Yezidilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yezidilər
Ezîdî
Sincar dağlarında yaşayan Yezidi toplumu.
Ümumi sayı
1,000,000–1,500,000 (təxminən)[1][2]
Yaşadığı ərazilər
İraq İraq 800.000 [3]
Almaniya Almaniya 150.000 [4]
Suriya Suriya 35.000 [5][6]
Rusiya Rusiya 30.000 [7]
Ermənistan Ermənistan 27.000 [8]
Gürcüstan Gürcüstan 8.000 [9]
Niderland Niderland 5.000
İsveç İsveç 4.000 - 8.000 [10]
Dili

Kurmanc diliƏrəb dili

Dini

Yezidi


Yezidilər (ərəb. يَزِيدِيَّةٌ‎; fars. یَزِیدِیَانْ ‎; kürd. یَزِیدِیَانْ) — əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, ErmənistanRusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir.

Coğrafi yayılma

[redaktə | mənbəni redaktə et]

Ermənistan, Gürcüstan, İran, İraq, SuriyaTürkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi yöndən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir.[mənbə göstərin] Bununla yanaşı Almaniyaİsveç kimi Avropa ölkələrində də yezidi icmaları mövcuddur. 1970-ci illərə qədər Türkiyənin Urfa vilayətinə bağlı Viranşəhər şəhərində yaşayan və sayları 80 min nəfərə yaxınlaşan yezidi icması, müəyyən səbəblərə görə 1980-ci ildən etibarən ölkəni tərk etməyə başlamışdır. 1985-ci ildə 23.000 nəfər olan Türkiyə yezidilərinin sayı, 2007-ci ildə 377 nəfərə qədər geriləmişdir. Türkiyə yezidiləri əsasən İraqAlmaniya kimi müxtəlif çoğrafi bölgələrdə olan yezidi icmalarının yanına miqrasiya etmişdir.[mənbə göstərin]

border=none Əsas məqalə: Yəzdanizm
Yəzdanizm dinin əsas müqəddəs və həcc məkanı olaraq qəbul edilən Şeyx Adi bin Müsafirin məzarının yerləşdiyi Laliş məbədi.

Yezidilərin inandığı din yəzdanizm adlanır. Yezidi sözü bu dinin tanrısı olan Azda sözündən əmələ gəldiyi ehtimal edilməkdədir. Kürd dilində tanrı sözünü ifadə edən iki növ söz vardır: EzdaXweda Ezda məni yaradan, verən və var edən anlamına gəlməkdədir. Xweda isə özü tərəfindən yaradılmış, öz-özünə var olan anlamanında işlədilir. Səmavi dinlərdə olduğu kimi yəzdanizm dinində də dünyanın tanrı tərəfindən yaradıldığı qəbul edilir. Sadəcə tanrı dünyanı yaratamaqla kifayətlənib, dünyanın idarəsi isə insanların iradəsi ilə bir başa bağlıdır. Yezidilik inancında Mələk Tavus simvolu mühüm yer tutur.[mənbə göstərin]

Tovuz quşuna bənzəyən və əsas tanrı Azda tərəfindən yaradılan Mələk Tavusa yaradıcısı tərəfindən kainatı və insanları xəlq etmək vəzifəsi verilimişdir. Mələk Tavus qürurlu bir mələk olduğundan tanrıya üsyan etmiş, cəza olaraq isə 40.000 il Azda tərəfindən odda yanmaq cəzası ilə cəzalandırılmışdır. Yezidilər Mələk Tavusun odda yandığı müddətcə tökdüyü göz yaşlarının, yanar odu söndürdüyünə inanırlar. Yəzdanizm dinində Mələk Tavus ən güclü mələk və eyni zamanda tanrı Azda tərəfindən bağışlanılmış şeytan olaraq qəbul edilir. Bu adı tələffüz etmək, adın müqəddəs olması səbəbindən günah hesab olunur.[mənbə göstərin]

Yezidilərə görə yaradılış

[redaktə | mənbəni redaktə et]
Kişi və qadınlar üçün olan Yezidi milli geyimləri. (Milli geyimlər alman etnoqrafı Maks Tilke tərəfindən 1920-ci ildə çəkilmişdir. Orjinalı Gürcüstan Dövlət-Tarixi muzeyində saxlanılır)

Tanrı, daxilən xoş niyyətli olduğundan ona ibadət edib günahların bağışanılması üçün dua edilməsinə gərək yoxdur. Yəzdanizmdə ibadətlər tanrı Azdaya yox, Mələk Tavus üçün edilir. Duaların bağışlanılmış bir şeytan üçün edilməsinin səbəbi isə onun şərindən qorunmaq və insanların ondan uzaq durmasına nail olmaqdır. Bu anlamda yaxşılığın və pisliyin başlıca mənbəyi Mələk Tavusdur. Yəzdanizm dini səmavi dinlərdə özünə geniş yer tapmış qiyamət günü kimi anlayışları bir mənalı formada inkar edir. İnsanın inancına və həyat tərzinə uyğun olaraq yaşadığı dünya cənnətə və yaxud cəhənnəmə cevirilə bilir. Başqa bir sözlə insan həyatı bir dəfə yaşayır və bu həyatın cənnət və ya cəhənnəm olması onun öz əlindədir. Mələk Tavus bütün bu işlərə nəzarət edən bir simadır və tanrı Azdanın yer üzündəki kölgəsi sayılır.

