Aleksey Stukas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksey Stukas
ukr. Олексій Валерійович Стукас
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Odessa, Ukrayna SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Odessa, Ukrayna
Vətəndaşlığı SSRİ SSRİ
Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1995—1996 Ukrayna Dinamo-Fleş 20 (0)
1996—1997 Ukrayna Dinamo-SKA həvəskar
1997—1998 Ukrayna Atlant Tsebrikovo həvəskar
1998—2000 Azərbaycan Neftçi 37 (4)
2000—2001 Ukrayna Mikolaiv 26 (2)
Milli yığma[* 2]
1999  Azərbaycan 4 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Aleksey Stukas (17 fevral 1979[1], Odessa2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Odessa futbolunun yetirməsi.[2] On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi.

1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu.[3][4] Sonradan Azərbaycan vətəndaşlığını aldı.

Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.

2002-ci ildə Aleksey Stukas xərçəng xəstəliyindən vəfat etdi.[5]

Milli yığma karyerası

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə iyirmi yaşlı Aleksey Stukas "Neftçi"də oynayarkən, Azərbaycan yığmasının heyətində 4 oyun keçirtmişdir.[5]