İdarəetmə paneli (Windows)
İdarəetmə paneli | |
---|---|
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows |
İdarəetmə paneli (ing. Control Panel) Microsoft Windows-un istifadəçi interfeysinin bir hissəsidir. Bu panel vasitəsilə sistem quraşdırılması üzrə əsas vəzifələri yerinə yetirmək olar. Məsələn, qurğuların əlavə edilməsi və nizamlanması, proqramların quraşdırılması və ləğv edilməsi, istifadəçi hesablarının idarə edilməsi, xüsusi imkanların əlavə edilməsi və s. Sadaladığımız bu və digər imkanlar idarə panelinin appletləri hesab olunur və .cpl fayl uzantısı ilə sistem qovluğunda qorunur. Belə faylların əksəriyyəti C:\Windows\system32 və C:\Windows\winsxs (bu qovluqların altqovluqlarında) sistem qovluqlarında yerləşdirilmişdir. İdarəetmə panelində görünən bütün tətbiqlərin mənbə faylı məhz bu qovluqlardadır. İdarəetmə panelində appletlərin əksəriyyəti Microsoft istehsalının müəyyən edilmiş sistem utilitlərindən təşkil olunmuşdur, amma bəzi hallarda kənar istehsalçılar tərəfindən öz proqram və ya aparat məhsulunu rahat idarə etmək üçün idarəetmə panelinə öz tətbiqlərini əlavə edirlər. İlk dəfə idarəetmə paneli Windows 2.0 versiyasında çıxmışdır. Zamanla tətbiqlərin sayının artması ilə bu tətbiqləri kateqoriyalar üzrə çeşidləmək mümkündür. Həmçinin istifadəçi panelə baxış rejimini də dəyişə bilər.
İdarəetmə panelinə giriş
[redaktə | mənbəni redaktə et]İdarəetmə panelinə giriş müxtəlif üsullarla həyata keçirilir.
- "Start" menyusunun sağ tərəfində "İdarə paneli" bəndinin seçilməsi ilə. Həmçinin iş masasına panelin qısayol keçidini də əlavə etmək olar.
- İdar etmə panelinə Windows 7-də Bələdçi panelinin naviqasiya bölməsindən keçid etmək olar.
İdarə panelinin görünüşünün nizamı
[redaktə | mənbəni redaktə et]Windows-un son versiyalarında idarəetmə paneli iki cür rejimə malikdir.
- Kiçik və ya Böyük işarələr. Bütün appletlər, idarəetmə panelinin pəncərəsində yerləşir və əlifba sırası ilə düzülmüşdür.
- Kateqoriya. Bütün appletlər nizamlama qrupunun funksionallığı üzrə çeşidlənmişdir. Müəyyən qrupdan nizamlamaya giriş əldə etmək üçün, uyğun olan kateqoriyanı seçmək lazımdır.
Windows 7 versiyasında idarəetmə panelində nizamlamaların 8 kateqoriyası:
- Sistem və təhlükəsizlik.
- Şəbəkə və internet.
- Avadanlıq və səs.
- Proqramlar.
- İstifadəçiləri hesabları və ailə təhlükəsizliyi.
- Rəsmiləşdirmə və fərdiləşdirmə.
- Saat, dil və region.
- Xüsusi imkanlar.
Baxışın rejimi, idarəetmə panelinin pəncərəsinin sağ yuxarı küncündə "Baxış" menyusu vasitəsilə dəyişdirilir. Onun köməyi ilə işarələrin böyük və ya xırda ölçüsünü olar.
İdarə panelinin ayrı elementlərinə giriş
[redaktə | mənbəni redaktə et]- Sadə giriş. Windows 7 idarəetmə panelindəki bir çox tətbiqlərə giriş üçün alternativ yollar mövcuddur. Məsələn, "Fərdiləşdirmə" appletinə giriş Windows 7 İş masasının istənilən boş yerində tək siçan çıqqıltısı ilə ekrana çıxmış kontekst menyusunda uyğun olan bəndi seçib giriş əldə etmək olar.
- CPL-faylların köməyi ilə giriş. Konsolda tələb olunan faylın tam adını daxil etmək və Enter-i basmaq lazımdır. Bu halda əməliyyat sistemi uyğun olan komponentinin işə salacaqdır.