Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:2 saat öncə, Gadir tərəfindən "Silinməyə namizəd fayllar ləğv edilsin" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Ana səhifə

[mənbəni redaktə et]

Salamlar. Etirazınız yoxdursa, ana səhifənin məqalə bölmələrini bacara bildiyim qədər doldurmaq istəyirəm ki, ana səhifə boşda olmasın və birinci gün qırmızı keçidlər görüncə əlavələr edilməsin. Aktivlik olmaması səbəbilə bunu icra etmişdim, yaxşı məqalə 2025-ci ilin martına kimi hazırdır, digər bölmələr də bu ay üçün tam hazırdır. Bu fəaliyyətdə "Turkmen"dən başqa istifadəçilərdən etiraz gəlməyib, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 03:02, 21 oktyabr 2024 (UTC)Cavabla

− Əleyhinə: Qiymətləndirmədə məqalə olmadığı təqdirdə bir neçə həftəni nəzərə alıb artırmaq olar. Lakin bütün yarım ilin, və ya bütün il intervalının köhnə məqalələr ilə doldurulmasını dəstəkləmirəm. Az-vikidə kifayət qədər məzmun hazırlayan istifadəçi var. Layihə o qədər də deaktiv deyil ki, oraya 1 il intervalında köhnə məqalələr əlavə edək ki, birdən heçkim olmayanda boş qalmasın. Turkmen müzakirə 06:31, 21 oktyabr 2024 (UTC)Cavabla
Yeni məqalələrdirsə onsuz da əlavə edilməlidir, köhnə məqalələri doldurmağa isə qarşıyam Nemoralis (müzakirə) 08:50, 21 oktyabr 2024 (UTC)Cavabla
Gəlin onda belə edək, bir və ya bir neçə ayı hazır vəziyyətdə saxlayaq öncədən. Çünki hər həftə yeni məqalə gözləsək orası boş qalacaq. Hörmətlə, Qədir (müzakirə) 09:22, 21 oktyabr 2024 (UTC)Cavabla

Vikipediya qəzet və təsadüfi məlumat bazası deyil

[mənbəni redaktə et]

Salamlar. Vikipediya:Vikipediya nə deyil qaydasının bəzi siyasətləri əskik idi, bir neçəsini qəbul etdik, son ikisi qaldı, onları hazırlamışam. Müzakirələrinizə təqdim edirəm: Vikipediya:Səsvermə/Vikipediya qəzet deyil və Vikipediya təsadüfi məlumat bazası deyil siyasətlərinin qəbulu ilə bağlı səsvermə. Hörmətlə, Qədir (müzakirə) 12:52, 26 oktyabr 2024 (UTC)Cavabla

Yaxınlarda ölən

[mənbəni redaktə et]

Salam. şablon:Yaxınlarda ölən şablonunun məqalədə nə qədər müddətə qalması ilə bağlı qayda, qeyd yoxdu. Təklif eliyirəm ki, bu şablon məqalədən, şəxsin vəfatından ruvkidəki kimi 10 (və ya 7) gündən gec olmayaraq çıxarılsın. Və bu cümlə (Şablon şəxsin vəfatından 10 gündən gec olmayaraq məqalədən çıxarılmalıdır.) şablonun içərisində qeyd olunsun. Aşağı vaxt limitini(nə qədər müddətə çıxarılmamalıdır) də təyin edə bilərik, amma lüzum görmürəm. (Qeyd: White Demon-un deyəcəyi ölüm tarixi yoxsa ölümün açıqlandığı tarix məsələsi ilə bağlı fikrim yoxdu.) — Bikar müzakirə 12:24, 27 oktyabr 2024 (UTC)Cavabla

