Tünzalə Ağayeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tünzalə Ağayeva
Tünzalə Qabil qızı Ağayeva
Ümumi məlumatlar
Doğum tarixi 21 oktyabr 1976(1976-10-21) (48 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Janrlar pop musiqisi, caz
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2019 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006
tunzale.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tünzalə Ağayeva (21 oktyabr 1976, Tovuz) — azərbaycanlı bəstəkar, müğənni, Azərbaycan Respublikasının xalq artisti (2019).

Məşhur Azərbaycan müğənnisibəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində doğulmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, hələ 12 yaşındaykən Azərbaycanın şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür[1].

21 oktyabr 2019-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[2]

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur.

2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy — Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəldi.

2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın "Əməkdar Artisti" fəxri adına layiq görülmüşdür.

2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirdi. Layihədə bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olundu.

2008-ci ildən Tünzalə Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilmişdir.

2011-ci ildə o, respublikada gənc ictimai hərəkatlarında fəal iştirakına görə ən böyük ictimai birlik olan "İrəli" İctimai Birliyi tərəfindən xüsusi diploma layiq görülmüşdür.

2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxartdı. Albom uşaq bağçaları, orta və ali təhsil müəssisələrinə paylanmışdır. Məqsəd gənclərdə və uşaqlar vətənpərvərlik hisslərinin aşılanması idi.

2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə "Avropa Qəzet işçilərinin dərnəyi" tərəfindən Tünzalə Ağayeva "İlin ən yaxşı sənətçisi" adına layiq görülmüşdür.

Bu günə qədər o, bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak etmişdir. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil etmiş və gənc ifaçıların musiqi müsabiqələrində münsif kimi iştirak etmişdir.

2012-ci ilin avqust ayında o, "Qızıl Aypara" beynəlxalq xeyriyyə təşkilatı üçün konsert vermişdir. Konsert "Avrasiya" beynəlxalq araşdırma institutu tərəfindən dəstəklənmiş və İranda baş vermiş zəlzələdən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi daşıyırdı.

2012-ci ilin noyabr ayında Tünzalə Ağayeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Caz festivalında iştirak etmiş və məşhur Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə ilk simfo-caz konsertini vermişdir.

2014-cü ilin əvvəlində Tünzalə Ağayeva Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayıb və aparıcılığını edib.

"Bakı-2015" Avropa Oyunları üçün bəstələdiyi "Bakımın Üzü Gülür" adlı mahnısını Kelli Joyeslə birlikdə ifa edib. Eyni zamanda "Bakı 2015" Avropa Oyunlarının ulduz səfiri olub.

2015-ci ildə Autizm xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə xeyriyyə konserti verib.

2015–2016-cı illərdə AZTV kanalında keçirilən "Səs Azərbaycan" yarışmasının ustad münsiflərindən biri olub.

2016-cı ildə Murad ArifSəs Azərbaycan iştirakçıları ilə birlikdə Autizmli uşaqlara həsr olunmuş "Fərqliyəm" layihəsini təqdim edib.

2016-cı ildə Bakıda keçirilən "ЖАРА" Beynəlxalq festivalında səhnə alıb.

2016-cı ildə Formula 1 üçün bəstələdiyi "Sürət" adlı mahnını ifa edib. Eyni zamanda Formula 1 Avropa Qran Prisini təmsil edəcək ulduz səfirlərdən biri olub.

2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarının ulduz səfiri seçilib, həmçinin Bakı İslam Həmrəylik Oyunları üçün bəstələdiyi "Salam Bakı" adlı mahnını ifa edib.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxış edib.

2018-ci il tarixində Ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsini təqdim edib.

2018-ci ildə valideynlərə həsr etdiyi "Qoşa qanad" adlı mahnısının klipini təqdim edib. İndiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, həmin klipdə kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.

2019-cu ildə Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş "Caz sülhün xidmətində" adlı konsertdə iştirak edib.

2019-cu ildə Belarusda keçirilən "II Avropa Oyunları" idman yarışının ulduz səfiri seçilib. Eyni zamanda Minskdə İkinci Avropa Oyunları çərçivəsində Azərbaycan Mədəniyyəti və Ənənələri Günündə konsert proqramı ilə çıxış edib.

21 oktyabr, 2019-cu ildə prezident İlham Əliyev tərəfindən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

Hal-hazırda İctimai Televiziyada yayımlanan Səs Azərbaycan yarışmasında ustad münsiflərdən biridir.

Tünzalə Ağayeva hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.

Sosial layihələr

[redaktə | mənbəni redaktə et]
Qənirə Paşayeva Tünzalə Ağayevanın konsertində[4]

Tünzalə Ağayeva "İnsan Alverinə Son" beynəlxalq kampaniyasının video çarxında yer almışdır[5].

2010-cu ildə Latviyanın sabiq prezidenti Xanım Freyberq tərəfindən adıçəkilən kampaniyada fəal iştirakına görə Tünzalə Ağayeva fəxri diplomla təltif edilmişdir.

O, həm də kimsəsiz, əlil uşaqlar və xərçəngdən əziyyət çəkən uşaqlara kömək məqsədilə ictimai və xeyriyyə layihələrində iştirak edir.

Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən "Fəal ailəm, sağlam aləm" proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir. Tünzalə Ağayeva FASA proqramının 2014-cü il üçün Milli Olimpiya səfiri seçilmişdir. http://www.youtube.com/watch?v=SSadDe7tWyo

Solo konsertlər

[redaktə | mənbəni redaktə et]
  • "Olmuşam"
  • "Oxu…"
  • "Ölkəm"
  • "Sülhümüzü qoruyaq" (insan alverinə qarşı beynəlxalq proqram çərçivəsində təşkil olunub)
  • "Tünzalənin JAZZ Dünyası"
  • "Tünzalə JAZZibəsi"
  • "İmza"
  • "Xoş Gəldin"
  • "ŞərhSiz"
  • 2011 — Hədiyyə
  • 2013 — Xoş gəldin
  • 2014 — Gözləyirəm
  • 2015 — Get
  • 2015 — Mələyim
  • 2015 — Sən tanımadığım doğmammısan
  • 2016 — Hisar
  • 2016 — Toxun mənə
  • 2016 — Təbəssüm
  • 2016 — Başqa bir şey görmədim
  • 2017 — Salam, Bakı (Könüllülərin himni)
  • 2017 — Не бойся
  • 2017 — Eşqində yan (Remix)
  • 2018 — Qoşa qanad
  • 2018 — Sevdiyim
  • 2018 — Eşqin ünvanı
  • 2019 — Kaş Bakıda olaydım
  • 2019 — Mehriban
  • 2019 — Mehriban (Remix)
  • 2019 — Sevməli
  • 2020 — Sən getdin
  • 2020 — Gözün aydın olsun, Qarabağ
  • 2021 — Şuşam mənim
  • 2021 — Mənim əsgər sevgilim
  • 2021 — Yol açıqdır
  • 2021 — Ehtiyacımsan
  • 2022 — Sən tanımadığım doğmammısan (Rüstəm Muradlı ilə duet)
  • 2022 — Günaydınım
  • 2022 — Vokaliz (yeni versiya)
  • 2022 — Üç gündən bir, beş gündən bir
  • 2022 — Sevdi can səni (yeni versiya)
  • 2023 — Gəl, Novruz
  • 2023 — Öldür
  • 2023 — Öldür (Remix)
  • 2023 — Ey yar
  • 2023 — Bir də baxım (Erkin Osmanlı ilə)
  • 2024 — Gözümün içinə bax
  • 2024 — Dünya səndən ibarət
Say Klip Tarix
01 Gözlərim 2002
02 Unutma 2003
03 Xavərim 2003
04 İlhamlı Günlər 2003
05 Bir Də Baxım 2004
06 Yağış 2004
07 Sevgilər 2005
08 Lay-Lay 2006
09 Gəlməz 2006
10 Ölkəm 2007
11 İllərə Yalvardım 2008
12 Sən Varsan 2008
13 Building Pur Peace 2010
14 Biz Gəlirik 2011
15 Growvision 2012
16 Bir Dünya İstəyirəm 2013
17 İstəyirəm 2013
18 Qovuş Ona ft. Sura 2014
19 Gözləyirəm 2014
20 Mən Azərbaycanlıyam 2014
21 Get 2015
22 Bakımın Üzü Gülür (Baku Smiles) ft. Kelly Joyce 2015
23 Hisar 2016
24 Güzgü 2016
25 Fərqliyəm ft. Murad Arif, Səs Azərbaycan İştirakçıları 2016
26 Salam, Bakı 2017
27 Не Бойся 2017
28 Bəhanə Gəzirəm 2017
29 Bağışla ft. Ruslan Alişan 2017
30 Təqvim 2017
31 Qoşa Qanad 2018
32 Sevdiyim 2018
33 Hər Şey Yaxşı Olacaq 2018
34 Eşqin Ünvanı 2018
35 Səninlə Mən ft. Xəyyam Nisanov 2019
36 Mehriban 2019
37 Sevməli 2019
38 Sən Getdin 2020
39 Əsgər Marşı ft. Brilliant Dadaşova, Sevda Ələkbərzadə 2020
40 Gözün Aydın Olsun, Qarabağ 2020
41 Zəfər Mahnısı ft. Zamiq, Brilliant, Elçin, Alim, Samir 2021
42 Şuşam Mənim 2021
43 Mənim Əsgər Sevgilim 2021
44 Yol Açıqdır 2021
45 Günaydınım 2022
46 Üç Gündən Bir, Beş Gündən Bir 2022
47 Sevdi Can Səni 2022
48 Gəl, Novruz 2023
49 Öldür 2023
50 Ey Yar 2023
51 Gözümün İçinə Bax 2024
52 Dünya Səndən İbarət 2024
  1. ""Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 may 2006-cı il tarixli, 1458 nömrəli Sərəncamı". 14 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2014.
  2. President.Az. "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.10.2019. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  3. "YAP-a yeni üzvlər qəbul edildi". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  4. "Bir dünya istəyirəm…", — Şərqi Azərbaycanda zəlzələ qurbanlarına dəstək konserti Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine. amerikaninsesi.org, 28.08.2012 (az.)
  5. "YouTube portalı: Tunzala Agayeva". 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]