Krım Muxtar Respublikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krım
rus. Автономная Республика Крым
ukr. Автономна Республіка Крим
krımtat. Qırım Muhtar Cumhuriyeti
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
Paytaxt Simferopol
İdarəetmə forması Parlamentar rejim
Sahəsi
 • Ümumi 26081 km²
Əhalisi
 • Əhali 1 965 538[1] nəfər
 • Siyahıyaalma (2001) 2 024 056[2] nəf.
 • Sıxlıq 77,61 nəf./km²
Telefon kodu +380
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir.

1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir.[1] Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır.[1]

Krım əhalisinin etnik tərkibi
Etnik qrup Sayı, 2001-ci il sa.[2] Nisbəti
cəmi 2 024 056 100.00 %
rus 1 180 441 58.32 %
ukraynalı 492 227 24.32 %
krım tatarı 243 433 12.03 %
belorus 29 285 1.45 %
tatar 11 090 0.55 %
erməni 8 769 0.43 %
yəhudi 4 515 0.22 %
polyak 3 879 0.19 %
moldovan 3 761 0.19 %
azərbaycanlı 3 748 0.19 %
özbək 2 947 0.15 %
koreyalı 2 877 0.14 %
urum 2 795 0.14 %
alman 2 536 0.13 %
mordva 2 208 0.11 %
çuvaş 2 171 0.11 %
qaraçı 1 896 0.09 %
bolqar 1 877 0.09 %
gürcü 1 774 0.09 %
mari 1 089 0.05 %
türk 969 0.05 %
udmurt 866 0.04 %
izor 788 0.04 %
tacik 750 0.04 %
çex 749 0.04 %
başqurd 728 0.04 %
qaraim 671 0.03 %
eston 612 0.03 %
qazax 544 0.03 %
osetin 531 0.03 %
litvalı 513 0.03 %
digər 5 947 0.29 %
təsniflənməmiş 7 070 0.35 %
Sayı 500 nəfərdən yuxarı olan etnik qruplar göstərilib.

İnzibati quruluşu

[redaktə | mənbəni redaktə et]

Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil. Krım Muxtar Respublikasının iri şəhərləri Simferopol, Kerç, Evpatoriya, Feodosiya, Yalta, CanköyBağçasaraydır.

  • 19 yanvar — Krım Muxtar Respublikasının Bayraq Günü
  • 20 yanvar — Krım Muxtar Respublikasının Günü
  • 21 oktyabr — Krım Muxtar Respublikasının Kostitusiya Günü