Şablonda bu barədə qeydə ehtiyac olduğunu düşünmürəm, şablon kifayət qədər məzmunludur, bir də bu qeydə yer versək vizual olaraq da uyğun olmayacaq. Səhifə yaradılaraq necə silinə biləcəyi ilə bağlı ora yönləndirmək olar amma. Müddət vəziyyətə görə dəyişə bilər, konkret vaxt demək çətindir. Bu arada, bu şablon hər ölən şəxs üçün, hər məqaləyə də əlavə olunmamalıdır. Hörmətlə, Qədir (müzakirə) 06:04, 28 oktyabr 2024 (UTC)Cavabla
Orası düzdür, tez-tez dəyişikliyə məruz qala bilən şəxslərin məqalələrinə əlavə edilməlidir. Unkillable Demon King 01:04, 3 noyabr 2024 (UTC)Cavabla

Vikipediya:Tarixdə bu gün

[mənbəni redaktə et]

Salam. Təklif edirəm ki, bu bölmənin səhifələrinin adlarını "ay və gün" şəklindən "gün və ay" şəklinə dəyişdirək. Birinci versiya üçün heç bir məntiqi səbəb yoxdur və bu, dil qaydalarının pozulmasıdır. Çox güman ki, ingilis dilindən kopyalayıblar. Layihənin daxilindəki əlavə edilən fakt sayı da azaldılmalıdır və faktlar qiymətləndirilərək yenidən tərtib olunmalıdır. Kütləvi dəyişiklik olduğu və layihənin müzakirə səhifəsində mövzu diqqətdənkənar qala bilər deyə müzakirəni burada başladıram (yekunda köçürə də bilərik ora). Hörmətlə, Qədir (müzakirə) 03:15, 28 oktyabr 2024 (UTC)Cavabla

Bu işi kim görəcək? Haradasa 365 səhifə var, hamısının adı dəyişdirilməlidir. Sonra da aylar üzrə olan 12 səhifənin hərəsindəki təxminən 150 keçid düzəldilməlidir. Yəni ümumilikdə 1800 keçidə düzəliş verilməlidir. Mənə şəxsən bu işlə məşğul olmaq maraqlı gəlmir, bu prosesə vaxt sərf etmək əvəzinə maraqlı məqalələr işləmək həvəsindəyəm. Amma kim görəcəksə, yarımçıq görməsin, işini tam görsün. Şiroi Akuma 03:28, 28 oktyabr 2024 (UTC)Cavabla
Bot vasitəsilə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 04:42, 28 oktyabr 2024 (UTC)Cavabla
Naxçıvan keysindəki kimi olmaz ümid edirəm. Şiroi Akuma 05:25, 28 oktyabr 2024 (UTC)Cavabla
Yox, bu, belə olmaz. Onu da @Nemoralis həll etdiyini demişdi, amma hələ də arada qarşılaşıram o problemlə. Həll edib, amma yəqin ki, hələ də var. Bir də lazımsız yerdəki keçidləri də silməliyik, "Naxçıvan Dövlət Tarix Muzeyi" yazılır, "Naxçıvan"a keçid verilir, nə əlaqə? Hörmətlə, Qədir (müzakirə) 05:44, 28 oktyabr 2024 (UTC)Cavabla

Addəyişmə bürokratiyası

[mənbəni redaktə et]

Bu dəqiqə bizdəki problemli sahələrdən biri budur. Səhifənin adının dəyişdirilməsi çox uzun çəkir, hüququn yoxdursa vay halına, get müraciət aç, addəyişdiricilər görməsə ya bəyənməsə səhifənin adı elə də qalacaq. 2022-ci ildə yaradılması üçün açılan müzakirədə "Qaralama" ad fəzasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmalı olduğu bildirilib, amma bu daha böyük problem yaradıb. Normalda bir kliklə səhv adı geri qaytarmaq mümkündür amma belə bir sadə proses lazımsız yerə uzadılıb. Bizdə heç vaxt addəyişmə vandalizmi olmur. Axırıncı vandalizmi də elə addəyişdirici hüququ olan istifadəçi etmişdi. Qaralama və istifadəçi səhifəsi adlarınının dəyişdirilməsinin qarşısını süzgəc ilə almaq olar(dı). Buna görə də təklif edirəm ki,

