Amaliya Pənahova
Amaliya Pənahova | |
---|---|
Doğum tarixi | 15 iyun 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2018[1] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[2] |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Yusif Muxtarov |
Uşağı | İlqar Muxtarov |
Atası | Əliş Pənahov |
Fəaliyyəti | aktrisa, millət vəkili |
Fəaliyyət illəri | 1964–2018 |
Təhsili | M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsi |
Mükafatları | |
IMDb | ID0659078 |
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018[1], Bakı[1]) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır.[3] Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.
1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışmışdırlar.
Amaliya Pənahova prezident təqaüdçüsü olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.[4]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda[5] vəfat etmişdir.[6]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.
Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək[7] Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb[8].
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968
- Azərbaycan SSR Dövlət mükafatı — 1972[9]
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 28 dekabr 1985
- "Şöhrət" ordeni — 8 iyul 1995[10]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 26 iyul 2002
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003
- "Şərəf" ordeni — 25 iyun 2013
- "Sənətşünaslıq elmləri doktoru" elmi dərəcəsi — 2013
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 17 iyun 2015
- Avropanın əməkdar elm və mədəniyyət xadimi
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Filmin adı | İl | Aktrisa | Film səsləndirən | Rejissor | İştirak edən | Filmin növü |
---|---|---|---|---|---|---|
Əhməd haradadır? | 1963 | Məsmə | Tammetrajlı bədii film | |||
Cazibə qüvvəsi | 1964 | idmançı | Tammetrajlı bədii film | |||
İstintaq davam edir | 1966 | Tatyana Ostapenko (Lyudmila Şlyaxtur) | Tammetrajlı bədii film | |||
Sən niyə susursan? | 1966 | uşaqlı qadın | Tammetrajlı bədii film | |||
Qanun naminə | 1968 | Balış (K. Sədiyeva) | Tammetrajlı bədii film | |||
Bizim Cəbiş müəllim | 1969 | Tanya (Svetlana Morşinina) | Tammetrajlı bədii film | |||
O qızı tapın | 1970 | Xalidə (Səfurə İbrahimova) | Tammetrajlı bədii film | |||
Ən vacib müsahibə | 1971 | zoopark müdiri | Tammetrajlı bədii film | |||
Gün keçdi | 1971 | Əsmər (Leyla Şıxlinskaya) | Tammetrajlı bədii film | |||
Həyat bizi sınayır[11] | 1972 | Münəvvər | Tammetrajlı bədii film | |||
Xatirələr sahili | 1972 | Xalidə | Tammetrajlı bədii film | |||
Var olun, qızlar… | 1972 | Sona (Yelena Çuxray) | Tammetrajlı bədii film | |||
Bizim küçənin oğlanları | 1973 | Elmira (Sədaqət Dadaşova) | Tammetrajlı bədii film | |||
Cırtdanın yeni sərgüzəşti | 1973 | Simurq quşu | Qısametrajlı cizgi filmi | |||
Səmt küləyi | 1973 | Xədicə | Tammetrajlı bədii film | |||
Şahzadə-qara qızıl | 1974 | Qısametrajlı cizgi filmi | ||||
Dədə Qorqud | 1975 | Selcan (İnarə Quliyeva) | Tammetrajlı bədii film | |||
Alma almaya bənzər | 1975 | Aişə (İnarə Quliyeva) | Tammetrajlı bədii film | |||
Mezozoy əhvalatı | 1976 | Nərminə | Tammetrajlı bədii film | |||
Ürək… Ürək… | 1976 | Lalə (Almaz Əsgərova) | Tammetrajlı bədii film | |||
Qərib cinlər diyarında | 1977 | Zərri | Tammetrajlı bədii film | |||
Arxadan vurulan zərbə | 1977 | Ziba | Tammetrajlı bədii film | |||
Bir ailəlik bağ evi | 1978 | Eldarın bacısı | Tammetrajlı bədii film | |||
Fənd | 1978 | Müdirə (İnarə Quliyeva) | Qısametrajlı bədii "Mozalan" süjeti | |||
Babək | 1979 | Zərnisə | Tammetrajlı bədii film | |||
Qəribə adam | 1979 | Fəridə | Tammetrajlı bədii film | |||
Mən mahnı qoşuram | 1979 | Sonanın anası | Tammetrajlı bədii film | |||
