1 May nümayişi (1919)
Bir May Nümayişi (1919) — Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin iştirakı ilə 1 May bayramının Bakıda qeyd olunması.
Haqqında
[redaktə | mənbəni redaktə et]"Müsavat" partiyasının 1919 il aprelin 29-da təşkil etdiyi fəhlə konfransında 1 May nümayişinə "Yaşasın müstəqil Azərbaycan!" şüarı ilə çıxmaq qərara alındı. Konfrans nümayəndələri dünya demokratik qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. Azərbaycanın siyasi xadimlərinin 1 May bayramında iştirak etmək arzusu, bu münasibətlə azərbaycanlı fəhlələrə müraciəti bolşeviklər üçün gözlənilməz oldu. Azərbaycanlı fəhlələr mütəşəkkil surətdə nümayişə çıxdılar. Bolşeviklərin "Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəhlələrin "Yaşasın istiqlalı qoruyan millət və partiya" şüarı nümayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət qəzeti olan "Azərbaycan"da da işıqlandırıldı. Mayın 1-də səhər tezdən küçələrdə əmək təşkilatlarının qırmızı bayraqları ilə yanaşı, müsəlman təşkilatlarının üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin müsəlman fəhlələrinin nümayəndələri zurna sədaları altında rəqs edir, müsəlman natiqlərin çıxışları sürəkli alqışlarla qarşılanırdı. Dövlət opera teatrının xoru orkestrin müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyini daha da rövnəqləndirirdi. Həmin gün bolşeviklerin təşkilatçılığı ilı Bakı Fəhlə Konfransının rəyasət heyəti, Bakı Həmkarlar İttifaqları Şurası 1 May münasibətilə Bakı fəhlələrinə müraciət edərək, onları işğalçılar və daxili əksinqilab əleyhinə barışmaz mübarizəyə çağırdılar, "Rədd olsun ingilis işğalçıları", "Yaşasın Azərbaycanda sovet hakimiyyəti" şüarları ilə çıxış etdilər. Məqsəd 1 May nümayişini ümumi siyasi tətilə çevirmək olsa da, bolşeviklərin bu niyyəti baş tutmadı. Azərbaycan siyasi xadimlərinin səyi nəticəsində 1 May Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərində beynəlxalq bayram kimi qeyd olundu.[1][2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aзepбaйджанская Pecnyблика. Документы и материалы (1918–1920 гг.), Б., 1998;
- 1918–1920 rr., B" 1998; Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973;
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.