  • Bu hüququ əvvəlki vəziyyətinə, yəni avtotəsdiqlənmiş istifadəçilərə qaytaraq. Burda dəyişən şey odur ki, avtotəsdiqlənmiş almaq üçün artıq 10 redaktə etməlisən (əvvəl sadəcə 4 gün əvvəl hesabı yaratmış olmaq kifayət idi): Xüsusi:DaimiKeçid/7778766#Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
  • Fayl addəyişdiricisi də məncə artıqdır və demək olar ki, heç istifadə edilmir. Bu qrupun hüquqlarını yeni yaradılmış yükləyici qrupuna verə bilərik. Fayl yükləyə bilən adını da dəyişdirə bilməlidir. Bizdə gərək bir istifadəçiyə hər iki hüququ da verəsən ki, ikisini də edə bilsin.
  • Bunlardan əlavə təklif edirəm ki, addəyişdiricilərə sonradan əlavə etdiyimiz "suppressredirect" hüququnu təcrübəli istifadəçilər qrupuna verək. Bu zaman dəyişən bir şey olmayacaq və təcrübəli istifadəçilər də bundan istifadə edə biləcək.

P.S Təcrübəli istifadəçilərə sadəcə bir redaktədən ibarət olan yönləndirmə səhifələrini silib addəyişməni davam etmə imkanı verən delete-redirect hüququnu da verə bilərik. [1] Nemoralis (müzakirə) 16:45, 28 oktyabr 2024 (UTC)Cavabla

Məncə bütün problemlər aktivliyin olmamasına görədir. Adlarla bağlı vandalizmin olması qaçınılmazdı.
  • Addəyişdirmə hüququnu ləğv etsək gərək avtotəsdiqlənmişin redaktə sayını bir az da artıraq.
  • Fayl addəyişdiricisinin, yükləyiciyə verilməsi ilə razıyam
  • suppressredirect-lə də razıyam
delete-redirectin nə olduğunu başa düşə bilmədim. — Bikar müzakirə 17:03, 28 oktyabr 2024 (UTC)Cavabla
Addəyişmə vandalizmi bu sistemdən əvvəl tez-tez olurdu. IP-ləri keçirəm, təcrübəli istifadəçilər də birdən görürdün heç bir əsas bildirmədən dəyişirdi adları. Bu, adi vandalizmdən daha baş yorandır. --► Hörmətlə: SolaVirum 17:03, 28 oktyabr 2024 (UTC)Cavabla
@Bikar, @Solavirum, addəyişmədə mübahisəli məqamlar (vandalizm ayrı şeydi) varsa bu müzakirə səhifəsində müzakirə olunmalıdır. Bəyənmədiyimiz addəyişmələrin qarşısını almaq üçün hamının əlindən addəyişmə hüququnu almaq düzgün deyil. Vandalizm isə həmişə olan bir şeydi və edilən vandalizmi bir düymə ilə geri qaytarmaq mümkündür. Vikipediya:Addəyişmə müraciətləri səhifəsində müraciət, uzun uzadı müzakirə, məqaləyə müzakirə ilə bağlı şablon əlavə etmək/silmək daha qısa yoldur yoxsu bir kliklə vandalizmi geri qaytarmaq? Həmçinin dediyim kimi axırıncı vandalizmi də elə addəyişdiricilərdən biri etmişdi. Vandalizmdən bu qədər qorxuruqsa onda gərək ən birinci elə yeni istifadəçilərə redaktə etməyi qadağan edək ancaq özümüz olaq. Vandalizmlə mübarizə üçün N qədər mexanizm var, heç birini istifadə etməyib baltanı kökündən vururuq. Nemoralis (müzakirə) 08:13, 29 oktyabr 2024 (UTC)Cavabla
Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)Cavabla
@Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)Cavabla
Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)Cavabla
Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)Cavabla
Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)Cavabla
Səbəb-nəticə əlaqəsini başa düşə bilmədim. Mən də vandal IP-ləri blokluya bilmirəm, çıxım gedim vikidən? — Bikar müzakirə 16:08, 29 oktyabr 2024 (UTC)Cavabla
Mən şəxs addəyişə hüququnun ləğv olunmasını dəstəkləyirəm. Mən xatırlayıram ki, addəyişmə hüququ gələnə qədər vikidə ciddi vandalizm halları olmayıb bunla bağlı. Olanda da vandalı bloklayırdıq və ya addəyişmə mühafizəsi qoyurduq. Addəyişmə mühafizəsi bunun üçün var. Yanlış addəyişmə başqa məsələdir, vandalizm başqa. Ona qalsa, mən indi də yanlış addəyişmələr görürəm arada. Şiroi Akuma 16:18, 29 oktyabr 2024 (UTC)Cavabla
Mən o vaxt olmamışam, gələnnən sora da mənə problem yaratmıyıb. — Bikar müzakirə 16:49, 29 oktyabr 2024 (UTC)Cavabla
Həmçinin, artıq istifadəçilərin addəyişmə hüququnu bloklamaq mümkündür. Misal üçün: Nem0ralis hesabındakı bloka baxın: [2] Nemoralis (müzakirə) 16:23, 29 oktyabr 2024 (UTC)Cavabla
@Araz Yaquboglu, @Atakhanli, @Eldarado, @Firuza, @Nicat49, @Sortilegus, @Sura Shukurlu, @Toghrul R, @Turkmen, @Wertuose, @Yousiphh, @Freiheiten, @Мурад 97, @Rəcəb Yaxşı, @Qızılbaş, @Həsən İmanov, @NurAy, @Sebirkhan, @Sword313, @Əkrəm Cəfər, @C Mirəli2001, @Verman1, @A.Aida88, @En Merker, @Abutalub, @Qraf və digər istifadəçilər. Zəhmət olmasa müzakirədə iştirak edin. Kənd meydanında tez-tez müzakirələr açılır amma fikir bildirən həmişə eyni istifadəçilər olur. Biraz aktiv olaq. Nemoralis (müzakirə) 19:41, 2 noyabr 2024 (UTC)Cavabla
10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)Cavabla
Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)Cavabla
Həm də dediyim kimi, istifadəçilərin addəyişmə icazəsini bloklamaq da mümkündür. Bu qədər vandalizmlə mübarizə mexanizm var, 1-2 nəfər ortaya düşüb ki, yox gəlin ümumiyyətlə 10 redaktə tələbini də biraz qaldıraq. Mən inanıram ki əllərində olsa redaktəni də bağlayarlar ki, amandı birdən vandalizm olar. Nemoralis (müzakirə) 19:54, 2 noyabr 2024 (UTC)Cavabla
Mən ehtiyac görmürəm. İndiyə qədər bunun vikiyə nə zərəri olub? Şiroi Akuma 19:49, 2 noyabr 2024 (UTC)Cavabla
Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. Redaktə sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)Cavabla
Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)Cavabla
Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)Cavabla
Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
Heç kim səhv etməsin halı bizim vikiyə uyğun deyil. O vikiyə uyğun olardı ki, vikidə heç aktiv inzibatçı, istifadəçi olmayaydı. Bizdə tam olmasa da nəzarət var.
2022-ci ildəki səsverməyə də baxıram, səs verənlər elə o vaxt da təcrübəsiz deyildi. Gəlib bura da şərh bildirsinlər, görək nə fikirləşirlər — Bikar müzakirə 20:32, 2 noyabr 2024 (UTC)Cavabla