Gözlə məni | 1980 | Fəxrəndə | Tammetrajlı bədii film | |||
Qızıl uçurum | 1980 | Ağbəniz (Yelena Qabets) | Tammetrajlı bədii film | |||
Ömrün yolları | 1982 | Məryəm | Tammetrajlı televiziya tamaşası | |||
Salam, Zeynəb! | 1982 | Qısametrajlı sənədli-bədii televiziya film-konserti | ||||
Musiqi müəllimi | 1983 | riyaziyyat müəlliməsi | Tammetrajlı bədii film | |||
Topal Teymur | 1983 | Olqa | Tammetrajlı televiziya tamaşası | |||
Qapalı orbit | 1984 | Marqret | Tammetrajlı televiziya tamaşası | |||
Mənim günahım | 1985 | Nurcahan | Tammetrajlı televiziya film-tamaşası | |||
Təkan | 1987 | Televiziya tamaşası | ||||
Bircəciyim | 1986 | Zabitə | Tammetrajlı bədii film | |||
Lətifə | 1989 | Xəlilova (Xuraman Hacıyeva) | Tammetrajlı bədii film | |||
Sənsiz | 1989 | Tammetrajlı televiziya film-tamaşası | ||||
Mənim ağ şəhərim | 1993 | Muradovun arvadı | Tammetrajlı bədii film | |||
Min birinci söz | 1997 | Qısametrajlı sənədli-bədii televiziya filmi | ||||
Sən həmişə bizimləsən | 1998 | Qısametrajlı sənədli film | ||||
Tikdim ki, izim qala. III film | 1998 | Tammetrajlı sənədli televiziya filmi | ||||
Bizim qəribə taleyimiz | 2005 | Qısametrajlı sənədli-bədii televiziya filmi | ||||
Nəfəs | 2007 | Ağabəyim | Qısametrajlı bədii film | |||
Ənvər Həsənov. Yeddi oğuldan biri | 2007 | Televiziya verilişi | ||||
Acılar bitməz | 2009 | Məlahət | Tammetrajlı bədii film | |||
Cavad xan | 2009 | knyaginya Darya | Tammetrajlı bədii film | |||
Yasmin | 2013 | Aynur | Teleserial |
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 https://1news.az/news/umerla-narodnaya-artistka-amaliya-panahova-foto (rus.).
- ↑ https://oxu.az/showbiz/283132.
- ↑ Lider TV. "Xalq artisti Amaliya Pənahovanın doğum günüdür" (az.). Youtube.com. 15.06.2017. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
- ↑ "Prezident Amaliya Pənahova ilə bağlı sərəncam verdi". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
- ↑ Real TV. "Amaliya Pənahova dünyasını dəyişib" (az.). Youtube.com. 08.11.2018. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- ↑ "Amaliya Pənahova vəfat etdi". oxu.az. 8 noyabr 2018. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
- ↑ "İ.Y.Muxtarovun [[Azərbaycanın Meksika səfirliyi|Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları]]nda və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "Geri çağırılan səfir xalq artistinin oğlu imiş". lent.az (az.). 2016-01-27. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ A.Ə.Pənahovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1995-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Aydın Dadaşov. "Bizim kino". Şamil Mahmudbəyovun "Həyat bizi sınayır" filmi haqqında. 9 yanvar 2016-cı il". 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
- Abdullayeva, S. Amaliya Pənahova üçün yubiley gecəsi: [Heydər Əliyev Sarayında] //525-ci qəzet.- 2015.- 7 iyul.- S.6; Mədəniyyət.- 2015.- 3 iyul.- S. 2.
- Nizamiqızı, H. "Amaliya Pənahovanın sevgi etirafı"ndan məqamlar [Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən 70 illik yibiley gecəsi haqqında] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.8.
- Nizamiqızı, H. İllərə qalib qadın: [Xalq artisti Amaliya Pənahova haqqında] //Mədəniyyət.- 2015.- 1 iyul.- səh. 11.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 15 iyunda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Gəncədə doğulanlar
- 8 noyabrda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Ümumşəhər qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan LKGİ mükafatı laureatları
- "Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktrisaları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Bakı Bələdiyyə Teatrı şəxsləri
- Azərbaycanda xərçəng xəstəliyindən ölənlər