni konstitusiya ilə tək partiyalı bir dövlət oldu. France Albert Rene 1989-cu il seçkilərini də qazanaraq üçüncü dəfə prezident oldu. 1977-ci ildəki çevrilişdən sonra ilk çox partiyalı seçki 23–26 iyul 1992-ci ildə keçirildi. Seçkinin məqsədi konstitusiya layihəsini hazırlamaqla vəzifəli 23 nəfərlik bir komissiyanın üzvlərini müəyyən etmək idi. Konstitusiya təklifi 15 noyabr 1992-ci ildə xalq səsverməsinə təqdim edildi, amma 60 %-lik həddi keçə bilmədiyi üçün qəbul edilmədi.

Əhalinin etnik tərkibini Kreollər təşkil edir. Kreol fransız əsilli olub Luizianada və İspan əslli olub Karib Adalarında doğulmuş və buralarda yaşamış kəslər deməkdir. Bunlar əsas etibarilə Fransız, İspan, Asiyalı və Afrikalı insanların bir-birləriylə qaynayıb-qarışması nəticəsi meydana gələn mələz insanlardır. Xalqın çoxu Katolikdir. Bundan başqa bir qədər Müsəlman, Protestant və Hindust da var. İngilis və Fransız rəsmi dillərdir. Bundan başqa Fransızcanın başqa forması olan Seyşel Kreol dili var. Burada əhalinin 60 %-i oxuyub-yaza bilir.

Əhalisinin sayı

[redaktə | mənbəni redaktə et]
Əhali (minlərlə)[2][3] Doğulanlar Ölənlər Təbii artım Doğum nisbəti (1000 nəfərə görə) Ölüm nisbəti (1000 nəfərə görə) Təbii artım (1000 nəfərə görə) TFR
1950 36 1 061 418 643 29.5 11.6 17.9
1951 34 1 033 425 608 30.4 12.5 17.9
1952 36 1 037 456 581 28.8 12.7 16.1
1953 37 1 169 438 731 31.6 11.8 19.8
1954 37 1 209 457 752 32.7 12.4 20.3
1955 39 1 303 456 847 33.4 11.7 21.7
1956 38 1 458 468 990 38.4 12.3 26.1
1957 38 1 534 424 1 110 40.4 11.2 29.2
1958 39 1 553 450 1 103 39.8 11.5 28.3
1959 40 1 595 421 1 174 39.9 10.5 29.4
1960 42 1 714 450 1 264 40.8 10.7 30.1
1961 43 1 775 574 1 201 41.3 13.3 27.9
1962 44 1 733 504 1 229 39.4 11.5 27.9
1963 45 1 855 513 1 342 41.2 11.4 29.8
1964 46 1 867 485 1 382 40.6 10.5 30.0
1965 47 1 772 563 1 209 37.7 12.0 25.7
1966 47 1 895 515 1 380 40.3 11.0 29.4
1967 48 1 827 536 1 291 38.1 11.2 26.9
1968 49 1 738 538 1 200 35.5 11.0 24.5
1969 51 1 715 561 1 154 33.6 11.0 22.6
1970 52 1 660 437 1 223 31.9 8.4 23.5
1971 53 1 837 464 1 373 34.7 8.8 25.9
1972 55 1 723 529 1 194 31.3 9.6 21.7
1973 56 1 639 475 1 164 29.3 8.5 20.8
1974 57 1 860 497 1 363 32.6 8.7 23.9
1975 59 1 806 433 1 373 30.6 7.3 23.3
1976 61 1 642 466 1 176 26.9 7.6 19.3
1977 62 1 599 477 1 122 25.8 7.7 18.1
1978 62 1 796 466 1 330 29.0 7.5 21.5
1979 63 1 730 438 1 292 27.5 7.0 20.5
1980 63 1 830 444 1 386 29.0 7.0 22.0
1981 64 1 802 442 1 360 28.2 6.9 21.3
1982 64 1 552 482 1 070 24.3 7.5 16.7
1983 64 1 662 452 1 210 25.8 7.0 18.8
1984 65 1 739 488 1 251 26.9 7.6 19.4
1985 65 1 729 468 1 261 26.5 7.2 19.3
1986 66 1 722 498 1 224 26.2 7.6 18.6
1987 66 1 684 505 1 179 25.4 7.6 17.8
1988 67 1 643 504 1 139 24.7 7.6 17.1
1989 69 1 600 563 1 037 23.2 8.2 15.0
1990 70 1 617 543 1 074 23.3 7.8 15.5
1991 71 1 708 545 1 163 24.2 7.7 16.5
1992 71 1 603 522 1 081 22.7 7.4 15.3
1993 72 1 689 597 1 092 23.4 8.3 15.1
1994 74 1 700 550 1 150 23.0 7.5 15.6
1995 75 1 582 525 1 057 21.0 7.0 14.0
1996 76 1 611 566 1 045 21.1 7.4 13.7
1997 77 1 475 603 872 19.1 7.8 11.3
1998 79 1 412 570 842 17.9 7.2 10.7
1999 80 1 460 560 900 18.2 7.0 11.2
2000 81 1 512 553 959 18.6 6.8 11.8
2001 81 1 440 554 886 17.7 6.8 10.9
2002 84 1 481 647 834 17.7 7.7 10.0
2003 83 1 498 668 830 18.1 8.1 10.0
2004 83 1 435 611 824 17.3 7.4 9.9
2005 84 1 536 673 863 18.3 8.0 10.3
2006 85 1 467 664 803 17.3 7.8 9.4
2007 86 1 499 630 869 17.4 7.3 10.1
2008 87 1 546 662 884 17.8 7.6 10.2
2009 87 1 580 684 896 18.1 7.8 10.3 2.38
2010 87 1 504 664 840 16.8 7.4 9.4 2.17
2011 88 1 625 691 934 18.6 7.9 10.7 2.33
2012 89 1 645 651 994 18.6 7.4 11.3 2.37
2013 92 1 566 717 849 17.4 8.0 9.4 2.26
2014 92 1 557 725 832 17.0 7.9 9.1 2.25
2015 93 1 592 703 889 17.0 7.5 9.5 2.31
2016 95[4] 1 645 747 898 17.4 7.9 9.5 2.39
2017 96 1 651 748 903 17.2 7.8 9.4 2.41
2018 97 1 650 818 832 17.1 8.4 8.7 2.41
2019 98 1 605 795 810 16.4 8.1 8.3 2.34

Ölkə iqtisadiyyatı əsas olaraq əkinçilik və turizmə əsaslanır. Bundan başqa istehlak mallarının ixracatından da əhəmiyyətli bir gəlir əldə edilir. Ölkədə yetişən başlıca əkinçilik məhsulları: banan, şirin kartof, manyok və bunun məhsulu nişasta, kokonat və vanil. Ölkənin ən əhəmiyyətli sənayesi qida sənayesidir. Bundan başqa dəniz məhsulları əhəmiyyətli bir gəlir mənbəyidir. İşçi qüvvəsinin 19%-i əkinçilikdə, 20%-i mədənçilik və inşaatçılıkta, 14%-i dövlət sektorunda və ictimai xidmətlərdə, 11%-i də restoran və otel operatorluğunda işləyir.

İdxal və ixrac daha çox Böyük Britaniya, Fransa, Cənubi Afrika, YəmənPakistan ilə edilir. Əsas ixrac məhsulları bunlardır: Qurudulmuş kokos içi, darçın, sabun və ətir yağı, vanil və balıq. Digər əhəmiyyətli gəlir gətirən qaynaqlar isə quano, tısbağa qabığı, Akula üzgəci və balıq məhsullarıdır.

Nəqliyyat sistemi kifayət qədər olub, ölkənin ən inkişaf etmiş şəhəri və limanı paytaxtı Viktoriyadır.

  1. http://chartsbin.com/view/edr.
  2. [1] Arxivləşdirilib 2004-09-21 at the Wayback Machine United nations. Demographic Yearbooks
  3. "MISD: Statistics & Database Administration Section". www.misd.gov.sc. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  4. "The World Factbook — Central Intelligence Agency". www.cia.gov. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.