Anri Barbüs

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anri Barbüs
fr. Henri Barbusse
Doğum adı Adrien Gustave Henri Barbusse[4]
Doğum tarixi 17 may 1873(1873-05-17)[1][2][…]
Vəfat tarixi 30 avqust 1935(1935-08-30)[3][1][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Milliyyəti Fransız
Fəaliyyəti yazıçı, jurnalist, ssenarist, bioqraf, romançı, siyasətçi, rəssam, şair, tarixçi
Əsərlərinin dili fransız dili
Üzvlüyü
Mükafatları 1914–1918 hərbi xaçı
İmza
Vikimənbənin loqosu Anri Barbüs Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anri Barbüs (fr. Henri Barbusse; 17 may 1873[1][2][…]30 avqust 1935[3][1][…], Moskva[3]) — Birinci Dünya Müharibəsikommunizm mövzularında əsərlər yazmış fransız yazar.

Anri Barbüs 1873-cü ildə Fransanın İl-de-Frans departamentinə daxil olan Asnieres-sur-Seine adlı kiçik şəhərdə anadan olmuşdur. 1889-cu ildə 16 yaşı olarkən Parisə köçmüşdür. 1914-cü ildə 41 yaşında olarkən Fransa ordusuna könüllü qoşulmuşdur. Birinci Dünya Müharibəsi zamanı Almaniyaya qarşı mübarizə aparan Fransa orusu sıralarında döyüşən Barbüs gələcəkdə yazacağı əsərlər üçün mövzular toplayırdı. Ağ ciyərində xəstəlik yarana qədər 17 ay boyunca Fransa ordusunda xidmət etmişdir. Birinci Dünya Müharibəsi zamanı cəbhələrdə yaşadığı təcrübələrə əsaslanan (fr. Le Feu) Alov adlı əsərin 1916-cı ildə çap edilməsi, Barbüsün hələ müharibə başa çatmadan məşhurlaşmasına səbəb olur.

1918-ci ilin yanvar ayında Anri Barbüs Moskva şəhərinə yollanır. Burada rus bir qadınla evləndikdən sonra Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Barbüsün bu tarixdən etibarən olan fəaliyyəti əsasən kommunizm mövzulu əsərlərin yazılması ilə bağlıdır. 1930-cu ildə çap edilən (fr. Manifeste aux Intellectuels, Elevations) adlı əsəri kommunizm və inqilab ruhunda yazılmış ən uğurlu əsər kimi göstərilir. 1921-ci ildə yazılan (fr. Le Couteau entre les dents) adlı əsərində isə Barbüs BolşevizmOktyabr inqilabı ilə bağlı öz düşüncələrini izah etmişdir. 1923-cü ildə Fransız Kommunist Partiyasına qatılan Barbüs növbəti illərdə SSRİ-yə bir necə dəfə səfər etmişdir.

Fransa kommunist ədəbiyyatının və Avropada kommunizm ideyalarının yayılmasında böyük xidmətləri olmuş Henri Barbüs 1935-ci ilin 30 avqust tarixində Moskva şəhərində vəfat etmişdir. Barbüsün məzarı Parisin Per-Laşez məzarlığında yerləşir.

  • Le Feu, 1917
  • Esperantista Laboristo, 1921
  • Le Couteau entre les dents, 1923
  • Manifeste aux Intellectuals: Elevations, 1930
  • Staline: Un mode nouveau vu a travers un homme, 1936
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Henri Barbusse // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Барбюс Анри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Fransızca Vikipediya (fr.). 2001.
  5. Find a Grave (ing.). 1996.