− İndiki şərtlərdə əleyhinə: Çünki, çünki orada addəyişmə edəndə bir vaxt sonra baxılıb təsdiqlənir və sənə bildiriş gəlir bu barədə, mən özümdən bilirəm, neçə dəfə addəyişmə etmişəm ki, təsdiqlənmə bildirişi gəlib mənə. Orada da bu hüquq var, amma müəyyən səhifələrə şamil olunur, hər səhifə bağlı deyil yəni. Amma idarəetmə sxemləri var da, bizdə o da yoxdur, olsaydı dərd yarıydı. İndiki halda buna təkcə addəyişmə jurnalı, son dəyişikliklərdə xüsusi filter və xüsusi teqlərlə nəzarət etmək olar (o da inanmıram faydalı və maraqlı ola). Mən belə təklif edərdim ki, səhifələrdə "Adını dəyiş" düyməsi daxil olmuş, həmçinin IP-lərə belə görünsün, ora klikləyəndə avtomatik ADM-dəki kimi panel açılsın və ora qeyd etsin, sonra da müraciəti əlavə olunsun ADM-ə. Ya da başqa sistem inkişaf etdirmək də olar. Məsələn, envikidəki kimi, necə ki, yaradılan yeni səhifə (addəyişmə də daxil) və müəyyən şablonlarda redaktələr edəndə tələb göndərilir və onlar da bir müddət gözlənilib yoxlanılır və qəbul edilir, biz də o formada edə bilərik, ümumiyyətlə redaktələri, addəyişmələr də düşər ora. "Sürüm kontrolü" kimi bir sistemə ehtiyac duyduğumuz halda bu məhdudiyyəti götürmək bizə yaxşı heç nə gətirməyəcək. Mən özüm məhdudiyyətlərə qarşıyam, amma baxır məhdudiyyətə, bu məhdudiyyət hazırda vikinin xeyrinədir, zərərinə yox. Daha vacib məsələlər var, məsələn, SNS-dəki 500 redaktə limiti ləğv olunmalıdır. Ümumiyyətlə, vaxt-vaxt statuslu məqalələrə və s. mühafizə tətbiq edilməsi təklif olunur, mən belə təkliflərə qarşı mövqedəyəm. Amma faktiki olaraq addəyişdirici hüququları indiki vəziyyətində Azərbaycanca Vikipediyaya lazımdır və boş deyil. "Filan vandala görə filan xoşniyyətli addəyişmə"dən söhbət gedəcəksə, bura digər mühafizəli səhifələr və IP-ləri də əlavə etmək olar, bir sözlə bu düşüncə ilə getsək siyahı bitməz. Xoşniyyətlilər üçün ADM deyə bir səhifəmiz var axı. Bəzən belə istisnalar lazımdır, həm Vikipediyanın cari vəziyyətini də düzgün dəyərləndirmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 3 noyabr 2024 (UTC)Cavabla
Vikipediyada heç nə itmir. Addəyişmə qeydlərinə baxa bilərsiz. Məsələn, mən 2016-cı ilin yanvarındakı bütün addəyişmələrə baxdım. Ancaq bir vandalizm var idi, məqalənin adını "Şfşf" etmişdi, biri də (nazir) dəqiqləşdirməsini (partiya sədri müavini) etmişdi. Bu qədər. Şiroi Akuma 22:06, 2 noyabr 2024 (UTC)Cavabla
@White Demon, indi trollar və vikiyə qərəzli şəxslər artıb, özü də təcrübələri də az deyil. Adicə səhifələrə olunan redaktələrdən görürük, diapazon bloku tətbiq edirik neçə-neçə IP-lərə, indi sən əlavə vaxt ayır, ki, oturub bir-bir addəyişmələri təftiş edəsən. İndi heç bir problem yoxdur, bunu tətbiq etsək əlavə yük olacaq. Belə deyim, yuxarıda da yazmışam, bəzən müəyyən məhdudiyyətlər Vikipediyanın vəziyyətinin dəyərləndirilib daha yaxşı halda qalması üçün tətbiq olunur, bu da onlardan biri. Bu funksiyaların idxalını, səhv etmirəmsə, @Turkmen irəli sürmüşdü. Onun da o vaxtdan bu yana fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:23, 3 noyabr 2024 (UTC)Cavabla
Salam hörmətli həmkarlar. Məni müzakirəyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən bir dəfə addəyişmə hüququ ilə bağlı müraciət etdim, mənə bildirdilər ki, hələ tezdir. Halbuki əvvəl bu hüququm olub. Düzdür, səhvlərim də çoxdur, səhv edərək düzgünləri öyrənirəm. Hörmətli və dəyərli həmkarlarımda bu işdə mənə öz köməkliklərini göstərirlər. Çox sağ olsunlar. Dediyim budur ki, təcrübəli, ən azı bir neçə aylıq təcrübəsi olan və yaxud da 100-dən, 1000-dən çox redaktəsi olan istifadəçilərə bu hüquq verilə bilər. Bu sadəcə olaraq bir təklifdir. İstəsəniz nəzərə ala bilərsiniz. Hörmətlə Tarixçi (müzakirə) 20:32, 2 noyabr 2024 (UTC)Cavabla
@Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)Cavabla
Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)Cavabla
Burda təklif odur ki, avtotəsdiqlənmiş olan hamı ad dəyişə bilsin, əvvəlki kimi. Təkcə 100 və ya 1000 redaktəsi olan yox. Kimin hansısa addəyişməyə etirazı varsa özü müzakirə etsin. Hamısını bir mərkəzə yönəldib ordan nəyisə idarə etmək ya da hansısa mövcud olmayan vandalizmin qarşısını almağa çalışmaq mənasızdır və bürokratiyadır. Nemoralis (müzakirə) 20:49, 2 noyabr 2024 (UTC)Cavabla
Salam. Addəyişmənin xüsusi şəxslərə şamil olmasının tərəfdarıyam. Onsuzda vandalizmlə məşğul olanlar var,əksi olsa problem bir az da artacaq. Sword313 (müzakirə) 01:45, 3 noyabr 2024 (UTC)Cavabla
salammm :3
düşünürəm, vp:MA avtotəsdiqlənmiş istifadəçilərin (4 gün + 10 edit) riayət etməsini gözləmək üçün kifayət qədər mürəkkəbdir. status-kvonu saxlamağın, mütləq dəyişiklik aparılmalıdırsa da, hüququn avtotəsdiqlənmişlər əvəzinə təcrübəli istifadəçilərə verilməsinin tərəfdarıyam :3 əkrəm. 09:10, 3 noyabr 2024 (UTC)Cavabla
Salam, mən Nemoralis istifadəçisi ilə razı oldum. Həm də öz fikirimi deyim: onsuzda vandalizmdən söhbət getsə - vandallar (və yalnız onlar deyil) qısa bir müddətdə IP və hesab blok olunur.
Ad narazılığı olsa və ya bir səhifədə tez-tez addəyişmə olsa onu müzakirə edib uyğun nəticə seçib və səhifə adını təzədən dəyişmədən qorumaq olar məncə.
Ayrıca, mənim fikrim odur ki bir çox səhifə adlarını ruscadan götürüb hərfi tərcümə edirlər, halbuki ingiliscədən (və ya türkcədən, fransızcadan, latıncadan və s.) tərcümə olunsa başqa bir termin alınır (amma təəsüf ki, bu rəsmi Azərbaycan dilinə aid bir haldır). Məncə belə olmamalıdır, səhifənin adı nə qədər uzun müddət bir adla getsə də, narazılıq olan halda bu geniş müzakirə olunmalıdı. Sebirkhan (müzakirə) 10:28, 3 noyabr 2024 (UTC)Cavabla

