Antikitera mexanizmi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Yunanıstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Antikitera mexanizmi (yun. Μηχανισμός των Αντικυθήρων) — təqvim və astroloji məqsədlərə görə tutulmaları, həmçinin Olimpiyadaları, Qədim Olimpiya oyunlarının mərhələlərini, astronomik vəziyyətləri proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş qədim analoq kompüter.
Tapıntı 340 mm × 180 mm × 90 mm taxta qutuda yerləşirdi. Bu qurğu bir-birinin üstünə geydirilmiş ən azı 30-a yaxın tunc dişli çarxdan yaradılmış mürəkkəb saat mexanizmidir. Onun qalıqları 82 ayrı-ayrı fraqmentlər şəklində tapılıb, onlardan yalnız yeddi hər hansının dişli çarxları və əhəmiyyətli yazıları olduğu müəyyən edilib. Ən böyük dişli çarxın diametri təxminən 140 mm-dir və ilkin olaraq 223 dişi var idi.
Artefakt Andikitira[ing.] adasının kənarında eramızdan əvvəl birinci əsrin 2-ci yarısında baş vermiş gəmi qəzasının 1900–1901-ci illərdə kəşf olunması ilə bərpa edilib. Cihazın Yunan alimləri tərəfindən işlənib hazırlanması və qurulması və tarixinin eramızdan əvvəl 100–150-ci illərə və ya son araşdırmalara görə eramızdan əvvəl 205-ci ilə aid olması güman edilir.[1][2]
Bu texnologiyaya aid biliklər çox qədim zamanlarda müəyyən hadisələr zamanı məhv olub. On dördüncü əsrdə Avropada mexaniki astronomik saatların inkşafına qədər, onun mürəkkəbliyinə və ustalığına yaxınlaşan texnoloji artefaktlar mövcud olmayıb.
Antikitera mexanizminin bütün məlum fraqmentləri Afina Milli Arxeologiya muzeyində saxlanılır.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Carman, Christián C.; Evans, James. "On the epoch of the Antikythera mechanism and its eclipse predictor". Archive for History of Exact Sciences. 68 (6). 15 November 2014: 693–774. doi:10.1007/s00407-014-0145-5. İstifadə tarixi: 26 November 2014.
- ↑ Markoff, John. "On the Trail of an Ancient Mystery - Solving the Riddles of an Early Astronomical Calculator". New York Times. 24 November 2014. 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2014.
- ↑ "The Antikythera Mechanism at the National Archaeological Museum" Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine.