Təkəli Lələ Mehmed Paşa
Təkəli Lələ Mehmed Paşa | |
---|---|
لالا محمد باشا من تيكيلي | |
18 noyabr 1595 – 29 noyabr 1595 | |
Əvvəlki | Qoca Sənan Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1500-cü illər |
Vəfat tarixi | |
Vəfat yeri |
Təkəli Lələ Mehmed Paşa (ö. 29 noyabr 1595) — III Mehmed dönəmində 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Osmanlı mənbələrində "Nişançı" ləqəbi ilə anılır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əslən türkdür. Şahzadə Muradın Manisa sancaqbəyliyi dövründə divan çavuşu olmuş, şahzadənin taxta çıxışının ardından Manisaya gələn oğlu Şahzadə Mehmedə lələ olmuşdur. Bu səbəblə lələ ünvanı almışdır. III Mehmed taxta çıxdıqdan sonra onunla birlikdə paytaxta gəlmiş, çox keçmədən də sədrəzəmliyə yüksəlmişdir.[2]
Ancaq yalnız bir dəfə divan məclisinə qatılmış, şirpəncəsi (qarayara) adlanan xəstəliyə tutularaq sədarətinin 10-cu günü vəfat etmişdir. Vəfa məscidi məzarlığına dəfn olunmuşdur.[3]
Təkəli Lələ Mehmed Paşanın qaynanası olan Həlimə xatun isə Şahzadə Mehmedin süd anası olmuş, qarşılığında III Mehmed onun adına Manisada külliyə inşa etdirmişdir. Övliya Çələbinin yazdığına görə, Arslan Paşa adlı bir oğlu dövlət vəzifəsinə gətirilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım, XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.350
- ↑ Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi.
- ↑ Tektaş, Nazım. (2009), Sadrâzamlar - Osmanlı'da İkinci Adam Saltanatı. İstanbul:Çatı Kitapları. ISBN 9789758845000