Açığı, fikrimcə, hazırda heç bir qayda dəyişikliyi üçün vaxt deyil. Müzakirə təxirə salınsa, yaxşı olardı. Konkret olaraq, indiki addəyyişmə qaydaları isə məni qane edir. Həm vandalizmin, həm redaktə müharibələrin, həm də bir sıra başqa problemlərin qarşısını alır. Məsələ doğrudan da, aktivliyin azalmasındadır, qaydalanın özündə deyil. --Мурад 97 (müzakirə) 22:16, 2 noyabr 2024 (UTC)Cavabla

Mən artıq həqiqətən düşünməyə başlayıram ki, müzakirənin girişini heç kim oxumur. @Мурад 97, nə qaydası? Yuxarıda texniki dəyişiklikdən bəhs edilir. Lap qayda olsa belə niyə bunun üçün indi vaxt olmasın? Nemoralis (müzakirə) 22:19, 2 noyabr 2024 (UTC)Cavabla
VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)Cavabla
@Мурад 97, orada qeyd olunub axı, ikinci sətirə nəzər yetirin.: "Bunun üçün siz müvafiq olaraq səhifə addəyişdirisi və ya fayl addəyişdiricisi hüquqularına sahib olmalısınız. Əgər bu hüquqlara sahib deyilsinizsə və ya sadəcə oxucu isəniz, Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. İstifadəçi adınızın dəyişdirilməsi üçün Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.". Hörmətlə, Qədir (müzakirə) 06:27, 3 noyabr 2024 (UTC)Cavabla
Nemoralisin yazdığı bəndlərlə tanış oldum və uyğun hesab edirəm. Araz Yaquboglu (müzakirə) 05:38, 3 noyabr 2024 (UTC)Cavabla

