Məzmuna keç

Vikilüğət:Kənd meydanı

Mövzu əlavə et
Wiktionary saytından
Ən son rəy:17 gün öncə, Gadir tərəfindən "Layihəyə nəzarətlə bağlı" mövzusunda
Kənd meydanı
Kənd meydanı
Kənd meydanına Xoş Gəldiniz!

Bu səhifənin məqsədi Vikilüğət ilə əlaqədar olan və cavabını bilmədiyiniz suallar verə biləcəyiniz xəbərləşmə məkanı yaratmaqdır. Vikilüğətdə texniki və idarəetməyə dair mövzular burada müzakirə edilir.

  • Vikilüğət ilə əlaqədar bir gəlişmə bildirəcəksinizsə, Vikilüğət:Elanlar səhifəsini istifadə edin.

Bu səhifəni yazarkən:

  • Vikilüğət qaydalarına görə təhqir və təzyiqlərin qadağan olunduğunu unutmayın;
  • Lütfən yazdığınız mesajların sonunda imza qoymağı unutmayın.
  • Arxivdəki müzakirələrə buradan baxa bilərsiniz.
Təkliflər İdarəçilər Aktual hadisələr


Layihəyə nəzarətlə bağlı

[redaktə]

Salamlar. Bu layihədə demək olar aktiv istifadəçilərimizdən heç kim yoxdur. Aktiv olaraq @Turkmen, @Əkrəm Cəfər və @Araz Yaquboglu, sizləri teq edirəm. Hazırda bunu yazıram və mənim hazırda burada 66 redaktəm var, amma inzibatçılıq təcrübəm var, uyğun görsəniz, namizəd ola bilərəm (ya da elə bu başlığın altında "dəstək/qarşı" yazın, çox güman ki, üç səslə müəyyən müddətə bu hüququ verəcəklər). Məsələn, Vikilüğət:Təsdiqlənmiş istifadəçilər belə səhifələri hər dəfə qlobal bildirmək lazım gələcək ya da sürətli silinmə üçün işarələnsə də bir müddət gözləyəcək. Bilirəm, bu səhifələr bunun üçün var, amma açığı, hər dəfə müraciət uzanır, bunun əvəzinə məndə (və bizdən birilərində də əlavə olaraq) bu hüquq olarsa, mütəmadi nəzarətimizdə olar layihə. Texniki biliyimlə layihədə təkmilləşdirmələr də apara bilərəm. Və ya Əkrəm Cəfər, siz özünüz də hazır hiss edirsinizsə, namizəd ola bilərsiniz. Araz bəy burada inzibatçı deyilmiş. Vikisitatda da eyni vəziyyətdir. Vikipediyaya nisbətlə çox iş olmasa da, düşünürəm ki, ehtiyac var yenə də. Hörmətlə, Gadir (müzakirə) 22:30, 16 dekabr 2024 (UTC)Cavabla

− Əleyhinə ehtiyac görmürəm, layihədə təcrübəniz yoxdur. Mən müəyyən müddət aralığında hər 2 layihəyə nəzarət edirəm. Üstəgəl dediyiniz qədər ciddi bir vəziyyət, problem yoxdur. Turkmen müzakirə 05:24, 17 dekabr 2024 (UTC)Cavabla
@Turkmen, əslində, sınaq müddəti ilə vermək olardı, məncə. Onda təklif edirəm ki, digər iki istifadəçini inzibatçı kimi seçək. Nə də olsa, layihədə məndən daha çox fəaliyyətləri var təcrübəlidirlər. Layihə üzərində çox fəaliyyət getməsə də, nəzarət üçün lokal inzibatçıya həmişə ehtiyac var, mən olmayım, olsun başqası. Məncə, tək inzibatçı kifayət etmir. Mənim redaktə sayım irad tutulursa, tələb də olmasa, bir müddət fəaliyyət göstərikdən sonra namizəd olacağam artıq. Hörmətlə, Gadir (müzakirə) 10:15, 17 dekabr 2024 (UTC)Cavabla
Namizədliyin bütün hallarda burdakı kimi kütləvi verilməsi doğru deyil. Kimisə namizəd etmək istəyirsinizsə VL:İ-də səsvermə başlada bilərsiniz. Turkmen müzakirə 10:32, 17 dekabr 2024 (UTC)Cavabla
Kütləvi nəyə deyirsiniz? Mən namizədlik verməmişəm, istifadəçilərin fikirlərini soruşuram, əgər müsbətdirsə, o halda səsvermə başlada bilərik. Gadir (müzakirə) 16:19, 17 dekabr 2024 (UTC)Cavabla
+ Lehinə: razıyam, mənim də fikrimcə, lüğəti bir qədər diriltmək və müasirləşdirmək lazımdır. əgər uyğun hesab edirsinizsə, mən də son 1-2 ildə ingiliscə vikilüğətdə topladığım təcrübə ilə həm texniki, həm də ümumi dəstək verməyə hazıram :3 əkrəm. 09:06, 17 dekabr 2024 (UTC)Cavabla
Ümumi olaraq Vikimedia layihələrində nə qədər təcrübəniz var? Ümumən işləyişə hakim olduğunuz görünür. Hörmətlə, Gadir (müzakirə) 10:16, 17 dekabr 2024 (UTC)Cavabla
mənalı saya biləcəyim fəaliyyətim son 2 il ərzində olub, əsasən, enwikt və azwiki-də. ümumilikdə 5 mindən artıq redaktəm var. texniki tərəfdən də mediawiki və lua, həmçinin html-css-js haqqında da məlumatlıyam — modullar & şablonlar yaza bilə, interfeys üzərində iş görə bilərəm :3 əkrəm. 10:26, 17 dekabr 2024 (UTC)Cavabla