Dırnaqlılar
(Ungulata səhifəsindən yönləndirilmişdir)
Dırnaqlılar | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Beynəlxalq elmi adı | ||||||
|
Dırnaqlılar (lat. Ungulata) — məməli heyvanların bir qrupu.
5 müasir dəstəni birləşdirir: təkdırnaqlılar, cütdırnaqlılar, xortumlular, sirenlər və damanlar).
1—5 barmaqlı ətraflarında dırnağın olması xarakterikdir. Antarktidadan başqa, bütün materiklərdə yayılmışdır (Avstraliya və Yeni Zelandiyaya gətirilmişdir). Əksəriyyəti bitkilərlə qidalanan, bir qismi isə hər cür qida yeyən heyvanlardır. Qədim dırnaqlılardan əmələ gəldiyi ehtimal olunur. Əksəriyyəti ov heyvanlarıdır. Qiymətli ev və təsərrüfat heyvanları olan at, buynuzlu heyvanlar, donuz, dəvə və maral da dırnaqlılara aiddir.