Final Reminder: Join us in Making Wiki Loves Ramadan Success

[mənbəni redaktə et]

Dear all,

We’re thrilled to announce the Wiki Loves Ramadan event, a global initiative to celebrate Ramadan by enhancing Wikipedia and its sister projects with valuable content related to this special time of year. As we organize this event globally, we need your valuable input to make it a memorable experience for the community.

Last Call to Participate in Our Survey: To ensure that Wiki Loves Ramadan is inclusive and impactful, we kindly request you to complete our community engagement survey. Your feedback will shape the event’s focus and guide our organizing strategies to better meet community needs.

Please take a few minutes to share your thoughts. Your input will truly make a difference!

Volunteer Opportunity: Join the Wiki Loves Ramadan Team! We’re seeking dedicated volunteers for key team roles essential to the success of this initiative. If you’re interested in volunteer roles, we invite you to apply.

  • Application Link: Apply Here
  • Application Deadline: October 31, 2024

Explore Open Positions: For a detailed list of roles and their responsibilities, please refer to the position descriptions here: Position Descriptions

Thank you for being part of this journey. We look forward to working together to make Wiki Loves Ramadan a success!


Warm regards,
The Wiki Loves Ramadan Organizing Team 05:11, 29 oktyabr 2024 (UTC)

Silinməyə namizəd fayllar ləğv edilsin

[mənbəni redaktə et]

Salam həmkarlar belə bir fikir bildirmək istəyirəm. Görürəm ki, Vikipediya:Silinməyə namizəd fayllar bölməsinə heç ehtiyac yoxdur. Təklif edirəm bu bölmə ləğv edilsin sonuncu dəfə aprel və may aylarında istifadə edilib. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 10:50, 3 noyabr 2024 (UTC)Cavabla

Mən demişdim. Nemoralis (müzakirə) 10:52, 3 noyabr 2024 (UTC)Cavabla
Tam razıyam indi sizinlə @Nemoralis düz demişdiz ehtiyac yox idi. İndi məndə bu fikirlə razıyam ləğv edilsin. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 10:57, 3 noyabr 2024 (UTC)Cavabla
Ləğv deyəndə silinəcək yəni? Məncə, qalsın və kim lazım olanda istifadə edər. Onsuz elə də olur. Əlimizə-ayağımıza dolaşmır ki. Hörmətlə, Qədir (müzakirə) 11:02, 3 noyabr 2024 (UTC)Cavabla
Hazırda istifadəsizdi, razıyam. Twinkle-a da daxil edilib. Lazım olanda istifadə olunar. Şəkillərin silinməsinə hər hansı maneə törətmir. Hazırda silinəsi şəkil yoxdur deyə (və ya biz elə düşünürüksə) və ya indi şəkillərin təftişi ilə məşğul olan adam yoxdu deyə mexinizmi niyə ləğv edirik? — Bikar müzakirə 11:23, 3 noyabr 2024 (UTC)Cavabla
Razıyam. Qalıb bir qıraqda, ehtiyac olanda istifadə edilər və edilir də. Məcbur istifadə edilsin deyə işlətməyin yeri yoxdu, hələlik maraq da yoxdu, o da ayrı. Amma baltanı kökündən vurmaq lazım deyil bax bu dəfə :) Hörmətlə, Qədir (müzakirə) 11:27, 3 noyabr 2024 (UTC)Cavabla