Endo Kinsuke

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Endo Kinsuke
yap. 遠藤謹助
Doğum tarixi 31 mart 1836(1836-03-31)
Doğum yeri
  • Çoşu hanı[d]
Vəfat tarixi 13 sentyabr 1893(1893-09-13) (57 yaşında)
Təhsili
Fəaliyyəti Samuray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endo Kinsuke (遠藤 謹助, Kinsuke Endo?, 31 mart 1836, Çoşu hanı[d]13 sentyabr 1893)Yaponiya bürokratı, Çoşu beşliyinin üzvü.[1] O, "müasir Yaponiya sikkəçiliyinin atası" hesab olunur.[2]

Endo Kinsuke 1836-cı ildə Çoşu hanında[a] doğulmuşdur. 1863-cü ildə təhsil almaq məqsədilə İngiltərəyə göndərilmiş Çoşu beşliyinin tələbəsi olmuşdur.[3] O, London Universitet Kollecində kimya, geologiya, mineralogiya təhsili almışdır.[3] 1866-cı ildə Yaponiyaya qayıtmışdır.[1] Meyci islahatından sonra 1870–1893-cü illərdə Yaponiya Sikkəçilik Bürosunda işləmişdir.[1] 1874-cü ildə Sikkəçilik Bürosu yeni texnikalardan istifadə etmək üçün əcnəbilərlə razılaşanda Endo bürodan ayrılmışdır.[1] Lakin büro 1875-ci ilin yanvarında doqquz əcnəbini işdən çıxardıqdan sonra qayıtmışdır.[1] 1881-ci ildə Osaka Sikkəçilik Bürosunun direktoru olmuş, əcnəbi mütəxəssislərin köməyi olmadan Qərb üslubunda olan yapon sikkələrinin kəsilməsinə nail olmuşdur.[2]

1883-cü ildə Osaka Sikkəçilik Bürosunun ərazisindəki sakura ağaclarının ictimaiyyət üçün əlçatan olmasını təklif etmişdir.[1] Bu yer daha sonra Osakanın əsas hanami yerlərindən birinə çevrilmişdir.[1] 1886-cı ildə Britaniya admiralı Corc Kinq Yaponiyanı ziyarət edəndə Endo onun üçün tərcüməçilik etmişdir.[1]

1993-cü ildə London Universitet Kollecində Çoşu beşliyi üçün quraşdırılmış xatirə lövhəsində Endo Kinsukenin də adı var.[4]

  1. 1 2 3 4 5 6 7 8 "Endo Kinsuke". Japanese Wiki Corpus (ingiliscə). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
  2. 1 2 "The Father of the Modern Japanese Mint: Kinsuke Endo" (ingiliscə). Yaponiyanın Birləşmiş Krallıqdakı səfirliyi. 13 iyun 2013. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
  3. 1 2 Inuzuka, Takaaki; Laurie, Haruko. "The Chōshū Five". Alexander Williamson: A Victorian Chemist and the Making of Modern Japan (ingiliscə). 2021: 28–51. doi:10.2307/j.ctv1fj84dv.8. (#accessdate_missing_url)
  4. "Japanese students at UCL". London Remembers (ingiliscə). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.