Abdulla Aliş
Abdulla Aliş | |
---|---|
Ğabdulla Aliş | |
Doğum tarixi | |
Doğum yeri | Kayuki |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Berlin |
Vəfat səbəbi | başın kəsilməsi |
Milliyyəti | tatar |
İxtisası | usta |
Fəaliyyəti | şair, yazıçı, uşaq ədəbiyyatı yazıçısı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır[1].
Tərcümeyi-hal
[redaktə | vikimətni redaktə et]Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır. 1938–41-ci illərdə Kazan pedaqoji universitetində təhsil alır. 1939-cu ildə SSRİ yazıçılar birliyinin üzvü seçilir. Onun haqqında məlumatlar Tatarıstan Sovet respublikasının arxivində qalmışdır. 1941-ci ild müharibə dövründə radiokomitənin redaktoru olur[2]. Müharibə başlayan dövrlərdə o orduda olub. 1941-ci ildə Bryanda əsir düşür. Bu zaman o Musa Cəlillə rastlaşır. 25 avqust 1944-cü ildə Berlində həbsxanada vəfat edir. 1965-ci ildə Kazan dövlət pioner təşkilatı onun adını daşıyır[3].
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]1931-ci ildə "Pioner həyatı" adlı nağıllar kitabını yazır. Bununla yanaşı onun "İşıq gölündə" (1933), "Dalğa" (1934) və "And" (1935) adlı povestləri və "Elgizlə ikimiz" (1940) "Mənim qardaşım" (1940) kimi şeir kitabları çap olunmuşdur. "Anamın nağılları"(1940) kitabı rus dilində tərcümə edilmişdir. 1934–35-ci illərdə "Qonşular" və "Ulduz" adlı pyeslərini yazmışdır. Əsir düşdüyü dövrlərdə "Ölüm mahnısı", "Doğma kənd", "Özüm haqqında mahnı" və s. şeirləri yazmışdır[4].
Abidəsi
[redaktə | vikimətni redaktə et]Kazan 1 may meydanında onun və Musa Cəlilin abidələri qoyulmuşdur. 2002-ci ildə Berlində inqilab hərəkatının üzvlərinin abidəsi qoyulur. Burada Abdulla Aliş və Musa Cəlilin də heykəlləri öz yerini alır.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Ибатуллин Т. Военный плен: причины, последствия. — СПб, 1997.
- Симонов К., Сосед по камере, "Литературная газета", 1956, 13 октября;
- Мустафин, Р. А. По следам поэта-героя. Книга-поиск. — М.: Советский писатель, 1976.