Yəzdanizm dinin əsas simvollarından olan Mələk Tavus inancı, ZərdüşlükMitraizm kimi dinlərdən təsirlənərək yaradıldığı məlumdur. Günümüzdə Yezidilər dini inanclarını və mərasimlərini qapalı yığıncaqlarda keçirməyə üstünlük verirlər. Yəzdanizmdə quşlara və ilanlara olan hörmətin 6000 il bundan əvvəl yaranmış quşa sitayiş edən inanclardan gəldiyi ehtimal edilir.[11]

Başlanğıcda tanrı Azda, öz odundan Mələk Tavusu yaratmışdır və ona Kainatı və insanları xəlq etmək tapşırığını vermişdir. Bununla yanaşı yaradılış işində Tavusa kömək etmək üçün, Azda tərəfindən daha 6 mələk yaradılmışdır. Mələk Tavus, Azdanın verdiyi tapşırıqlara əsasən ilk olaraq kişi və qadın olmaqla iki cins və onların yaşaması üçün kainati yaratmışdır. Kiçik işlərin görülməsi üçün isə yenə Mələk Tavus tərəfindən dörd cin yaradılmışdır.

Daha sonra Mələk Tavus, yaratdığı iki cins insanı təqdim etmək üçün tanrı Azdanın yanına gəlir və Azda, Mələk Tavusa Bundan sonra bu iki insana tabe olacaqsan deyərək, Tavusun insanlara pənah gətirməsini tələb edir. Mələk Tavus isə Bu iki insanı mən yaratmışam, yoxdan yaradan mənəm. Nədən öz yaratdığım bir canlıya inanmalıyam? Mən sadəcə məni yaradan sənə tabe olar və ancaq sənin üçün ibadət edərəm şəklində Azdaya cavab verir.

Mələk Tavus tərəfindən yaradılan ilk insanlardan ümumi 80 insan doğulur. Daha sonra bu ilk iki insan, ideal insan məsələsində münaqişə etməyə başlayırlar və onların Mələk Tavus tərəfinən imtahandan keçirilməsinə qərar verilir. Hər ikisi ruhlarını, düşüncələrini bir küpə doldurararaq, ağızı bağlanır. 40 gün sonra kişi cinsindən olan insanın küpündən Şahid bin Car adında gözəl bir gənc çıxır. Qadın cinsindən olan insanın küpündən isə 40 günün tamamında əqrəblər, dodaqayaqlılar, sürünənlər kimi yəzdanizm dinində lənət gətirdiyinə inanılan canlılar çıxır.

Şahid bin Car yaradılış qatında çox sevilən və hörmət görən bir şəxsə çevirilir. Onun belə sevgiyə sahib olması qadının və digər 80 övladın diqqətdən kənar qalması ilə nəticələnir. Bu da qadın və övladlarında qısqanclıq hissinin baş qaldırması ilə nəticələnir. Şahid bin Carın öldürülməsi qərarı verilir. Şahid bin Carın öldürülməsi üçün qadın tərəfindən gizli plan hazırlanır. Ancaq hər şeyi bilən və eşidən Mələk Tavus bundan dərhal xəbər tutur. Mələk Tavus yaratdığı dörd cinə əmir verir və cinlər gecə vaxtı yaradılan ilk insanların 80 övladının ağızlarına üfürürlər. Səhərisi gün övladlar oyandığında hər biri başqa bir dildə danışmaqdadır. Bu səbəbdən analarının danışdığı dli başa düşməzlər və beləliklə qadının övladarının əli ilə Şəahid bin Carı öldürmək planı baş tutmur. Şahid bin Carın Mələk Tavus tərəfindən xilas edildiyinə inanılır.

