Zəvvarlıq
Zəvvarlıq — müəyyən bir din üçün vacib sayılan coğrafi yerlərə və obyektlərə ibadət etmək, və ya bəzən tanınmayan və ya unudulmuş bir yerə özünün, başqaların, təbiyyətin və ya üstün yaxşılığın yeni mənasını tapmaq və ya onu genişləndirmək məqsədi ilə səyahət.[1][2][3]
Zəvvarlıq bir sıra dinlər tərəfindən müxtəlif adlar altınd təlim olunur:
- İslamda həcc Məkkənin və onun ətrafların ziyarətidir. Şiə İslamda bundan əlavə Ərbəin günü Kərbəla şəhərində baş verən mərasimlərə zəvvarlığı var.
- Bəhailikdə Hayfa və Əkka şəhərlərinə zəvvarlıq edirlər.
- İlk və ikinci məbədlərin dövrlərində üç zəvvalıqlı bayram var idi: pesah, şavuot və sukkot.
- Şintoizmdə və yapon Buddizmində Nara şəhərinin ziyarəti.
- Hinduizmdə, Buddizmdə, Caynizmdə və Siqhizmdə hər hansı müqəddəs obyektinin yerinə gedib, onun ətrafında çevirmək ənənəsi var. Hindistanda ona parikrama, Tibetdə isə kora deyirlər.
Tarix
[redaktə | mənbəni redaktə et]Müqəddəs torpaqlar üç İbrahimi dinlər (yəhudilik, xristianlıq və İslam) üçün vacib zəvvarlıq istiqamətidir.[4] Birinci səlib yürüşünün səbəblərdən biri o dövrdə Fələstini idarə edən türklərin ora zəvvarlıq edən xristianlara qarşı qaba rəftar idi. Bəzi mənbələr səlib yürüşçülərin özlərini də zəvvar adlandırır. Onlara günahların silinməsi vəd olunurdu. Bu isə adətən cənnətə giriş haqqı kimi başa düşülür.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Reader, Ian; Walter, Tony, redaktorlar Pilgrimage in popular culture. [Place of publication not identified]: Palgrave Macmillan. 2014. ISBN 978-1349126392. OCLC 935188979.
- ↑ Reframing pilgrimage : cultures in motion. Coleman, Simon, 1963-, Eade, John, 1946-, European Association of Social Anthropologists. London: Routledge. 2004. ISBN 9780203643693. OCLC 56559960.
- ↑ Plate, S. Brent. "The Varieties of Contemporary Pilgrimage". CrossCurrents. 59 (3). September 2009: 260–267. doi:10.1111/j.1939-3881.2009.00078.x.
- ↑ Metti, Michael Sebastian. "Jerusalem – the most powerful brand in history" (PDF). Stockholm University School of Business. 2011-06-01. 2020-01-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 July 2011.
- ↑ p. 183
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |