Klod Bernard
Görünüş
Klod Bernard | |||
Doğum tarixi | 12 iyul 1813 | ||
Doğum yeri | Saint-Julien | ||
Vəfat tarixi | 10 fevral 1878 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Per-Laşez qəbiristanlığı, Grave of Claude Bernard | ||
|
Klod Bernard (12 iyul 1813-10 fevral 1878) - fransız alimi, həkim.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axtardığını bilməyən axmaq - tapdığını anlaya bilməz.
- Alim araşdırma xatirinə araşdırmaz; ona sahib olmaq üçün həqiqəti axtarır və indiki halında elmin göstərdiyi sərhədlər daxilində artıq ona sahib olur.
- Alim öz elmində nə Allahı, nə də ruhu daşımalıdır.
B
[redaktə]- Bildiyimizi sanmağımız öyrənməyimizin ən böyük düşmənidir.
- Bizə öyrənməyə mane olan şey artıq bildiklərimizdir.
E
[redaktə]- Eksperimental fizioloq üçün spiritizm və ya materializm deyə bir şey yoxdur, çünki ruh və maddə bilinməyən reallıqlardır. Elmin eksperimental metodu ilkin səbəbləri axtarmaq deyil, əşyalar və onlardan yaranan hadisələr arasındakı əlaqələri axtarmaqdır. Odur ki, “həyat”, “ölüm”, “sağlamlıq”, “xəstəlik” kimi sözlər bu hadisələrin zehnimizə görünüşünü ifadə etmək üçün yalnız faydalı “ədəbi ifadələr”dir.
- Elm istisnalara yol vermir.
- Elmi həqiqət həmişə bizim təsəvvürümüzdən və cəhalətimizin illüziyalarından daha gözəl olacaqdır.
- Elmi ixtira düzgün və səmərəli fərziyyəyə əsaslanır. O, alimin dühası sayəsində mümkün olur.
Ə
[redaktə]- Əsl fəlsəfi ruh elmi yüksək istəklərlə mayalandıran, onu hələ də naməlum həqiqətləri axtarmağa sövq edəndir.
H
[redaktə]- Hətta yalançı fərziyyələr və nəzəriyyələr kəşflərə səbəb olmaqda faydalıdır. Bu kəlam bütün elmlərdə keçərlidir.
İ
[redaktə]- İlk səbəblər elmin xaricindədir.
- İnsan ağlı səbəbsiz bir təsiri təsəvvür edə bilməz, belə ki, bir fenomenin görünüşü həmişə səbəb haqqında bir fikir oyadır.
- İnsan çox şey olmadan keçinə bilər, təkcə insansız keçinə bilməz.
Q
[redaktə]- Qabaqcadan düşünülmüş fikirlər zəruri və əvəzolunmazdır: onlarsız heç nə qurmaq olmaz, sadəcə olaraq, onların mövcud olmaq üçün bir səbəbi qalmayanda onlardan necə imtina etməyi bilmək lazımdır.
M
[redaktə]- Müşahidə etmək passiv elmdir, təcrübə aparmaq aktiv elmdir.
N
[redaktə]- Nə axtardığını bilməyən elmi tədqiqatçı tapıntıları anlaya bilməyəcək.
S
[redaktə]- Sənət “mən”dir; Elm "Biz"dir.
T
[redaktə]- Təcrübə ideyanın yaranmasına səbəb olan bir görünüşdür.
Y
[redaktə]- Yalnız qadağan edilmiş söz təhlükəlidir.