Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu
SIPRI
Loqonun şəkli
Yaranma tarixi 6 may 1966, 1 iyul 1966[1]
Qurucusu
Üzvləri
  • 55 ± 10 nəf.
sipri.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) — Stokholmda yerləşən beynəlxalq institut. O, 1966-cı ildə yaradılıb[2] və silahlı münaqişə, hərbi xərclər və silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət üçün məlumat, təhlil və tövsiyələr təqdim edir. Tədqiqat açıq mənbələrə əsaslanır və qərar qəbul edən şəxslərə, tədqiqatçılara, mediaya və maraqlı ictimaiyyətə yönəlib.

İnstitutun təşkilati məqsədi beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edən münaqişə və əməkdaşlıq məsələləri üzrə elmi araşdırmalar aparmaq və beynəlxalq münaqişələrin sülh yolu ilə həlli və davamlı sülh şərtlərinin dərk edilməsinə töhfə verməkdir.

İnstitut 2014-cü ildə Pensilvaniya Universitetinin Lauder İnstitutunun "Global Go To Think Tanks" hesabatına görə ABŞ-dan kənar dünya üzrə ən yaxşı üç araşdırma mərkəzləri arasında yer alıb.[3] 2020-ci ildə SIPRI qlobal araşdırma mərkəzləri arasında 34-cü yeri tutub.[4]

  1. https://www.sipri.org/about/history.
  2. "About SIPRI | SIPRI". sipri.org. 2019-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-12.
  3. McGann, James G. "2014 Global Go To Think Tank Index Report" (ingilis). Think Tanks & Civil Societies Program The Lauder Institute The University of Pennsylvania. 1 mart 2015. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2024.
  4. McGann, James G. "2020 Global Go To Think Tank Index Report" (ingilis). Think Tanks & Civil Societies Program The Lauder Institute The University of Pennsylvania. 28 yanvar 2021. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]