Yezidilər üçün əsas inanclar

[redaktə | mənbəni redaktə et]
  • Dünya sonsuzdur. Dünyanı yaradan tanrı onu əsla dağıtmaz.
  • Təbiətin qorunması və təbiətə sevgi əsasdır.
  • Gündə üç dəfə üzü Günəşə tərəf ibadət edilməlidir[12]
  • Çərşənbə günü, Mələk Tavus və ilk iki insanın yaradıldığı gün olduğu üçün həmin gündə insanların istirahət etmələri vacibdir.
  • Ancaq Şahid ibn Carın nəslindən olan şəxslər Yezididilər, bir şəxsin sonradan yezidi olması mümkün deyildir.
  • Şeytanın adını tələffüs etmək, onun adı ilə bağlı olan Kitan, mel'un, ŞarŞat kimi kəlimələri işlətmək, adın müqəddəs olması səbəbindən haramdır.
  • Müqəddəs hesab edilən ağaclara sitayiş edilir.
  • Qadınların saçlarının kəsilməsinə icazə verilmir.
  • Aprel ayında evlənmək günah hesab olunur.
  • Ətirli balqabaq, Ceyran əti və Kahı yemək haram sayılır.
  • Müqəddəs rəng olduğu üçün tünd göy rəngli paltarların geyinilməsi məqbul hesab edilmir.
  • Şeyxlər, pirilər və müridlərdən ibarət camaat sistemi mövcuddur. Yezidilərin bu camaat daxilində olan şəxslərlə evlənməsi arzu edilir.
  • Şeyxlərə özəl günlərdə pul verilməlidir.
  • Yuxarı sinif mənsublarına bir necə qadınla evlənməsinə icazə vardır.
  • Başqa din mənsubu ilə evlənən şəxs afaroz edilir və hətta öldürülür.
  • Reinkarnasiya inancı mövcuddur.
  • Vəftiz prosesi mövcuddur.
  • Mitraizm dində olduğu kimi inəklərin qurban kəsilməsi halı vardır.

Yezidilərin müqəddəs kitabları

[redaktə | mənbəni redaktə et]
Yezidilər üçün bir digər müqəddəs məbəd hesab edilən Sinjar məbədi İraqın şimal bölgəsində yerləşir.

Yezdilərin inandığı yəzdanizm dininin iki əsas müqəddəs kitabının olduğuna inanılır:

  • Məshaf Rəş

XV əsrdə yazıldığı iddia edilən və Yezidilərin mifologiyasından danışan əsərdir. Məshaf Rəş kitabının sonunda yezidilərin həyatda etməmələri olduqları əməllər barədə də məlumatlar verilmişdir.

  • Kitab əl Cəlvə

Yezdilərin əsas kitabı sayılır. Kitab əl Cəlvədə kitabın sadəcə yezidilər tərəfindən oxunmalı olduğu və başqalarının əlinə keçməməli olduğu göstərilmişdir. Kitab beş bölümdən ibarətdir:

  1. Mələk Tavusun yaradılması və sifətləri. Digər dinlərin öz mahiyyətini itirməsi.
  2. Mükafat, cəza və Reinkarnasiya
  3. Hər şeyin Mələk Tavusun nəzarətində olduğundan bəhs edən bölüm
  4. Mövsümlər, qanunlara bağlı məlumatlar və digər dinlərlə inanmamaqla bağlı xəbərdarlıqlar
  5. Müqəddəs hesab edilən nəsnələrə və varlıqlara hörmətin göstərilməsi ilə bağlı bölüm.

Hər iki kitabın yezidilər tərəfindən iddia edildiyi kimi qədim dövrlərdə yazılmadığı məlumdur. Bunun ən böyük səbəbi yezidilərin inancını təşkil edən yəzdanizmin əsrlərdir şifahi formada yayılaraq, inkişaf etməsidir. Buna görə də səmavi dinlərdə olduğu kimi müqəddəs kitablar və mətnlər mövcud deyildir.

  1. Lamb, Christina. Our Bodies, Their Battlefields: War Through the Lives of Women (ingilis). Simon and Schuster. 2020-09-22. 24. ISBN 978-1-5011-9917-2. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. "Aziz Tamoyan blames unknown forces for crippling history and culture of Yazidis". armenpress.am (ingilis). 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  3. Iraq Yezidis: A Religious and Ethnic Minority Group Faces Repression and Assimilation Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine By Christian Peacemaker Teams in Iraq (25 September 2005)
  4. Megalommatis, Muhammad Shamsaddin. "Dispersion of the Yazidi Nation in Syria, Turkey, Armenia, Georgia and Europe: Call for UN Action". American Chronicle. February 28, 2010. March 6, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 20, 2010.
  5. "Yazidi in Syria Between acceptance and marginalization" (PDF). KurdWatch. kurdwatch.org. səh. 4. 7 April 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 April 2014.
  6. Andrea Glioti. "Yazidis Benefit From Kurdish Gains in Northeast Syria". al-monitor. 18 October 2013. 19 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2014.
  7. "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". Demoscope. Demoscope. 17 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2013.
  8. "2011 Armenian census" (PDF). 2017-10-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-26.
  9. "ETHNIC GROUPS BY MAJOR ADMINISTRATIVE-TERRITORIAL UNITS" (PDF). 2012-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-26.
  10. "Yazidi in Sweden - joshuaproject.net". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  11. "The Yezidi reverence for birds — and snakes — might also be extremely old. Excavations at ancient Çatalhöyük, in Turkey, show that the people there revered bird-gods as long ago as 7000 BC. Even older is Göbekli Tepe, a megalithic site near Şanlıurfa, in Kurdish Turkey (Şanlıurfa was once a stronghold of Yezidism). The extraordinary temple of Göbekli boasts carvings of winged birdmen, and images of buzzards and serpents". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  12. "The Devil worshippers of Iraq — telegraph.co.uk". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.